«Üzrxahlıq və tövbəni
qəbul etmirəm»
Əbdül
Mahmudbəyov: «Kinoya yaxşı aktyor kimi gəlməyimin
arxasında böyük rejissor
olmaq fikrim dururdu»
«Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib”. «Bəyin oğurlanması» filmindəki bu misralar hər kəsə məlumdur. Həqiqətən də kino qəliz olması ilə yanaşı, mədəniyyətin, adət-ənənənin dünyaya tanıdılması baxımından önəmlidir. Yaxşı kino isə bu sahədə çalışanların istedadı və zəhməti hesabına başa gəlir. Azərbaycan kinosunda özünəməxsus xidmətləri olan şəxslərdən biri də əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovdur. Çəkdiyi filmlər, canlandırdığı obrazlarla hər zaman öz yeri, sənəti, şəxsiyyəti olan Şeyx Əbdül Mahmudbəyovun mayın 15-də 70 illik yubileyi qeyd olunacaq. Biz də bu münasibətlə onu müsahibə üçün redaksiyamıza dəvət etdik. Onunla kinoya gəlişi, bu sahədə xidmətləri və gələcək işləri barədə söhbət apardıq. Hörmətli sənətkarımız redaksiyamıza, yəni, 20 nömrəli məktəbin yanına «5 mərtəbə» dairəsindən piyada gəlmişdi…
Aygün: 70 illik bir ömrü necə yaşamısınız?
Şeyx Əbdül Mahmudbəyov:
Mənim üçün dünyada
eşq və məhəbbət var. O eşq Allahdan başlayır. Eşq-məhəbbət
deyəndə bu gün
kişinin qadına məhəbbəti başa düşülür.
O da təhrif olunub deyə
eşq məhəbbət də
qalmayıb. Böyük Nizaminin
belə bir qəzəli var:
Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşıq iftarını sevda meyi-nab etmədədir.
Mən üzrxahlıq və
tövbəni qəbul etmirəm. Əgər günah
etmisənsə, onun tövbəliyini,
bağışlanmasını Allah təala
bilir. Çox insalar deyir ki,
gedim yalandan
üzrxahlıq edim. Əgər pislik etmisənsə, onun
müqabilində yaxşılıq elə. Həzrəti
peyğəmbərin belə sözü var ki, Allahın insana verdiyi alın
yazısını yalnız alın təri və zəhmətlə
redaktə etmək olar. Əsası olmayan, paralel fikirlər formalaşmayan yaşam
çöldən-çölə olur. O
həyatı demək ki,
yaşamamışam. Əxlaqlı, halal olmaq mütləqdir. Böyük
alim olmaya bilərəm,
amma əxlaqlı olmalıyam. Mənim 70 illik həyat tərzim hamısı bunun içində fırlanır. Allahın
qismətidir ki, həm ana,
həm də ata tərəfdən zəngin,
köklü-soylu bir nəsildənəm.
Ola bilsin,
genetikanın da rolu var. Elə ailələr olur
ki, övlad ailənin
adına layiq olmur. Allahdan, ailədən, mənim şəxsi təşəbüsümdən,
müəllimlərimdən gələn əxlaq-tərbiyəni,
idarəçilik sistemini uşaqlarıma
ötürməyə çalışıram. Ən
azından, adımıza heç nə
deməsinlər.
Aygün: Şou ilə mədəniyyəti son vaxtlar qarışdırıblar. Mədəniyyət sahəsində çalışmaq sizin üçün çətinləşməyib ki?
ebdul 3Şeyx Əbdul: Mədəniyyət xadimləri daim göz önündə olurlar. Bütün dövrlərdə hansı proses baş versə, birinci zərbə mədəniyyətə dəyir. Çünki mədəniyyət həm də ideologiyanın, təbliğatın ana xəttidir. Bu gün bizdə bir geyimi təbliğ edirlər, sabah başqasını. Bunun elminin, mexanizminin formalaşması vaxt tələb edir. Bu mənada, mədəniyyətin ən böyük xidməti onun çətinliklə əmələ gəlməsindədir. Allah İsa Muğannanın ruhunu şad eləsin. Həzrət peyğəmbərim qədər itki hesab elədiyim İsa Muğanna mənim ustadımdır. Azərbaycan xalqı zaman-zaman müdrik elm, mədəniyyət yaradan bir xalqdır. İnanın ki, dünya bundan qidalanır. Təssüflər olsun, müəyyən ictimai-siyasi hadisələr, sovet dövründə ilk növbədə çalışırdılar ki, bizi müqəddəs soyumuzdan ayırsınlar, özümüzü tanımayaq. Ən böyük faciə də tanıtımdan başlayır. Biz bütün dünyaya açılmalıyıq ki, baxın görün nələr var. Biz cırıq şalvar geyinib, belimizi açırıq ki, guya Avropaya inteqrasiya eləmişik. Müqəddəs söz mənəviyyatımız, söz tariximiz düzgün açılmalıdır.
