Əkrəm Əylisli Nobel mükafatına namizəd göstərildi
Jalə Əliyeva: «Bu “əsər”in
Nobel sülh mükafatına
təqdim olunması gözlənilməz deyil»
Dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı
Əkrəm Əylislini
2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər.
Norveç Nobel Komitəsinə
ünvanlanan müraciətdə
Ə. Əylislinin “Azərbaycan
və Ermənistan xalqları arasındakı
düşmənçiliyin aradan qaldırılmasında
mərdlik göstərdiyi”
vurğulanır: “Sülh
prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə
bilər. Yalnız məşhur şəxsiyyətlərin
çağırışları hər iki xalqı
bir-birini bağışlamağa
və razılığa
gəlməyə təşviq
edə bilər.
Cənab
Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə
əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.
Müraciət aşağıdakı şəxslər imzalayıb:
Sergey Abaşin (Sergey Abashin) – antropologiya və sosial tədqiqatlar professoru, Sankt-Peterburq Avropa Universiteti;
Andrey Bitov (Andrei Bitov) – Rusiya PEN-klubunun prezidenti, İrəvan Dövlət Universitetinin fəxri professoru;
Kreyq Kalhun (Craig Calhoun) – sosial elmlər professoru, London İqtisadi və Siyasi Elmlər Məktəbinin direktoru;
Derluqyan
(Georgi Derluguian) – sosial tədqiqatlar və kütlə siyasəti professoru, Əbu Dabi Nyu-York
Universiteti;
Aleksandr
Dobroxotov (Alexander Dobrokhotov)
– fəlsəfə doktoru,
Moskva Ali İqtisadiyyat
Məktəbi;
Həsən Hüseynov (Gasan
Guseinov) – klassik filologiya və fəlsəfə doktoru, Moskva Dövlət Universiteti, Moskva Ali İqtisadiyyat Məktəbi,
Bazel (İsveçrə)
Universiteti;
Kevan
Harris (Kevan Harris) – ABŞ-ın
Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin
əməkdaşı;
Ruslan Xestanov (Rouslan Khestanov) – fəlsəfə
və kulturologiya professoru, Moskva Sosial və Mədəniyyət Proqramları
İnstitutunun direktoru,
Moskva Ali İqtisadiyyat
Məktəbi;
Mixail Mayatski (Michail Maiatsky) – kulturologiya professoru, Moskva Ali İqtisadiyyat Məktəbi,
İsveçrə Friburq
Universiteti;
Vladimir Malaxov (Vladimir Malakhov) – sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və
Dövlət Xidməti
Akademiyasının prezidenti;
Nikolay Plotnikov (Nikolaj Plotnikov) – fəlsəfə
professoru, Rus Fəlsəfəsi və İntellektual Tarixi elmi mərkəzi, Bohum Rur Universiteti;
Teodor Şanin (Teodor Shanin) – Mançester Universitetinin sosiologiya professoru;
İmmanuel Vallerstayn (Immanuel Wallerstein)
– Yelk Universitetinin sosiologiya professoru;
Qeyd edək
ki, müraciəti imzalayan Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin
üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar
incəsənət xadimi
Çingiz Hüseynovun
oğludur.
Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli “Daş yuxular” romanını nəşr edib. Romanda ermənilərə
qarşı törədilən
qırğınlardan bəhs
olunur. Yazıçı bu romanı
2006-cı ildə yazdığını
söyləyib. Roman yayıldıqdan sonra
Ə. Əylisli “Azərbaycanın
xalq yazıçısı”
adından və fəxri təqaüddən
məhrum edilib.
