«Elmlər Akademiyasında yeni
islahatlar lazımdır»
Abel Məhərrəmov:
«Elm olmayan yerdə təhsil ola bilməz»
«Universittin 95 illik yubiley kitabını hazırlamışıq və orada Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini çox qabartmışıq»
Millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov parlament jurnalistlərinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Abel müəllim, rəhbərlik etdiyiniz universitetin yataqxana problemi nə zaman öz həllini tapacaq?
- Bildiyiniz kimi uzun illər universitetin yataqxanalarında məcburi köçkünlər məskunlaşmışdı. Ötən il məcburi köçkünlər üçün yeni binalar tikildi və onlar yataqxanadan çıxarıldı. Yataqxana binaları bərbad vəziyyətdə olduğu üçün orada söküntü işləri dəgetdi. Planlaşma da gedib, layihə də hazırdı. Ancaq bəzi məsələlərə görə müvəqqəti olaraq işlər dayandırılıb. Ancaq bu məsələ xeyli aktuallaşıb və yəqin yaxın vaxtlarda buna start veriləcək.
- Yeni yataqxanaların tikintisi üçün nə qədər vəsaitə ehtiyac var?
- Onu demək olmaz. Çünki biz bu günlərdə universitetin 95 illik yubileyini qeyd edirik. Bununla da 100 illik yubileyəstart veririk. Azərbaycan dövlətçilik tarixində ilk ali məktəbin 100 illik yubileyi çox tarixi bir hadisədir. Ona görə təbii ki, bu yubileyə dövlət səviyyəsində hazırlıqlar gedəcək və onlardan biri də yataqxana layihəsidir. Düzdür sual verə bilərsiniz ki, yataqxananın tikintisi 5 ilə başa gələcək. Ancaq elə layihə var ki, onu 1-2 ilə tikmək də çox çətindir. Yəqin 3-4 il çəkəcək. Məsələn, o tədbirlər planının həyata keçməsində mən hesab edirəm ki, bir nömrəli məsələ yataqxana məsələsidir.
- Yeni yataqxanalardan təxminən nə qədər tələbə yararlana biləcək?
- Dünyada belə bir statistika var, deyək ki, BDU-da 20 min tələbə təhsil alırsa onun 10 mininin yataqxanaya ehtiyacı var. Çünki Azərbaycanda və dünyada da belədir ki, şəhər və kənd əhalisi arasında nisbət təqribən birin birədir. Yəni 20 min tələbəmiz var, 10 min tələbənin yataqxanaya ehtiyacı var. Bu yataqxana layihəsi isə təqribən 6 min tələbənin yerləşdirilməsini nəzərdə tutur. Ancaq çox yaxşı layihədir. Çalışacağıq ki, heç olmasa 100 illik yubiley ərəfəsində bunu həyata keçirək.
- Büdcə müzakirələrində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsini təklif etdiniz? Magistratutaya əbul olunan oğlanların əsgərliyə çağırılmasının hansı mənfi nəticələri var ki?
- Biz
çalışırıq ki, elə edək ki, magistr pilləsinə
qəbul olanlar üçün çağırış
olmasın. Bu nə ilə əsaslanır? Deyək ki, bakalavr
pilləsində elmi tədqiqat işi aparır, magistr pilləsinə
gəldikdə onu hərbi xidmətə
çağırırlar. Bu, işini yarımçıq
qoyub əsgərliyə gedir, bir il vaxt keçir və
qayıdanda yaş keçir, ailə qurmaq istəyir, qiyabi
magistrant olmaq istəyir. Yəni bakalavrla fəlsəfə
doktorluğu arasında elm qırılmağa başlayır.
Elə bil zəncir ortada sınır. Biz təklif edirik ki,
onları əsgərliyə aparmasınlar. Onlar müdafiə
edəcəklərsə, qalacaqlar. Müdafiə etməsələr
35 yaşa qədər əsgərliyəapara bilərlər.
Heç bir problem yoxdur. Yəni təhsili qorumaq
üçün bu mərhələni keçmək lazımdır.
Bu, çox aktual məsələdir. Hər il
magistratutaya qəbul oğlan qız nisbətində 75-in 25-ə
nisbətdir. Getdikcə artır, 80-nin 20-yə
nisbətindədir. Yəni qızların
sayı çoxalır, oğlanlar azalır. Qızlar da ailə həyatı qururlar, ana olurlar və
elmdən aralaşırlar. Biz elə bil
ki, elm müharibəsinə ancaq qızlarla gedirik. Bunlar həm də ana olmalıdırlar. Yəni problemlər çoxdur. Elə adam var ki, onu qəbul edirik, ailə qurur və
6-7 il dekretdə olur. Bəs elmi kimlərlə
irəli aparmaq lazımdır. Oğlanlar
elmdən uzaqlaşır. Bunun da səbəblərindən
biri oğlanların əsgərliyə
aparılmasıdır. Yəni magistraturaya
daxil olan oğlanlar əsgərliyəaparılmasa bunun da elmin
irəli getməsinə çox köməkliyi olar.
- Müzakirələr zamanı “Elm
haqqında” qanunun tezliklə qəbul olunması məsələsini
qaldırdınız. Bu qanunun qəbulu elmin
inkişafına hansısa töhfə verə biləcəkmi?
