Dövlət ictimai
işlərin idarəedilməsində maraqlıdır
Onun yerinə yetirdiyi
funksiyalar siyasi cəmiyyətə, insanlara
istiqamətləndirilir
Dövlət tərəfindən cəmiyyətin idarəolunması iki üsulla aparılır: birinci, yuxarıdan aşağı, mərkəzdən periferiyaya verilən göstəriş, əmr, sərəncam və digər hüquqi aktlarla idarə olunur; ikinci – hüquqi dövləti səciyyələndirən normativ qaydalarla, qanunvericiliklə idarə olunmasıdır. Qanunun aliliyi iki mühüm aspektdə özünü göstərir: birinci aspekt qanunla hakimiyyətin nisbəti, hüquqi dövlət konsepsiyasında elə vəziyyət nəzərdə tutulur ki, hakimiyyət həm qanun yaradır, həm də qanuna tabe olur və qanuna uyğun hərəkət edir. Bu mənada hakimiyyət bölgüsü praktiki olaraq aktual olur. İkinci aspekt qanun və hakimiyyətin nisbəti ictimai münasibətlərin, sosial həyatın, ictimai prosesin tənzimlənməsində qanunun rolu ilə müəyyən edilir.
Müasir dövlət dörd növə ayrılır: vətəndaş, hüquq-konstitusion, hüquqi demokratik, hüquqi sosial. Hüquqi ədəbiyyatda məsələ qaldırılır ki, hüquqi dövlətin elə strukturunu və texnologiyasını yaratmaq lazımdır ki, aşağıdakı problemləri həll etsin: a) dövləti hamı üçün tələb, maraq və məqsədlərin realizəsinin qanunvericiliklə təsbit edilməsini tələb edən ümumi prioritet üzrə sistemləşdirmək və müəyyən etmək; b) ümumi iradənin ümumi tələb, maraq və məqsədləri üzrə ifadəsi və təqdimi; v) ictimai fəaliyyətin dövlət tənzimləmə növlərinin bütün iştirakçılarının davranış qaydalarının (normalarının) eyni cür və məcburi icrasını stimullaşdırma şəraitinin və sanksiyasının yaradılması; q) qanunların və hüquq qaydaları vasitəsilə azadlığın müdafiəsi və təhlükəsizliyin qorunması, rifah və sabitliyin həyata keçirilməsi imkanları.
Hüquqşünas alimlər hüquqi dövlətlə sosial dövlətin oxşar və fərqli əlamətlərinə görə üç mövqedən baxırlar: 1) bir yerdə «sosial hüquqi dövlət kimi»; 2) sosial dövlətə hüquqi dövlətin yaxın səviyyəsi kimi; 3) «hüquqi dövlət» sosial dövlətin strukturunda prinsip və əlamət kimi. Hüquqi dövlətlə sosial dövlətin uyğunluğuna görə iki baxış vardır: birinci – sosial dövlət-hüquqi dövlətin inkişafının yeni, daha mükəmməl mərhələsi kimi; ikinci – hüquqi dövlət və sosial dövlət vəhdətdə olan tamı təşkil edir. Bu halda sosial dövlət hüquqi dövlətin xüsusiyyətlərindən biridir. Hüquqi və sosial dövlətin nisbətinə iki mövqedən baxılır: 1) sosial dövlət hüquqi dövlətin mühüm prinsiplərini inkar edir; 2) sosial dövlət hüquqi dövlətin inkişafının yeni mərhələsidir. Hüquqi dövlət termini XIX əsrin əvvəllərində alman hüquq ədəbiyyatında (K.T.Velkera, R.fon Molye və b.), sosial dövlət isə 1850-ci ildə alman alimi L.fon Şteyn tərəfindən tətbiq edilib.
