Müəllimə
idi, müğənni oldu
Firuzə
İbadova: «Gözəlliyim mənə bədbəxtçilik
gətirdi»
Əməkdar artist Firuzə İbadova üzləşdiyi haqsızlıqlardan və sənətindəki yeniliklərdən danışıb. Əməkdar artist “Üç nöqtə”yə açıqlamasında deyib ki, ona qarşı çox haqsızlıq edilib: «Məni incidən insanların nankorluğu və namərdliyidir. Nankorluğu, namərdliyi sevmirəm və özünü dost kimi göstərib, maskalanan insanları sevmirəm. Onları tədricən həyatımdan silirəm. Mənim insani xüsusiyyətlərimdəm öz mənafeləri üçün istifadə ediblər. Elə insaları həyatımdan silmişəm. Sənətdə və həyatda çox az dostum var. Əsl dost təmmənasız və rüşvətsiz olmalıdır. Qarşılığını güdmədən necə ki, ana-bala sevgisi, etibarı, vəfası var, rüşvətsiz dostluq və sevgi də elə olmalıdır».
Firuzə İbadova dedi ki, haqsızlığa məruz qalsa da, elə insanları bağışlayır:
«Mənə haqsızlıq edən insana yenidən aldana da bilirəm. Qəlbim çox safdır. İnsanlara tez inanıram. Çünki heç vaxt insanları aldatmamışam. Qəlbimdə saflıq məni başqalaşmağa qoymur. Allah mənim üzümə baxıb ki, tərbiyəmi, əxlaqımı qoruyub saxlamışam. Haqsızlıq edən insan qəlbimi alanda bağışlamışam. Dəfələrlə olub ki, üzümə gülüb «filan şeyi belə edəcəm» deyə, söz veriblər, amma etməyiblər. Öz-özümə deyirəm ki, «Firuzə, sən yenə də buna aldandın. Sənə söz verdi, əməl eləmədi. Növbəti dəfə də aldadacaq». Məni yaralayan insanı görən kimi qucaqlayıram, «necəsən, mənim bacım» deyirəm. Öz-özümü aldadıram ki, bu məni yaralamamışdı, mən özümü yaralamışdım. Onda görürəm ki, çox sadəlövh insanam».
Mübənni dedi ki, başına nə gəlibsə gözəlliyi üçün olub: “Bu yaşımda etiraf edim ki, gözəlliyimə görə bədbəxt oldum. Gözəlliyim mənə bədbəxtçilik gətirdi. Amma bu simaya görə Allahıma çox şükr edirəm. Həm oxumağım, həm gözəlliyim başıma bəla oldu. Gərək qəddar olasan ki, bu hadisələri yaşamayasan, hər yerdə «mənəm-mənəm» deyəsən. Mən «mənəm-mənəm» sözündən qorxuram, heç vaxt da deməmişəm. Gərək qəddar, yırtıcı olaydım, ola bilmədim. Mənə elə gəlir ki, bundan sonra da ola bilmərəm».
Yaradıcılığından danışan əməkdar artist tezliklə pərəstişkarlarını sevindirəcəyini dilə gətirdi: “İnşallah, gələn həftə yeni və retro mahnılar üzərində işləyəcəm. Pərəştişkarlarıma söz vermişəm ki, bütün mahnılarım “You Tube”da yerləşdiriləcək. Dekabrın sonuna qədər bu işlər hazır olmalıdır. Bu gün musiqi mədəniyyətimizdə muğamımız yüksək səviyyədədir. Amma lirik və xalq mahnılarını ifa edən bəzi müğənnilərdə bir az savadsızlıq var. Onlar sənətkarlarımızdan bəhrələnməlidirlər. Mən hər kəsə hər zaman kömək əlimi uzadıram. Bəstəkarın adını bilmirlər, şairlərin adlarını çəkmirlər. Bu da şairləri, bəstəkarları çox üzür. Çox savadsızlar var. Amma savadlı müğənnilərimiz də çoxdur - Aybəniz Haşımova, Aygün Bayramaova, Nuriyyə Hüseynova, Almaz Orucova. Şövkət Ələkbərova professional, akademik məktəbi vardı. O məktəbin yenidən bərpa olunmasını istəyərdim».
İncəsənət Universitetində dərs demək üçün təklif gözlədiyini deyən xanım sətənçi bildirdi ki, yaşın bu vaxtında çox tələbələr yetişdirə bilər: «“Eurovision»a bir neçə tələbə hazırlamışdım. İkinci-üçüncü yerlərə qədər gəlmişdilər. Zəka Zeynalov mənim yanımda çalışır. Çox istedadlı bir müğənni idi. Təbii ki, İncəsənət Universitetində, Milli Konservatoriyada və digər yerlərdə dərs deməyi çox istərdim. Mən ixtisasca müəlliməyəm».
Rəqsanə
Üç nöqtə.-2014.- 14 noyabr.-
S.13.