Siyasi plüralizm həyat normasına
çevrilməlidir
Azərbaycan müasirlik yolunda
böyük uğurlar
əldə etməkdədir
Vətəndaş cəmiyyəti bir ideya kimi siyasi mədəniyyət çərçivəsində formalaşır. Siyasi mədəniyyət mücərrəd bir proses kimi, məkan və zamandan asılı olmayaraq formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də, onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Siyasi mədəniyyətin quruluşuna, adətən, siyasi maraqlar, bilik və inam, siyasi hadisələrin oriyentasiyasının qiymətləndirilməsi, cəmiyyətdəki normaların qəbul edilməsi, siyasi fəaliyyət üsulları, vərdişləri, təcrübə və bacarıq, siyasi institutlar daxildir. Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir. Məsələn, ABŞ və Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi fəaliyyət göstərməyə daha çox imkanlar vardır. Elə ölkələr də vardır ki, bu ölkələrdə heç də bütün adamlara belə bir imkan verilmir. Belə cəmiyyətlər siyasi fəaliyyət üçün qapalı olub, ancaq bir qrup adamların siyasi fəaliyyətinə imkan yaradır. Bu daha çox siyasi mədəniyyətin forma və tipləri məsələsidir. Forma məsələsi ictimai quruluşun xarakteri, tipləşmə isə konkret sosial qrupların dünyagörüşü, təhsil səviyyəsi və davranışları ilə bağlıdır. Məsələn, quldarlıq, feodal, burjua dövrünün siyasi mədəniyyəti, ziyalı və fəhlənin, kəndli və biznesmenin siyasi mədəniyyətləri arasında prinsipial fərqlər vardır.
Siyasi mədəniyyətin
üçüncü təzahür
forması qərarların qəbul edilməsinə vətəndaşların
təsiri və onda iştirak
etməsi səviyyəsidir. Siyasi mədəniyyətin
dördüncü təzahür
formasını isə cəmiyyətin siyasi
əhval-ruhiyyəsi adlandırmaq olar. Daha doğrusu,
siyasi proseslərdə
dominant rolunu kimlər
oynayır: inqilabi, reformist,
imperialist, millətçi və
s. qüvvələr. Siyasi
mədəniyyətin beşinci
təzahür forması
cəmiyyətdə siyasi
mübadilənin nəyə
əsaslandığı isə:
inam, kompromis, saziş və s.-dan ibarətdir. Yüksək
səviyyədə inkişaf
edən siyasi mədəniyyətli cəmiyyətlərə
aşkarlıq və plüralizm, şəxsiyyətin
yüksək siyasi mədəniyyəti, siyasi
fəallıq, xalqın
siyasi həyatda iştirakının təmin
olunması, vətəndaşların
hüquq və azadlıqlarının qorunması
və s. xasdır.
Deməli, siyasi mədəniyyət
yalnız bilik və inam şəklində
deyil, habelə, vərdiş və davranış normaları,
onların siyasi həyatda tətbiq olunmasını bacarmaq şəklində mövcuddur.
Xalqın müxtəlif səviyyələrdə
siyasi fəaliyyətdə
iştirakı idarəetmənin
demokratik stilinin yaranıb formalaşmasına
səbəb olur.
Siyasi mədəniyyətə tələbat
– siyasi biliklərə
və siyasi informasiyalara olan tələbatdır.
Politoloqlar siyasi mədəniyyətin
funksiyalarından bəhs
edərkən göstərirlər
ki, siyasi mədəniyyətin funksiyaları
onun digər aspektləri qədər mübahisə doğurmur. Əksər
tədqiqatçılar siyasi
mədəniyyətin aşağıdakı
funksiyalarını qəbul
edirlər: dərketmə,
qnoseoloji, evristik (tərbiyəvi), varislik, ətraf mühitin qorunması, requlyativ-akseoloji
(sərvət).
Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır. Hələ vaxtilə
Ulu Öndər Heydər Əliyevin vətəndaş cəmiyyəti
uğrunda etdiyi çağırışlar və
apardığı siyasət
Azərbaycanda müasir
vətəndaş cəmiyyətinin
formalaşmasını sürətləndirdi.
