“Sevən qadın gözləməlidir”
Sema Çeyrekbaşı: “40 ildir ki, bu
sənətdə işləyirəm
və bu illər ərzində işimi çox sevərək yaşayıram”
Türkiyəli tanınmış aktrisa Sema Çeyrekbaşı canlandırdığı bir çox obrazlarla tamaşaçıların sevimlisinə çevrilib. “Kaybolan yıllar” serialında Meral obrazını ilə azərbaycanlı tamaşaçılar tərəfindən də sevilən aktrisa Hasan Kıraçın rejissorluğu ilə çəkilən “Birleşen gönüllər” filmində Cənnət obrazını canlandırır. Bu obrazı ilə də tamaşaçıların qəlbini fəth etməyi bacardı. “Birleşen gönüllər” filmi İkinci Dünya Müharibəsində yaşanmış eşq hekayəsindən bəhs edir. Niyaz və Cənnət evləndiyi günün səhəri ayrılmaq məcburiyyətində qalırlar. Niyazı müharibəyə, Cənnəti isə kənd camaatı ilə Almaniyaya iş düşərgələrinə aparırlır. Müharibə onları bir-birindən ayırır. Cənnət çox çətin həyat yaşayır. Övladını böyüdür və ömrünün sonuna qədər Niyazı gözləyir. Niyazı yaşlı vaxtında gördükdən sonra ölür. Sema Çeyrekbaşının “Üç nöqtə”yə müsahibəsini təqdim edirik.
- Azərbaycana ilk dəfə gəlirsiniz?
- Bakıya ilk dəfədir gəlirəm. Bura gəldiyimə görə çox xoşbəxtəm. Bu qədər insanla bir yerdə olmaq məni çox sevindirdi. Hələlik Bakıda heç yeri görməmişəm. Hava limanından otelə gəldik. İlk olaraq “28 Cinema”ya gəldim. Onu deyim ki, ilk gördüyüm Azərbaycan xalqının çox mehriban və səmimi münasibətidir.
- Azərbaycanlı
tamaşaçılar sizi
çox sevir. Belə mehriban qarşılanacağınızı
gözləyirdinizmi?
- Təbii ki, gözləyirdim. Türkiyədə azərbaycanlı dostlarımız var. Hamısı
ilə çox mehriban münasibətlərimiz
var. Biz eyni insanlarıq.
İki dövlət bir millətik. Ona görə də
mehriban qarşılayacaqlarını
bilirdim. Gözlədiyim kimi də oldu.
Məni çox gözəl qarşıladılar.
- Siz peşəkar aktrisasınız.
Bu, canlandıdığınız
obrazlarda özünü
göstərir. Çox sevilirsiniz.
Uğurunuzun sirri nədədir?
- İşimi
çox sevirəm.
Mən teatrda işləyirəm,
aktrisayam. 40 ildir bu sənətdə
işləyirəm və
bu illər ərzində işimi çox sevərək yaşayıram, işləyirəm.
Bu, yəqin ki,
ondan asılıdır.
Düşünürəm ki, hər bir insan işini
sevərək yaşamalıdır.
- “Birləşən gönüllər”də
fədakar və çətin həyat yaşayan Cənnət obrazını canlandırısınız. Bu haqda danışardınız…
- Həyatda baş verən həqiqi hekayədir. 50 illik bir gəncliyin eşq hekayəsidir. Müharibə illərində baş verir. Cənnət və Niyaz bir-birindən ayrılır.
Anadoludan
gedən müəllimlərin
fədakar məktəb
hekayəsi olmasaydı
50 illik eşq görüşməyəcəkdi. Cənalandırdığım Cənnət çox
məşəqqətli bir
həyat yaşayıb.
O, çətin həyatın
öhdəsindən gəlmək
üçün bir vəfa borcu kimi gözləməyi seçib. Onlar evlənərkən bir-birilərinə vəfalı
olmaq üçün
söz veriblər.