Hüquqi dövlətin bərqərar olması üçün hakimiyyətlərin bölgüsü kimi obyektiv-hüquqi prinsip qeyri-şərtsiz həyata keçirilməlidir. Hakimiyyət bölgüsü, bir-birini çəkindirmək və tarazlaşdırmaq prinsipi demokratik Afinada, həm də Roma Respublikasında təcrübədə yoxlanılmış antik mədəniyyətin böyük nailiyyətlərindən biridir. Hakimiyyətlərin bölgüsü ideyasının ilk müəllifi C.Lokkdur. O, dövlət hakimiyyətini həyata keçirdiyi funksiyaların xüsusiyyətinə görə qanunvericilik, icra və ittifaq (federal) hakimiyyətlərinə bölür. Montoskye «Qanunların ruhu haqda» əsərində hakimiyyətdən sui-istifadə imkanlarını aradan qaldırmaq üçün hakimiyyətin müxtəlif qolları arasında bölgüdə bir-birini qeyri-qanuni hərəkətlərdən çəkindirmək və tarazlaşdırmaq prinsipini irəli sürür. Monteskyenin haki¬miyyətlərin bölgüsü ideyası ilk olaraq Amerika konstitusiyasında təsbit olunmuşdur.
Elmi ədəbiyyatda siyasi cəmiyyət və dövlət
anlayışlarının və onların nisbəti göstərilir.
Bu həm siyasi cəmiyyətə,
həm də dövlət cəmiyyətinin ən ali və təkmil formasına aiddir.
Bəzi hallarda bu iki termin
sinonim kimi istifadə edilir. Lakin onlar
bir-birinə hissənin
tama nisbəti kimidir.
Siyasi cəmiyyət – bu bütövdür, dövlət
bu bütövün ən mühüm hissəsidir. Siyasi cəmiyyət insan reallığına, insan rifahına, ümumi rifaha yönəldilir: Pluralizm elementi şəxsi azadlıq və təşəbbüskarlıq,
minimal müdaxilə və
idarəetmə hər
bir həqiqi siyasi cəmiyyətin elementidir. Siyasi cəmiyyətin mövcudluğu
və çiçəklənməsi
üçün ailə,
iqtisadi, mədəni,
təhsil, dini amillər xüsusi əhəmiyyətə malikdir.
Dövlət yalnız siyasi
cəmiyyətin hissəsi
olduğundan, cəmiyyətin
rifahını, ictimai
qayda-qanun, həmçinin
ictimai işlərin idarəedilməsində maraqlıdır.
Dövlətin yerinə yetirdiyi
funksiyalar siyasi cəmiyyətə, insanlara
istiqamətləndirilir.
Siyasi cəmiyyətdə
cəmiyyət və hüquqi dövlət münasibətləri prizmasından
baxılması maraq kəsb edir. Hüquqi ədəbiyyatda
və rəsmi sənədlərdə hüquqi
dövlət və vətəndaş cəmiyyəti
birgə ifadə olunur. Bunların arasında qarşılıqlı
münasibətlər və
əlaqələr aşağıdakı
kimidir: vətəndaş
cəmiyyəti ilə
hüquqi dövlətin
bərabərliyi, cəmiyyətin
dövlətə nəzarət
etmək hüquqlarının
olması; qanunun aliliyi; Konstitusiya normalarının birbaş
hüquqi təsiri; insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi.
Hüquqi dövlətin və
vətəndaş cəmiyyətinin
qurulması insanların
ictimai şüurundan,
mədəni səviyyəsindən
və maddi rifahından çox asılıdır. Vətəndaş cəmiyyətinin inkişafı
dövlətin inkişafından
sonra gəlsə də o ailə və dövlət arasında ayrıca bölmədir, çünki
onun mövcud olması üçün
müstəqil dövlətin
olmasını tələb
edir. Vətəndaş cəmiyyətinin yaranması hüquqi dövlət və siyasi demokratiya ilə sıx əlaqəlidir. Vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı və siyasi demokratiya tarixi fenomen olub, müəyyən inkişaf mərhələsində
baş verir. Hegel hesab edirdi
ki, vətəndaş
cəmiyyəti və
dövlət sərbəst
institutlar kimi eyniyyət təşkil edir. Onun fikrincə vətəndaş
cəmiyyətində özəl,
dövlətdə isə
ümumi maraqlar cəmləşir.
Vətəndaş cəmiyyətinin yaranmasının
bir aspekti insan və vətəndaş
hüquqlarının ayrılmasıdır. Əgər insan
hüquqları vətəndaş
cəmiyyəti tərəfindən
təmin olunursa, vətəndaş hüquqları
hüquqi dövlət
tərəfindən təmin
olunur. Hər iki halda söhbət şəxsiyyətin
hüquqlarından gedir.