Rəqsanə: Zəifliyimiz nədədir?
Şeyx Əbdül: Bu işdə günah mədəniyyətimizin
sərbəst olmaması, mədəniyyət alverinin
aparılmasıdır. Hərə bir universitet açıb. Az
qalıb ki, İncəsənət
Universitetində stomatologiya fakultəsi
açılsın. Mədəniyyət hansı zəmin
üzərində formalaşır? Hansı zəmin üzərində
bu ideologiya qurulur? Pulun, rüşvətin?
Bu boyda İsa Hüseynovu öyrənə
bilirikmi? İmkan verdik ki, biz
onu öyrənək. Hərə ona bir söz
dedi. Nizamiyə, Füzuliyə, Nəsimiyə
qarşı da elə olmuşuq.
Biz öz dahilərimizə
dəyər verə bilmirik. Bu gün aləmi
qarışdırırlar. Sənət, sənətçi, elm insanları az qalıb.
Gətirib hər yerə xalası, dayısı
uşağını doldurublar. Həyatda
hər şey ölçülü-biçilidir.
İnsan iki idarəçilik
sisteminə tabe olmalıdır:
ağıl və ürək. Ağlı ilə
düşünən insanlar çox ölçü-biçilidir.
O ölçünün özündə
bir əndazə, kəmiyyət var. Mən həmişə ürəyimlə
qərar verirəm. Heç nəyi
planlaşdırmıram. Mən bu cür də yaşayıram.
Rəqsanə: Ürəyinizlə qərar verməyin yaxşı və pis tərəfləri nədir?
Şeyx Əbdül: Dünyada tam müsbət, tam mənfi heç nə olmur. Necə ki, haqq-nahaq, düz-əyri var. Ziyan və xeyir də bərabərdir. Münasibətini formalaşdırsan, yolunu düz gedərsən. Onsuz da hamıya daş atırlar. Hər halda, ən çox ziyan çəkən sərbəst düşünən, yaradıcı insalardır.
ebdul3Aygün: Kinomuz bu gün necə inkişaf edir?
Şeyx Əbdül: Bu gün böyük
kinodan danışmağa
ixtiyarımız yoxdur. Çünki texnoloji
imkanlar da dəyişib. Kino tamamilə texnologiya ilə bağlıdır.
Kino kompleks bir
sahədir ki, texniki işçidən tutmuş, yaradıcı insanlar və qələm əhlinin bir yerdə zəhmətinin nəticəsidir.
Maddi texniki bazamız sovet dönəmindən sonra dağıldı.
Bu gün bizim
film çəkməyə texnologiyamız yoxdur.
Son vaxtlar həmin
texnologiyanı çox
baha qiymətə kirayəyə götürürlər.
Kinostudiyaya cavan direktor
gəlib. 4-5 nəfər də gənc dünyanın müxtəlif ölkələrində
müasir kino akademiaylarını qurtarıb
gəlib. Həmin direktor
dövlət səviyyəsində
bir produser mərkəzi yaradıb.
Dünyanın heç bir
ölkəsində dövlət
kinoya pul vermir, əksinə, kinodan pul qazanır.
Təzə düşüncə, yeni yanaşma lazımdır. Mən 60-cı illərdə formalaşan
cavanlardanam və nə qədər inkişaf etsəm də, bu günün
gənci kimi düşünə bilmərəm.
İstedadlı gəncləri qorumaq
lazımdır ki, çıxıb getməsinlər.
Maddi-texniki baza dünya
standartlarına cavab verməlidir ki, filmlərimizlə dünya
arenasına çıxa
bilək. 4-5 ilə bu işlər
düzələcək. Bu mənada, kinoda
növbəti sıçrayış
məqamı başlayıb.
İstedadlı gənclər və
gənc rəhbər var, dövlət diqqət ayırıb və kinoda böyük qayıdış
var. Mən böyük
kinodan danışıram,
seriallardan yox.
Aygün:
Bəs, seriallarımıza
necə, baxmısınız?
Ə.Mahmudbəyov: Mümkün olan
şey deyil. Çünki kinonun peşəkar əlifbası
var. Onu bilmədən
yaxşı iş ortaya qoymaq olmaz.
Bizim böyük kinomuz bərpa olunur. Azərbaycan böyük mədəniyyətlər
yaradan istedadlı xalqdır. Maddi-texniki bazamız bərpa
olunandan sonra inanıram ki, bizim tarixə düşən filmlərimizin
təzə formaları
yaranacaq. Biz yaşlı nəsillər
də gərək gənclərə dəstək
olaq. Sükanı onlara təhvil
vermək lazımdır
ki, öz bacarıqlarını, istedadlarını
ortaya qoysunlar.
Rəqsanə: Rejissor olaraq elə bir film olubmu ki, çəkmək
istəmisiniz, amma alınmayıb?
