Hüquqi mədəniyyət onu real həyatda tətbiq etməyi tələb edir

 

Bu mədəniyyətin inkişafi formalizm, süründürməçilik kimi mənfi halların aradan qaldırılmasına öz təsirini göstərir

 

Vətəndaş cəmiyyətində hüquqi qanunların tətbiqi onun daha da inkişafına stimul yaradır. Politoloqların fikrincə, vətəndaşların yüksək mədəniyyəti, şüurluluğu və mütəşəkkilliyi, eyni zamanda, dövlət qanunlarının tələblərinə ciddi münasibət göstərməyin, demokratiya prinsiplərini həyata keçirməyin əsas şərtlərindəndir.

Hüquqi mədəniyyət qanunları yalnız bilmək deyil, onu dərindən əxz edib, ona hörmətlə yanaşmağı və real həyatda tətbiq etməyi də tələb edir. Hüquqi dövlətdə cəmiyyətin hər bir üzvü qanunlaraqanunçuluğa hörmətlə yanaşır, hüquqi mədəniyyətə, hüquqi biliklərə yiyələnməklə hüquqa, qanuna, qanunçuluğa inam yaranır. Vətəndaş cəmiyyətinin mənəvi mədəniyyətinin əsas ünsürü kimi hüquqi mədəniyyət hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb edən fenomenə çevrilir.

İnsanların hüquqa, mövcud hüquq normalarına münasibətinin toplusu hüquq mədəniyyəti adlanır. Hüquq normalarının tələblərinə əməl etməyin vacibliyini insanlar şüurlu şəkildə dərk etməlidirlər. Deməli, hüquq mədəniyyətinin səviyyəsi həm vətəndaşların hüququ bilmək, başa düşmək dərəcəsindən, həm də bunu yerinə yetirməyin vacibliyini dərk etmələrindən asılıdır.

Hüquq mədəniyyəti hüquqi fikrin yüksək inkişaf səviyyəsində olduğunu təsdiq edir. Cəmiyyət üzvlərinin ümumi mədəniyyəti bu baxımdan hüquq mədəniyyəti qanunçuluğun vəziyyətinə, hüquq normalarına hörmətlə yanaşılmasına, vətəndaşların öz hüquqlarından istifadə etmələrinə və öz vəzifələrini yerinə yetirmələrinə əhəmiyyətli təsir göstərir.

Hüquqi dölətin əsas amili olan qanunun aliliyinin reallaşdırılmasında, qanunçuluğun möhkəmləndirilməsində hüquqi mədəniyyətin yüksəldilməsi əsas yer tutur. Hüquqi mədəniyyətin yaradılması vətəndaş cəmiyyətindəki mənfi proseslərin qarşısının alınmasında mühüm vasitə kimi çıxış edir. Hüquqi dövlətdə hüquqi mədəniyyət inkişaf etdikcə, ölkədə cinayət cəza tədbiri əvəzinə, ictimai təsir tədbirləri görülməsi üçün demokratik şərait yaranır.

Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesində qanunvericiliyin təkmilləşdirilməsi, qanunçuluğa riayət olunması vətəndaşların hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsi, hüquq qaydalarının, hüquq təhsili və tərbiyəsinin gücləndirilməsi, qanunvericiliyin təbliği hüquq mədəniyyətinin əsas istiqamətlərini təşkil edir.

Politoloqlar hüquq mədəniyyətinin yüksəldilməsinin əhəmiyyətindən danışarkən, göstərirlər ki, hüquq mədəniyyətinin inkişafı formalizm, süründürməçilik və s. kimi mənfi halların da aradan qaldırılmasına öz təsirini göstərir. Bununla bağlı, mövcud qanunların təsir gücünün artırılması da aktual məsələlərdəndir. Qanunvericilikdə öz əksini tapmış məsələlər nə qədər məntiqli və əsaslı olsa da, çox vaxt praktikaya tətbiq olunmurhissolunmadan dondurulur. Hüquq normalarının təsir gücünü artırmaq üçün, onların yerinə yetirilməməyinin səbəblərini müəyyənləşdirmək üçün bu vəziyyəti yaradan səbəbləri öyrənmək lazımdır. Bunun üçün hüququn insanların davranışına təsir metodlarını bilmək vacibdir. İctimai, iqtisadi, mədəni, psixoloji və digər amillərlə bağlı olan bu metodların işlənib hazırlanması müasir dövrün ən aktual problemlərindən biridir.

