Hər bir işçinin ödənişli və ödənişsiz məzuniyyət götürmək hüququ var

 

İşçi əmək müqaviləsinə xitam verilərkən əmək məzuniyyəti hüququndan istifadə etmədikdə onun əvəzi pulla ödənilə bilər

 

Əmək məzuniyyəti ilə yanaşı, yaradıcılıq məzuniyyəti ödənişlidir. Yaradıcılıq məzuniyyəti işləməklə yanaşı aspiranturada, doktoranturada (yaxud bunlara bərabər digər yaradıcılıq pillələri) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə verilir. Həmin şəxslər yaradıcılıq məzuniyyətlərindən dissertasiya işlərini tamamlamaq, dərsliklər və ya dərs vəsaiti yazmaq üçün verilir. Belə məzuniyyətlər ödənişli məzuniyyətlərdir. Elmlər namizədi elmi dərəcəsi almaq üçün dissertasiya işinin tamamlanılması üçün ödənişli yaradıcılıq məzuniyyətinin müddəti 2 aydır. Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin tamamlanması üçün üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Belə məzuniyyətlər işçilərə müvafiq elmi şuranın qərarına əsasən verilən arayışlar əsasında verilir. Doktoranturadaya aspiranturada təhsil alan (yaxud aspiranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir. Dərsliklər və dərs vəsaiti yazan müəlliflərə işlədikləri yerdə 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Belə məzuniyyət müvafiq icra hakimiyyəti orqanının qərarı və arayışı əsasında verilir. Müvafiq təhsil müəssisəsinin elmi şurası, yaxud müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətinin müddətini və həmin məzuniyyətlərdən istifadə məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməlidir. Belə məzuniyyətlər müddətində ödənilən pul işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır. İşləməklə yanaşı təhsil alan işçilərə aşağıda göstərilən təhsil məzuniyyətləri verilir. Müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları, dövlət imtahanlarını vermək, diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün də belə məzuniyyət verilir. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə onun orta aylıq əmək haqqı ödənilir. Ödənişli təhsil

məzuniyyətləri ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işləri, yoxlamaimtahan sessiyaları dövrü üçün birinciikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində verilir. Bu növ məzuniyyət orta ixtisas məktəblərinin axşam şöbələrində oxuyan işçilərə birinciikinci kurslarda 10 təqvim günü, qalan kurslarda 20 təqvim günü, ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə hər tədris ili üçün birinciikinci kurslarda 30 təqvim günü, qalan kurslar üçün 40 təqvim günü, orta ixtisas məktəblərinin qiyabi şöbələrində təhsil alan işçilərə hər tədris ilində birinciikinci kurslarda 20 təqvim günü, qalan kurslarda 30 təqvim günü, aliorta ixtisas məktəblərində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü verilir. Peşə məktəblərində və liseylərdə işləyə-işləyə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ili ərzində 30 gün, orta ümumtəhsil məktəbləri nəzdində axşam siniflərində və qiyabi qruplarda təhsil alan işçilərə buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü ödənişli təhsil məzuniyyəti verilir.

ÖDƏNİŞSİZ MƏZUNİYYƏTLƏRİN VERİLMƏ QAYDALARI MÜXTƏLİFDİR

Yuxarıda sadalanan növlərdən başqa ödənişsiz məzuniyyət növü də vardır. Belə məzuniyyətlər işçilərə öz şəxsi işlərini yoluna qoymaq üçün verilir. Ödənişsiz məzuniyyətlərin verilmə qaydaları müxtəlifdir. Əmək Məcəlləsində nəzərdə tutulan hallarda işçilərin xahişi və tərəflərin qarşılıqlı razılığı əsasında, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənilən ödənişsiz məzuniyyət verilə bilər. Ödənişsiz məzuniyyət hüququndanqohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti yarandıqda” istifadə etmək olar. İşçilərin xahişi və işəgötürənin razılığı ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri də müxtəlif olur. Həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulan uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağı bilavasitə qulluq edən digər üzvünə-uşaq 4 yaşına çatanadək, arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə-14 təqvim gününədək, 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara -14 təqvim gününədək, əlilik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə-bir təqvim ayınadək, müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə – 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.

İllik əmək məzuniyyətləri hər ilində bir dəfə verilir. İş ili adətən təqvim ili ilə üst-üstə düşmürişçinin işə faktiki olaraq başladığı andan hesablanır. Bununla belə “işçinin birinci ili üçün əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçi altı ay işlədikdən sonra birinci ili bitənədək işəgötürənə ərizə ilə müraciət edərək işəgötürənlə razılaşdırdığı vaxtda məzuniyyətə çıxa bilər. Sonrakı illərdə işçiyə əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilir. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə işəgötürən işçilərin nümayəndəli orqanları ilə razılaşdırmaqla, yaxud hər hansı başqa bir qayda ilə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəli tərtib edə bilərlər.

İşəgötürənin və işçinin əsaslandırılmış arqumentləri əsasında qarşılıqlı razılaşma yolu ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə və başqa vaxta keçirilə bilər. Əmək Məcəlləsinə görə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə cari ildə əmək məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari ilindən növbəti ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. İşəgötürənin təşəbbüsü ilə əmək məzuniyyətinin başqa vaxta keçirilməsinə əsas verən hal işçinin həmin vaxtda məzuniyyətdə olması nəticəsində istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi haldır. Belə halda işəgötürən işçi ilə qarşılıqlı razılıq əsasında əmək məzuniyyətinin vaşqa vaxta keçirilməsini qadağan edən hallarda vardır. Əsas məzuniyyət yalnız əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərlə cəmlənərək bir yerdə verilir. İşçinin hər iki əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 2 təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi ili bitənədəkya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. Habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəz gün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır. İstifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək yenidən məzuniyyət pulu hesablanıb ödənilir. İşlədiyi ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin ili (illəri) üçün ona məzuniyyət verilməli və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilməlidir. İşçi əmək müqaviləsinə xitam verilərkən əmək məzuniyyəti hüququndan istifadə etmədikdə, ona Məcəllədə əks olunan qaydalara uyğun olaraq pul əvəzi ödənilə bilər.

 

Ardı var

Üç nöqtə.-2014.- 23 may.- S.9.