Şeyx
Əbdül: Tarixə,
milli-mənəvi dəyərlərə
bağlı insanam. Mənim kinoya yaxşı aktyor kimi gəlməyimin
arxasında böyük
rejissor olmaq fikrim dururdu. Karyeramın qızğın vaxtında
Moskvada rejissorluq oxudum. Məqsədim tarixi filmlər
çəkmək idi.
Şah İsmayıl Xətai boyda nəhəng bir şəxsiyyəti ortaya qoyduq. Böyük bir ssenari işlədik.
Bir milyon pul xərclənmişdi.
Heydər Əliyev bu
işi nəzarətdə
saxlayırdı. O rəhmətə
gedəndən sonra mənə bəlli olmayan səbəblərdən
çəkilişləri dayandırdılar.
Əzizə Cəfərzadə və Fərman Kərimzadə ilə Xurşidbanu Natavan haqqında çox gözəl bir kino əsəri yazmışdım. O da
qaldı. Folklor etnoqrafik tətbiqi
sənət nümunələri
silsilə sənədli
film ssenarisi işləmişəm.
O da qalıb. Ağa Məhəmməd Şah Qacar haqqında da film çəkmək istəmişəm, amma alınmayıb. Mən o əsərləri
kino kimi olmasa da, heç
olmasa tədris mənasında cavanlar oxusunlar deyə, kitab kimi çap
etdirdim.
Aygün:
Çəkdiyiniz əziyyətin
bəhrəsini görmüsünüz?
ebdul mahmudbeyovŞeyx
Əbdül: Heç
bir işimi görəndə təmənna
güdməmişəm. Gücüm çatan
qədər xalqım
üçün işlər
görməyə çalışmışam.
Tarixdə qalmaq üçün
nəyisə qurban verməlisən. İndi 70 yaşım
tamam olur. Heç kimin qapısını döyüb deməmişəm
ki, mənə yubiley keçirin.
Aygün:
Maraqlıdır, nələri
qurban vermisiniz?
Şeyx
Əbdül: Səhhətimi
qurban vermişəm. 3-4 dəfə əməliyyat
olunmuşam. Ailəmi qurban
vermişəm. 35 yaşımda ailə qurmuşam. 70 yaşım var, nəvəm hələ 2 yaşındadır. Yaşıdlarımın nəticəsinin 2 yaşı
var. Bütövlükdə, soy kökümü özümə
qarşı qoyub bu sənətə gəlmişəm. Çünki nəslimiz kino adlı bir sənət
haqqında düşünmək
belə istəmirdi.
Çünki şeyx ailəsi
idik və kinoya gəlməyimə qarşı çıxırdılar.
Mən vəziyyətdən elə
çıxmağa çalışırdım
ki, nə şiş yansın, nə kabab. Anam iki il bundan öncə, 97 yaşında
rəhmətə getdi.
Son illər məni
efirdə görəndə
öyünürdü. Ona qədər narazılıqlar,
ailədaxili umu-küsülər
olub ki.
Rəqsanə: Bunların öhdəsindən
necə gəlirdiniz bəs?
Şeyx
Əbdül: Universitetin
hüquq fakultəsinə
qəbul olmuşdum. Gördüm ki, bu iş mənlik
deyil. O vaxta qədər kənddə iki kinoya çəkilmişdim.
14 yaşım olanda Əjdər İbrahimov kəndimizdə
Nazim Hikmətin “Bir məhəlləli iki oğlan” əsərini çəkirdi.
Kino belə idi
ki, varlılar vağzalla gəlib kasıb məhəllədən
keçirlər. Bizim üçün
vaqonun pəncərəsindən
konfet atırlar.
Mən də orada çəkilmişdim.
Bir il
sonra Qobustanda Lətif Səfərov “Leyli və Məcnun”
əsərini çəkirdi.
Mən ikinci filmə çəkiləsi oldum.
O vaxt Fərman Kərimzadə mənim haqqımda “Konfet dalınca düşüb
kinoya gələn oğlan” oçerkini yazmışdı.
Rəqsanə: Hansı obrazı
canlandırmaq istərdiniz
ki, müasir zəmanə ilə uzlaşsın?
Şeyx
Əbdül: Yenilənmək
lazımdır. Bundan ötrü
cəmiyyətdən gələn
tələblər azlıq
edir. Gərək, insan daxilən
buna uyğunlaşsın.
Bunların ikisinin vəhdəti
olanda nəticəsi olur. Daim yeniliyə maraq göstərən adam olmuşam. Soy-kökümü isə heç vaxt unutmaram. Həmişə işıq düşən
tərəfə getmişəm.
Kino çəkmək çox ağır fiziki zəhmət tələb edən işdir. Artıq 70 yaşım var. Peşəkar kimi arzusundayam ki, bayaq dediyim 3 əsəri ekranlaşdırım.
Amma bu filmləri gənclərimizlə bir yerdə müasir yanaşma tərzində çəkmək istəyirəm.
Aygün.
Üç nöqtə.-2014.- 9 may.- S.13.