Məsələyə münasibət bildirən, filologiya elmləri doktoru, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin
üzvü Jalə Əliyeva deyib ki, təxminən bir il öncə
– elə bu zamanlar yazıçı Əkrəm Əylislinin bədnam “Daş yuxular” “əsər”i ortaya çıxdığı
və geniş müzakirələrə səbəb
olduğu vaxtlar artıq belə düşünmək olardı
ki, bunun mütləq pərdəarxası
məqsədi var. “Mən
indi həmin “əsər”in məğzi,
mahiyyəti haqqında
yenidən geniş danışmaq, əvvəlki
fikirlərimi təkrarlamaq
istəmirəm. Çünki
hələ bir il öncə
bu məsələ ilə bağlı müzakirələr açılarkən
öz fikirlərimi bildirmişdim. Ümumiyyətlə,
özünü azərbaycanlı
hesab edən, bu xalqın ağrı-acısını öz
ağrı-acısı bilən
hər bir ziyalı, hər bir kəs təbii
ki, o zaman bu məsələyə öz kəskin münasibətini ifadə
etmişdi”, – deyən
millət vəkilinin sözlərinə görə,
amma bu gün
yeni bir məsələ gündəmə
gəlib ki, bu da həmin
“əsər”in, onun müəllifinin Nobel sülh
mükafatına təqdim
edilməsidir. Millət vəkili
bir daha xatırladıb ki, bu, əslində gözlənilən idi.
“Dediyim kimi, bu “əsər” nəyə görə yazıldı, nə üçün belə bir addım atıldı, sualları qarşısında polemik
müzakirələr getmişdi
və hər kəs də təəccüblənərək çiyinlərini çəkmişdi
ki, axı niyə-nə üçün?… Mən də bu məsələ ilə bağlı mətbuatda gedən yazımda “nə üçün bunu etdiniz Əkrəm
müəllim?”- deyə, üzüntü
ilə yazıçıdan
soruşmuşdum. Ancaq elə
o zaman gəlinən nəticələrdən biri
o idi ki, bəlkə də bunun arxasında hansısa böyük bir mükafat, hansısa şirnikləndirici
bir amil dayanır. Bu baxımdan, indi bu “əsər”in Nobel sülh mükafatına təqdim olunması gözlənilməz deyil,
əksinə, gözlənilən
bir addım idi. Bu “əsər”
müəyyən sifarişlərlə,
müəyyən məqsədlərlə
ortaya çıxıbsa
və ya çıxarılıbsa təbii
ki, bunun arxasında dayanan erməni lobbisi, erməni ideologiyası hər zaman olduğu kimi, bu dəfə də bunu sonuna
qədər həyata
keçirəcək. Belə demək mümkünsə, özümüzü
öz yazıçımızın,
dili, dini bizimlə eyni olan bir yazıçının
əli ilə vurdurmaq da qarşımızdakı
düşmənin bir
daha məkrli niyyətini, bədxah siyasətini ortaya qoymuş oldu…”, – deyə, millət vəkili bildirib. Açıqlamasında Nobel sülh mükafatına
və mükafatçılarına
etirazı olmadığını,
bu barədə subyektiv fikir söyləmək istəmədiyini
deyən millət vəkili eyni zamanda, bir üzüntüsünü
də dilə gətirib. “Bu günə kimi Nobel sülh mükafatı dünyanın çox əhəmiyyətli, çox
dəyərli yazarlarına
verilib. Amma eyni zamanda bir fikrimi də
mütləq bildirmək
istəyirəm ki, çox təəssüflər
olsun son dövrlərdə
mükafatçıların seçilməsində daha
çox siyasi ambisiyalar və daha çox xalqları bir-birinə qarşı qoyan yazarlar, onları əsərləri önə
çəkilir. Yəni,
qiymət əsl sənətə, əsl əbədiyyat nümunəsinə,
əsl yazara deyil, əsərinin içərisində ayrımçılıq
salan, nifrət toxumu səpən, haqqı nahaqqa qurban verən insanlara, Böyük Türk dünyasına, onun ayrılmaz parçası olan Azərbaycan xalqına iftira, böhtan atan yazarlara, onların əsərlərinə
verilir. Onlar nədənsə birinci növbədə mükafata təqdim olunur və sonda da laureat
olurlar. Bunu da üzüntü
ilə qeyd etmək istəyirəm”,
– deyə, millət vəkili sonda sözlərinə əlavə
edib.
Elməddin
Üç nöqtə.-2014.- 12 mart.- S.11.