“Filmlərimiz Kann festivalında…….”
Əli İsa Cabbarov: “Orada iştirak qələbə
deməkdir”
Mayın 14-dən 25-dək 67-ci Kann Beynəlxalq Kinofestivalı keçirilir. Kann festivalının əsas müsabiqələrindən olan “Qısa metr” proqramına “Sonuncu”, “Rejissor ikihəftəliyi” poqramına isə “Torn” qisametrajlı filmlərimiz daxil edilib. Bu haqda “Üç nöqtə”yə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib. O, Azərbaycan kinosunun Kann festivalında iştirakını əlamətdar bir hadisə olduğunu bildirdi: “Hər iki filmin yaradıcı heyəti gənclərdir. Bu filmlərdən birininin yaradıcı heyəti rusiyalılar olsa da, baş rolun ifaçısı azərbaycanlı İdris Rüstəmovdur. Rasim Cəfərovun baş rolda oynadığı “Torn” film isə Azərbaycan məhsuludur. Yalnız rejissorlarından biri türkdür. Rejissor və prodüserlər gənc və müstəqil kinoda işləyənlərdir. Bu filmlərin gənclər tərəfindən və müstəqil rejissorlar tərəfindən çəkilməsi çox əlamətdardır. Bu göstərir ki, müstəqil kino şirkətlərinin çəkdikləri filmlər Azərbaycandan kənara çıxa bilir. Son illərdə çəkilən Azərbaycan filmlərindən ən çox festivallarda iştirak edən, ən çox mükafatlar gətirənlərin əksəriyyəti də özəl kino şirkətlərinin məhsullarıdır. “Butafilm”, “Dərviş prodüser mərkəzi” həmin şirkətlərdəndir. Bu onu göstərir ki, Azərbaycan kinosunda ümumi problemlərə, vəsait çatışmazlığına baxmayaraq filmlər çəkilir və ölkəmizi xaricdə uğurla təmsil edirlər”.
Rejissor onu da dedi ki, filmdə çəkilənlərlə yanaşı istedadlı rejissorlarımızın və prodüserlərimizin də Kann festivalında iştirak etmələri çox yaxşı olardı. Ə. Cabbarovun sözlərinə görə, Azərbaycan kinosunun Kann festivalından mükafatla qayıtmaq şansı azdır: “Kinomuzun Kann festivalına düşdüyü “Rejissorlar həftəsi” və “Tənqidçilər həftəsi” çox mötəbər müsabiqələrdir. Orada iştirak qələbə deməkdir. Ona görə də mükafat olacaq- olmayacaq tam müzakirə obyekti deyil. Mən həmkarlarımı təbrik edirəm. Bu festival gələcək kinomuz üçün yol açacaq. Azərbaycan kinosunun adı orada katoloqlara düşür. Tanışlıq olacaqlar, əlaqələr qurulacaqlar”.
Qeyd edək ki,
“Sonuncu” bədii filminin
rejissoru Sergey Pikalov, ssenari müəllifləri
Sergey Pikalov və Aleksandr Krasavin, baş rolun
ifaçısı isə İdris
Rüstəmovdur. “Torn” qisametrajlı filminin rejissorları Elmar İmanov və Engin Kundağ, baş rolun ifaçıları Rasim
Cəfər və Zülfiyyə Qurbanovadır. Builki festivalda ölkəmizdən
dövlət və bir sıra müstəqil
kino şirkətlərini təmsil edən
20-dən artıq kinematoqrafçı iştirak
edir.
Rəqsanə Həsənova
Üç nöqtə.-2014.- 23 may.- S.13.