Birinci halda ayrı-ayrı insanın həyatı, mülkiyyət və öz imkanlarını realizə etmək hüququ nəzərdə
tutulursa; ikinci halda konkret dövlətin
vətəndaşı kimi
onun siyasi hüquqa malik olması nəzərdə
tutulur. Azərbaycan Konstitu¬siyasında insan və vətəndaş
hüquq və azadlıqlarına və vətəndaşların vəzifələrinə
geniş yer verilmişdir. Konstitusiyanın maddələrinin təxminən
hər üçüncüsü
insan və vətəndaş hüquq
və azadlıqlarını
və vətəndaş
vəzifələrini əks
etdirir. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə
orqanları, vəzifəli
şəxsləri tərəfindən
pozulan insan hüquqları və azadlıqlarının bərpa
edilməsi üçün
Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
vəzifəsi «Ombudsman» təsis
edilmişdir.
Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin mövcudluğunun mühüm
şərti keyfiyyətində
bütün proseslərdə
özünürealizə hüququ
olan şəxsiyyət
durur.
Vətəndaş cəmiyyətinə sosial,
mədəni və mənəvi sahədə
həyat fəaliyyətini
təmin edən, maddi və mənəvi
dəyərləri bir
nəsildən digərinə
ötürən sistem
kimi baxılır. Bu sistem dövlətdən asılı olmayan ictimai institutlar və münasibətlərdir.
Vətəndaş cəmiyyəti
institutları – ictimai,
özfəaliyyət, yaradıcı,
professional və digər
təşkilatlar, milli,
regional təsisatlar, özəl
sahibkarlıq strukturu,
qeyri-dövlət təhsil,
səhiyyə təşkilatları
və b. formalaşır
və fəal funksiya göstərir, dövlətə, onun orqanlarına, vəzifəli
şəxslərin fəaliyyətinə
səmərəli təsir
edir.
Ölkədə vətəndaş cəmiyyəti
iqtisadiyyatın modernləşməsi
– ictimai həyatın
demokratikləşməsi – milli məkanın sistemli liberallaşması
paradiqması gerçək¬likcə
formalaşacaqdır. Demok¬ratiya hər
bir insana aid olduğundan həmişə
insan azadlıqları,
insanların hüquq bərabərliyi, vətəndaş
azadlığı, yaxşı
yaşamağa yönəldilmiş
sosial dəyişikliklər,
iqtisadi rifah, dövlətin aktiv rolu demokratik cəmiyyətdə ön
planda olur.
Demokratiyanın möhkəmliyi, cəmiyyətin
iqtisadi inkişafı
ilə müəyyən
olunur. İqtisadiyyat bütün insanlara
onların həyatı
üçün nə
qədər çox verirsə, o qədər ictimai institutlar, ideyalar, baxışlar, hərəkətlər möhkəm
olur və iqtisadi aktivliyin səviyyə və dinamikasını lazımi
səviyyəsini təmin
edir. Ölkənin iqtisadi cəhətdən
güclənməsi və
vətəndaşların maddi
rifahının təmin
edilməsi vasitəsilə
cəmiyyətin mərhələli
demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş,
yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə
danışmaq olar.
Məlum həqiqətdir ki, iqtisadiyyat siyasəti müəyyən edir və siyasətdən qabaq gəlir. Siyasət və
iqtisadiyyat bir medalın iki üzüdür. Siyasət və
iqtisadiyyat arasın¬da
sıx bağlılıq
nə təsadüfi,
nə də neytral haldır. Sivilizasiya yaranandan üzü bəri bütün dövrlərdə iqtisadi
amil həlledici olub siyasi dəyişik¬liklərin
əsasını təşkil
etmişdir. Afinada
zadəganlarla demosun (xalqın), Romada potrislərlə (yerli latın və
sabimlərə mənsub,
tam hüquqlu vətəndaşlar)
plebeylərin (etruslar və başqa etnik qruplar, yəni tam hüququ olmayan vətəndaşlar)
arasında iqtisadi və siyasi mübarizə nəticəsində
Afinada demokratik dövlət (demos-xalq+kratus-hakimiyyət), Romada isə aristokratik respublika yaranmışdır.
Üç nöqtə.-2014.- 12 mart.- S.9.