Azərbaycan finalda

 

Aybəniz Haşımova: “Professional musiqiçi kimi deyirəm ki, mən Ermənistanı finala layiq görmədim

 

Murat Arif: “Əvvəlki illərə baxanda şouya, istərsə Eurovision”a maraq azalıb

 

Mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinə ilk yarımfinalı keçirilib. Azərbaycan “Eurovision-2014″ mahnı müsabiqəsinin finalına keçib. Mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycan, Latviya, Estoniya, İsveç, İslandiya, Albaniya, Rusiya, Ermənistan, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Hollandiya, Monteneqro, Macarıstan təmsilçiləri səhnəyə çıxıblar. Səsvermə nəticəsində Azərbaycan, Rusiya, Ermənistan, Monteneqro, Macarıstan, San Marino, Ukrayna, İsveç, Hollandiya İslandiya finala vəsiqə qazanıb. Latviya, Estoniya, Albaniya, Belçika, Moldova, Portuqaliya finala vəsiqə qazana bilmədi. Azərbaycanı bu yarışmada Dilarə Kazımova “Start a Fire” mahnısı ilə təmsil edir. Dilarə Kazımovanın səhnə performansının quruluşçu rejissoru isveçli rejissor xoreoqraf Osa Enqman yapon əsilli polşalı xoreoqraf Petr Torazava Giro, mahnının bəstəkarı Stefan Örndür. Azərbaycan təmsilçisi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. Təmsilçimiz havada hərəkət edən qadın gimnast arxada ifa edən üç ifaçı ilə səhnəyə çıxmışdır. “Eurovision” mahnı müsabiqəsinin tarixində ilk dəfədir ki, havada gimnast hərəkət nümayiş etdirir.

“Eurovision” haqdaÜç nöqtə”yə danışan əməkdar artist Aybəniz Haşımova ölkəmizi finala keçməsinə görə, təbrik etdi: “Ölkəmizin uğurudur. Bütün Azərbaycanlıları səs verməyə çağırıram. Moldovanı nahaq finala keçirmədilər. Mən Moldovanın təmsilçisini tanıyıram. O çox gözəl müğənnidir. Ümumulikdə öz ölkəmizə görə çox sevinirəm. Finala keçən ölkələr sırasında Ermənistan qane etmədi. Ermənistan təmsilçisi xaric oxuyurdu. Xaric oxuduğuna görə, Ermənistan finala keçməməliydi. Düşmən ölkə olduğu nöqteyi nəzərindən danışmıram. Professional musiqiçi kimi deyirəm ki, mən Ermənistanı finala layiq görmədim. Onun haqsız keçməsi xoşuma gəlmədi. Onların yerinə Moldova keçərdi. Yəqin ki, bu ölkələr arasında bir siyasətdir. Mədəni əlaqələrlə yanaşı bu bir siyasətdir. Belə düşünüblər. Təmsilçimiz Dilarə Kazımovaya uğurlar arzu edirəm. Azərbaycanı təmsil edir. Düşünsün ki, orada Ermənistan da finala keçibdir. Qarşısında məqsədi o olsun ki, Azərbaycan ilk üçlükdə olsun. Bunu unutmasın. Mən ona bunu arzu edirəm”.

Aparıcı Murat Arif murad arif321bildirdi ki, əvvəllər hər kəs “Eurovision” müsabiqəsi haqda sosial şəbəkələrdə paylaşırdı: “Müsabiqə haqda fikirlərini yazırdılar. İndi bu haqda yazmırlar. Dilarə Kazımovanın finala keçməsinə çox sevindim. Favoritlərdən final üçün İsveçin, İtaliyanın, Almaniyanın Azərbaycanın adı çəkilir. Əvvəlki illərə baxanda şouya istərsə Eurovision”a maraq azalıb. İki il bundan əvvəl tamam başqa ab-hava olub. İndi müsabiqə insanlara maraqlı deyil. Elə bil Avropa ölkələri hazırda necə yanaşırsa biz elə yanaşmağa başlamışıq. Artıq əvvəllki illər kimi maraqlı deyil. Əvvəl hər kəs “Eurovision” barədə danışırdı. Dilarə güclü müğənnidir nömrəmiz maraqlıdır. Xoşuma gəldi. Bizim çıxışımız İsveç, İtaliya, Almaniya, Macarıstan xoşuma gəlir”.

Qeyd edək ki, yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 10-da keçiriləcək finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilib.

“Eurovision-2014″ün finalı mayın 10-da keçiriləcək.

Həsənova, Rəqsanə.

Üç nöqtə.-2014.- 8 may.- S.13.