Biri «dönəcəm», biri isə «gözləyəcəm»
deyib.
- Qeyd etmisiniz ki, filmə baxanda hər dəfə ağlayırsınız…
- O obrazı oynadığıma görə
deyil, çətinliklərin
içində qadının
həyat yoldaşını
gözləməsini, onun
həyatını düşündüyümə
görə ağlayıram.
Filmə
5-ci dəfədir baxıram,
hər dəfə də ağlamışam.
İndi də izləyəndə göz yaşlarımı
saxlaya bilmədim.
Cənnətin həyatına, yaşadıqlarına
pis oluram. Mən bu filmi oxuyanda
çox kədərləndim.
Obrazı canlandırarkən də kədərləndim.
Çətin bir hekayədir.
- Sema xanım, həyatda Cənnət kimi olub, onun yaşadıqlarını
yaşaya bilərmi?
- Sevən qadın gözləməlidir. Cənnətin yaşadıqları çox
çətindir. Müharibənin içində həyatda qalmaq və övladını saxlamaq üçün çox çətinliklərdən keçir.
Sevgilisini gözləmək üçün ayaqda durmağa çalışır.
Çox
böyük fədakarlıqlar
edir. Vəfalı qadındır. Allah göstərməsin, belə müharibədə
sevdiyi insanı gözləmək çox
çətindir. Amma düşünürəm
ki, bütün qadınlar, eləcə də sevən qadın həyat yoldaşını gözləməlidir.
Cənnətin yerində olsaydım,
mən də gözləyərdim.
Niyazı gözləmişdi və
yaşadığı həyat
onu çox yormuşdu. Biz çox az qismini
görürük. Amma Cənnət
uşağı ilə
birlikdə müharibənin
içində olmuşdu.
Qaçarkən komandir onu görür və əsgər əmr edir ki, onu
öldürsün. Əsgər Cənnəti
öldürmür. Dözülməz bir həyat keçirmişdi. O həyat
onu yormuşdu, xəstələnmişdi, gözləmişdi.
O qədər gözləmək
asan deyil. Amma ən azından, sonda Niyazını gördü və xoşbəxt öldü.
Həyatda baş verən
həqiqi bir hekayə olduğu üçün baş qəhrəman ölür.
Biz də onun
həyatından film çəkdik.
- Sizi filmdə daha çox kədərləndirən
nədir?
- Müharibələr,
insanların itirdikləri
məni çox üzür, kədərləndirir.
Belə müharibələrdən sonra
böyük faciələr
olur. Belə faciələrdən biri Cənnətin hekayəsidir. Amma hər
müharibədə daha
da ağır hekayələr var. Məni
kədərləndirən belə
hadislərdir. Zənn edirəm
ki, hamımız belə hadislərdən kədərlənirik.
- Sema xanım, bir çox filmlərdə iştirak etmisiniz. Hazırda yeni filmlərə təklif almısınızmı?
- Hələ bir təklif almamışam. Hazırda bu filmi Türkiyədə və başqa ölkələrdə
tanıdırıq. Hazırda Cənnəti
düşünürəm, başqa bir filmdən təklif gələrsə, onun ssenarisinə baxdıqdan sonra qərar verəcəm.
- Filmi izləyən azərbaycanlı
tamaşaçılarınıza nə tövsiyyə edərsiniz?
- Filmdə yaşanan hekayə haqqında yaxşıca düşünsünlər. Oradan öz
həyatları üçün
örnək götürə
bilərlər. Gənclər isə öz həyatlarında hədəf
qoyaraq bir yerlərə getməyi sınasınlar. Cənnətin Niyaza qovuşduğu, Anadolu müəllimlərin
fədakarlıqları kimi
mütləq bir uğura nail olacaqlar.
Hər bir izləyicimizə qucaq dolu salamlarımı
göndərirəm. Biz
sizi çox sevirik.
Rəqsanə
Üç nöqtə.-2014.- 22 noyabr.-
S.13.