Sovet totalitarizmindən çıxmış
Azərbaycan cəmiyyətinin
yeni siyasi mədəniyyəti formalaşmağa
başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə
üzləşmiş Azərbaycanda
siyasi mədəniyyət
stabil şəkil aldı. Azərbaycanda siyasi mədəniyyətin
formalaşması prosesində
ulu öndər Heydər Əliyevin nəzəri və praktiki siyasi fəaliyyəti olduqca böyükdür. Əsasən, Azərbaycanın müstəqillik
əldə etməsindən
sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində
özünün fərqli
xüsusiyyətləri ilə
seçilir. Azərbaycanın siyasi mədəniyyəti
özünün dövlətçiliyə
möhkəm sədaqət,
rəhbərin güclü
tərəflərini tez
müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti ilə seçilməyə
başlamışdır. Azərbaycançılıq ideyasının bu
prosesdə xüsusi rolu vardır. Sistemli şəkildə səhv etdiklərinin fərqinə
varan müxalifət
2003-cü ildən başlayaraq
formalaşan yeni siyasi mədəniyyət mərhələsində öz
fəaliyyətlərini dəyişdirməyə
başladı və siyasi hakimiyyətin uğurlarını etiraf etmək yoluna qədəm qoydu. Aparılan müşahidələr göstərir
ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının
3-cü mərhələsi 2005-ci ildən başlanmışdır.
Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi
mübarizənin və
siyasi münasibətlərin
keyfiyyətcə yeni cəhətini müşahidə
etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə
azalması, siyasi sistemlə münasibətdə
müxalifətin reallığı
qiymətləndirmə cəhdlərinin
artması, həmçinin,
daha dinc mübarizə və mədəni mübarizə
üsullarına yer ayırması, bütün
bunlarla yanaşı, ölkədə siyasi məhbus probleminin aradan qaldırılması
bu dövrün əsas cəhətlərindəndir.
Azərbaycanda siyasi mədəniyyətin
formalaşması həm
də cəmiyyətin
siyasi cəhətdən
yeniləşməsi səviyyəsi
ilə ölçülməlidir. Müasir Azərbaycanın
sosial-siyasi həyatında
əsaslı islahatlar
həyata keçirilməkdə
və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir.
Nəticə etibarilə yeni
siyasi mədəniyyət
formalaşmışdır.
2008-ci ilin prezident
seçkiləri bu siyasi mədəniyyətin
nəticəsi olaraq xüsusi əhəmiyyət
kəsb etdi. Azərbaycan seçicisinin
öz namizədini seçməkdə yüksək
aktivlik göstərməsi
seçkilərin insidentsiz
başa çatması,
hətta müxalifət
elektoratının müəyyən
qisminin seçki zamanı hakim partiyanın
namizədi lehinə səs verməsi, Azərbaycanın siyasi mədəniyyət tarixinin
yeni səhifəsi kimi yadda qalandır.
Nəticə etibarilə Azərbaycan
ictimaiyyətinin siyasi
mədəniyyət səviyyəsinin
göstəriciləri artıq
müəyyən dəyərlərə
ehtiramı ilə seçilir. Bu dəyərlərdən ən
mühümü də
Heydər Əliyev fenomenidir. Azərbaycanda daha davamlı
siyasi mədəniyyətin
formalaşması həm
ölkəmiz, eləcə
də, region üçün
böyük müsbət
əhəmiyyətli proseslərin
başlanğıcıdır. Azərbaycanın dövlət rəmzlərinin
qorunmasının konstitusiyaya
edilən əlavə
və dəyişikliklərlə
referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin
inkişafında yeni mərhələnin göstəricisidir.
Prezident və məmur münasibətlərində dövlət
başçısı İlham
Əliyevin yeni davranış normalarının
formalaşmasına önəm
verməsi ölkədə
demokratik siyasi mədəniyyətin inkişafına
şərait yaradır.
Aparılan tədqiqatlar sübut
edir ki Azərbaycan
Prezidenti İlham Əliyevin müasir Azərbaycanın siyasi mədəniyyətinin geniş
vüsət almasında
böyük rolu vardır. Azərbaycanda 2008-ci ilin sonunda
“Konstitusiyaya əlavə
və dəyişikliklər
haqqında” qanun layihəsi müzakirə edildi. Bu referendumda
Azərbaycanın dövlət
rəmzlərinin qorunmasının
konstitusiyaya edilən əlavə və dəyişikliklərlə qəbul
olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında
yeni mərhələnin
göstəricisidir. Beləliklə, Azərbaycanda siyasi mədəniyyət siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin
mühüm əlamətlərindən
biridir.
Üç nöqtə.-2014.- 5 mart.- S.9.