İnsan hüquqlarından yazan jurnalistlərin hüquqi bilikləri artırılır

 

Bu məqsədlə hüquqi maarifləndirmə tədbirləri təşkil edilir

 

Ölkəmizdə informasiya texnologiyalarının inkişafı və səmərəli tətbiqi milli mətbuatın tərəqqisində mühüm rol oynamaqdadır. Nəşr olunan qəzet və jurnallarla yanaşı, elektron informasiya şəbəkəsi də inkişaf etdirilməkdədir. Müvafiq dövlət qurumları, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, habelə Mətbuat Şurasının əlaqəli şəkildə jurnalistlərin peşəkarlığının artırılmasına istiqamətlənmiş treninqseminarlara cəlb edilməsi üzrə tədbirlərin həyata keçirilməsi də səmərəli olmuşdur.

Müvəkkil kütləvi informasiya vasitələrinin, xüsusilə elektron mətbuatın və internetin inkişafı istiqamətində dövlətin səylərini yüksək qiymətləndirərək, səlahiyyətli dövlət qurumlarını, jurnalist birliklərini və bütün cəmiyyəti azad mətbuatın zəruri olduğunu dərk və qəbul etməyə çağırır, habelə informasiya azadlığını bütün qanuni vasitələrlə dəstəkləməyi tövsiyə edir.

Kütləvi informasiya vasitələri nümayəndələrinin, xüsusilə də insan hüquqları mövzusunda yazan jurnalistlərin peşə hazırlığının yüksəldilməsi, onların hüquqi biliklərinin artırılması məqsədilə Müvəkkilin təşəbbüsü və təklifi ilə treninq-seminarlarhüquqi maarifləndirmə tədbirləri də təşkil edilmişdir. Keçirilmiş mətbuat konfransları və brifinqlər, aparat əməkdaşlarının ekspert qismində iştirak etdikləri tədbirlər də xüsusi əhəmiyyət kəsb etmişdir.

Müvəkkil hər bir kəsin informasiya almaq hüququ olduğunu, bu hüququn səmərəli təmin edilməsinin zəruriliyini, vətəndaşlara, o cümlədən jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, toplamaqyaymaq üçün zəruri şərait yaradılmasının vacibliyini bildirmişdir.

İnformasiya cəmiyyətində yeni medianın qarşısında bir sıra vəzifələr durduğunu, vətəndaşların informasiyaya olan tələbatında köklü dəyişikliklərin baş verdiyi müasir dövrdə həqiqəti əks etdirən obyektiv xəbərin ən qiymətli resurs olduğunu, yeni media təmsilçilərinin bu tendensiyanı diqqətdə saxlamasının zəruriliyini davamlı olaraq mətbuat nümayəndələrinin diqqətinə çatdırılmışdır.

Media hüquqlarının müdafiəsini, söz və ifadə azadlığının təmin olunmasını daim diqqətdə saxlayan Müvəkkil jurnalistlərə qarşı kobud rəftar hallarını ötən dövrdə də nəzarətdə saxlamış, onların vəziyyətinə xüsusi diqqətlə yanaşmışdır.

Qanun pozuntuları halları aradan qaldırıldıqda belə, hər hansı zorakılığa, o cümlədən jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırılmasına yol verilməməsi və bu kimi halların qarşısının alınması məqsədilə müvafiq qurumların əməkdaşları üçün preventiv üsul kimi təlimlərin keçirilməsi və geniş izahat işinin aparılması, habelə həddən artıq güc tətbiq olunmadan qanunauyğun davranış qaydalarının təmin edilməsi zəruridir.

Media hüquqlarının etibarlı müdafiəsi, fikir, söz və ifadə azadlığının səmərəli təmin olunması istiqamətində tədbirlər davam etdirilməkdədir. Jurnalistlərə qarşı kobud rəftar halları yolverilməzdir və belə hallarda məmurlar qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar.

Qeyd edilənlərlə yanaşı, jurnalistlər də qanunun tələblərinə əməl etməli, öz yazılarında vətəndaşların şəxsi və ailə həyatına müdaxilə edilməsi, onların işgüzar nüfuzuna xələl gətirilməsi, razılığı olmadan vətəndaşın şəxsi həyatı barədə, habelə həqiqətə uyğun olmayan məlumatların yayılması kimi hallara yol verməməli, bununla yanaşı, daim öz peşəkarlığının artırılması, cəmiyyətə dəqiq, qərəzsiz informasiyanın çatdırılması yönümündə çalışmalı, bu istiqamətdə təlim və treninqlər davam etdirilməlidir.

Törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş kütləvi informasiya vasitələri nümayəndələrinin tənbeh olunması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsulların, o cümlədən ağlabatan məbləğdə cərimələrin, qəzetin fəaliyyətinin müvəqqəti dayandırılmasının tətbiqi tövsiyə olunmuş və hazırda tətbiq edilməkdədir.

İnformasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirən Müvəkkil tərəfindən aparatın strukturunda yaradılması nəzərdə tutulmuşİnformasiya təminatı məsələləri şöbəsi”nin vəzifələrinin, strukturununştat cədvəlinin layihəsi hazırlanmış, ştat sayının təsdiq edilməsi məqsədilə Nazirlər Kabinetinə ünvanladığı müraciətlər müsbət dəyərləndirilmiş, məsələnin 2012-ci ildə həlli və maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyinə tapşırıq verilmiş, lakin hələ də öz həllini tapmamışdır.

Ştat vahidlərinin və maddi-texniki resursların ayrılmamasının nəticəsidir ki, təsisat informasiya təminatı hüququnun təmin edilməsi üzrə fəaliyyətini zəruri səviyyədə qura bilməmiş və məhz bu səbəbdən də davamlı olaraq tənqidlərə məruz qalmaqdadır.

Məlumat üçün qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Müvəkkil aparatının strukturunun təkmilləşməsi nəzərdə tutulmuşdur.

Müvəkkil kütləvi informasiya vasitələri üzrə tanınmış ekspertlərin, jurnalist təşkilatları rəhbərlərinin, qəzet redaktorlarının və digər media nümayəndələrinin iştirakı ilə növbəti məsləhətləşmələr keçirmiş, əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Bu zaman Müvəkkil dövlət qurumları və vətəndaş cəmiyyəti üçün paytaxtregionlarda birgə silsilə maarifləndirici treninqlərin təşkilini, müvafiq tədris proqramları və modullarının hazırlanaraq çap olunmasını, informasiya sahibləri olan dövlət qurumlarının struktur bölmələrinin əməkdaşları tərəfindən müvafiq qanunun müddəalarının dərindən öyrənilməsi və tətbiqini, jurnalist kadrların yetişdirilməsinə, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlığının yüksəldilməsinə, peşə etikası qaydalarına əməl etməsinə, ixtisaslaşmasına diqqətin artırılmasını, vəzifəli şəxslər, mətbuat xidmətlərinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri və ümumilikdə əhali üçün paytaxtregionlarda geniş hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasını, informasiya sahibləri olan dövlət qurumlarına ünvanlanmış sorğuların tam, obyektivoperativ cavablandırılmasını, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsini, dövlət qurumlarının fəaliyyəti ilə bağlı öz internet resurslarında dolğun məlumatların yerləşdirilməsini, dövlət qurumlarında elektron məlumat toplusunun yaradılmasını, informasiya sahibləri olan dövlət orqanlarının müvafiq informasiya strukturlarının işinin, həmçinin elektron resurslarının daha da təkmilləşdirilməsini, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təhlillərin aparılmasını, teleradio kanallarında verilişlərin təşkilini, dövlət qurumları, media üzrə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrindən və jurnalistlərdən ibarət informasiya üzrə İşçi qrupunun yaradılmasını, onun əsasnaməsinin və tədbirlər planının hazırlanmasını, informasiya məsələləri üzrə ixtisaslaşmış məruzəçinin müəyyən edilməsini, davamlı əməkdaşlığın qurulmasını, ümumən canlı şəbəkə şəklində fəaliyyət göstərərək, müntəzəm görüşlərin keçirilməsini məqsədəuyğun hesab etmişdir.

Yeri gəlmişkən, Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyətinin monitorinqi göstərmişdir ki, qeyd edilən tövsiyələr informasiya sahibi olan bir çox dövlət qurumları tərəfindən əsasən həyata keçirilmişdir.

Müvəkkil «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq etməyi, bu mühüm sənədin uğurla gerçəkləşdirilməsi üçün səylərin birləşdirilməsini tövsiyə etmişdir.

Dövlət qurumlarına informasiya təminatı ilə məşğul olan müvafiq struktur bölmələri, onların vəzifələri və əməkdaşları haqqında məlumatların təqdim edilməsi ilə bağlı müraciət edilmiş, müvafiq siyahı tərtib olunmuş və təsisatın saytında yerləşdirilmişdir.

 

Üç nöqtə.-2014.- 15 mart.- S.10.