Qarşıya çıxan problemlərin təxirəsalınmadan yerinə yetirilməsi dövlət icra orqanlarının işinin yaxşı qurulmasından da asılıdır. Eyni zamanda, vəzifəli şəxslərin hüquq mədəniyyətinin yüksəldilməsinin də böyük əhəmiyyəti vardır. Bunun üçün hüquq mədəniyyətini yüksəltmək istiqamətində dövlət aparatı ilə ictimai təşkilatların əlaqəli fəaliyyəti zəruridir. Müasir dövrdə dövlət idarəetmə orqanlarının qarşısında çox mühümböyük vəzifələr dayanır. Belə ki, bir milyondan artıq qaçqını və torpağının 20 faizindən çoxunun işğal altında olan ölkədə hüquq mədəniyyətini yüksəltmək ölkənin bütün ehtiyat qüvvələrindən düzgün və yerində istifadə olunmasına şərait yaradar. Bunun üçün idarəetmə aparatı hüquq mədəniyyətinin bütün elementlərindən istifadə edərək, əlaqədar orqanları, hüquq statusu ilə bərabər, həm də idarəetmə prosesini nizamlamalı, idarəetmə orqanlarının fəaliyyətiüçün sabit optimal bir rejim yaratmalıdır. Əsaslandırılmamış qərarların verilməsinə müxtəlif orqanların vəzifələrində təkrarlara yol vermək olmaz. İdarəetmə aparatında hüquq mədəniyyətini daha da inkişaf etdirməyə, bunun tətbiqinin yeni forma və metodlarını artırıb tapmağa təşəbbüs göstərilməlidir. Xüsusi olaraq, nəzərdə saxlanılmalıdır ki, hüquq mədəniyyətini yüksəltməyin bütün məsələləri kadrların hüquq hazırlığı ilə sıx bağlıdır. İdarəetmə aparatının rəhbərləri iqtisadiyyat, istehsalın təşkili, informatikas. məsələlərdən əlavə, hüququn əsaslarını da yaxşı bilməlidir. Çünki mövcud qanunların düzgün tətbiqi bundan, bu biliklərdən asılıdır. Belə olarsa, düzgünolmayan qərarların qəbul edilməsinə də yol verilməz.

Hüquqi dövlət quruculuğu prosesində iqtisadi inkişafın hüquqi nöqteyi-nəzərindən təhlili yollarının təkmilləşdirilməsi daha da aktuallıq kəsb edir. İdarəetmə aparatı işçilərinin hüquqi mədəniyyətinin yüksəldilməsilə qarşıya çıxan problemlərin hüquqi təhliliiqtisadi cəhətdən məzmunu metodlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi zərurəti meydana çıxır.

Hüquqi pozitivistlər hüququ heç bir aksioloji (dəyər) baxımından haqq qazanmağa ehtiyacı olmayan, şübhəsiz, pozitiv fakt kimi tədqiq edirdilər. Bu mövqedən çıxış edən hüquqi pozitivizm nümayəndələri enekulyativ hüquq fəlsəfəsini təbii və müsbət (pozitiv) hüquqa zidd olan yanılma hesab edirlər. Onlar təsdiq edirdilər ki, yalnız dövlət tərəfindən müəyyən edilən normaların cəmi olan pozitiv hüquq mövcuddur; hüquq adlandırılan başqa normalar, o cümlədən, təbii hüquq olsa-olsa, fəaliyyətdə olan pozitiv hüququn əxlaqi cəhətdən qiymətləndirilməsidir. Bu qiymət, onların fikrincə, subyektiv mənada müxtəlifdir və hamı üçün vacib deyil.

Hüquqi pozitivizm dövlət və hüququn mahiyyətini dərk etmək imkanını inkar edir. Hüquqi anlayışlar, prinsiplər, kateqoriyalar təfəkkürün subyektiv abstraksiyası hesab edilir. Qanunun Kant tərəfindən müəyyənləşdirilən formal anlarına əsaslanan hüquqi pozitivizm hüququ təmiz məntiqi forma hesab edirdi. Formalizm hüquqi pozitivizmin əsasını təşkil edir. Hüquq dövlət tərəfindən həmin cəmiyyətin üzvləri üçün yaradılan və hamı üçün vacib olan normaların (və yaxud qaydaların) toplusudur. Hüquqi normalar tamamilə dövlət özbaşınalığının məhsulu hesab edilirdi. Həm də normalar formal məntiqin tələblərinə uyğun gələn və qanunvericilərin mücərrəd əmrləri, normativ mülahizələri kimi başa düşülürdü. Hüquq norması, faktiki olaraq, qanunla eyniləşdirilirdi. “Hüququn hökmranlığı”, “hüquqi dövlət”, “dövlətin hüquqla özünü məhdudlaşdırması” və s. kimi anlayışlar o dövrdə geniş yayılmışdır. Belə tələblərin qanunçuluğun, demokratiyanın möhkəmlənməsi üçün mütərəqqi cəmiyyəti olmuşdur.

 

Üç nöqtə.-2014.- 6 mart.- S.9.