- Bilrisiniz, bu gün elmlə təhsil
sintezlə inkişaf edir. Elm olmayan yerdə təhsil ola bilməz. Təbii ki, təhsil olmayan yerdə
də elm ola bilməz. Ancaq
bu gün elm dünyada çox qabağa gedib. Niyə? Məsələn, bu
gün Amerika elmə, innovativ istiqamətlərə, məsələn,
nano texnologiya, biotexnologiya, molekulyar biologiyaya və s.
böyük sərmayə qoyulur və qısa müddətdə
qoyduğu sərmayənin xeyrini görür. Niyə? Çünki texnoparka
verir, brend istehsal edir və hamıdan qabağa gedir və pulu
3 ildən sonra götürür. Təhsilə
qoyulan pul isə 10-15 ildən sonra ancaq öz keyfiyyətini
verir və onu idarə eləmək çox çətindir.
Çünki səpələnir. İndi təhsildə hansı innovativ istiqamətlər
inkişaf edib. Bu, bir neçə elmin vəhdətində
olan istiqamətlərdi. Məsələn,
biotexnoloq olmaq üçün biologiyanın, fizikianı,
texnologiyanı, riyaziyyatı, informatikanı yaxşı bilməlidir.
Sual olunar ki, bu gün ali məktəblər
o istiqamətdə kadr buraxırmı? Xeyr! Heç
bir yerdə belə kadr buraxılmır. Niyə?
Axı fənlər arası əlaqə yaratmaq
çox çətindir. Bir kimyanı
götürürsən, ancaq bir tədris planı var, onu
hazırlaya bilirsən. Məsələn,
nano texnoloq hazırlamaq çox da sadəməsələ
deyil. Bunu doktoranturada hazırlamaq olar.
Sözüm ondan ibarətdir ki, bu günkü tələbə,
məzun sabah istehsalata gedəndə, deyək
ki, Sumqayıt texnoparka gedərkən, onun biliyi fizikadırsa,
bu, orda çalışmaq üçün yetərli deyil. Ora gedənin bir neçə fənnin
qarışığında olan elmi istiqaməti
olmalıdır. İnovativ təhsil bir
neçə fənnin birləşməsində inkişaf
edir. Ona görə də ali məktəblərdə
fənnlər arası əlaqələr yaradırlar və gəncin
tədris planını elə yüngülləşdirirlər
ki, o gedib 1-ci, 2-ci kursdan elmi işlə məşğul olsun
və getsin texnoparkın problemini bilib gəlsin
düşünsün, sərbəst işləsin. Bunu sizə
bir az açıqlayım ki, dəqiq
başa düşün. Məsələn,
sovetlər dövründə tələbə 6 gün məşğul
olurdu, həftədə 36 saat tədris planı var idi. Bəzən göstəriş gəlirdi ki, fəlsəfəni,
ideoloji fənləri artırın və həftəlik 42-44-ə
saata çatırdı. İndi tədris
planı Azərbaycanda həftəlik 24 saata yenib.
Amerikada elə
universitet var ki, həftəlik 12 saatdır. Bu o deməkdir ki, səhər dərsə gedib sonra
boşsan. Əslində o, boş deyil.
O gedib sərbəst işləyir. Axtarır,
gedir alimin yanına ki, mən məsələn, nanotexnologiya
ilə bağlı nələri öyrənim? Alim də deyir, onu öyrən, bunu öyrən.
Tələbə də başlayır sərbəst
işləməyə ki, gələcəkdə məzun olarkən,
onu innovativ istiqamətdə işləməyə cəlb eləsinlər.
İndi biz də 44-dən 24-ə
düşüb. Getdikcə də
azaldırıq. Biz Avroatlantika məkanına
inteqrasiya edirik. Burda məsələ odur
ki, tələbə dərsdə eşidirsə, onda 7 faiz
bilik formalaşır. Tələbə
görürüsə, o 18-20 faiz bilik əldə edir. Tələbə o prosesi özü əli ilə
edirsə, bu, 65 faizdir. Avroatlantika məkanına
gediriksə, tələbəözü əli ilə etməlidir.
Tələbə qulaq sa bilər, tələbə
tədris laboratoriyasında nəsə görə bilər. Ancaq tələbə gedib əli ilə nəsə
etməlidir. Edirsə, təcrübəli adam
olur. Ona görə dərs saatlarını
azaldırlar ki, tələbə sərbəst işləsin.
Sovet tədris sistemində müəllimlər
çalışırdı ki, auditoriyada tələbənin
başına bilik doldursun. Nə dərəcədə
uğurumuz var idi, yox idi, bu, başqa söhbətdir. Avropa modeli deyir ki, biz biliyi başa yerləşdirməməliyik.
Müəllim informasiya verməlidir, problem,
mühazirə qoymalıdır və tələbəgedib sərbəst
işləməlidir. İndi sual ortaya çıxır
ki, bizim təhsil yetkinliyimiz, lap dərinəgetsək milli
yetkinliyimiz o səviyyədədir ki, tələbəni sərbəst
buraxsaq, tələbə gedib gecə-gündüz kitabxanada,
laboratoriyada işləyəcək. Bu, ikinci bəladır.
Azərbaycan iqtisadiyyatında keçid
dövrü başa çatıb. Ancaq Avroatlantika
məknına inteqrasiya prosesində keçid
dövrümüz başa çatmayıb. Ona görə hamı deyir ki, niyə Amerikada olan
kimi səninki belə deyil. Biz o yolu gedirik.
Amma milli və təhsil yetkinliyimizi o səviyyəyə
çatdıra bilmirik ki, tələbəni bir qoşa saatdan
sonra buraxasan, axşam saat 8-ə qədər laboratoriyada,
kitabxanada işləsin. İndi bəzən biz az danışırıq, amma bu sahəni zəif
bilənlər daha çox danışır. Azərbaycan
o vaxt uğur əldə edəcək ki, elmlə təhsilin
sintezi olsun. Ali məktəblərdə elm
çox inkişaf etməlidir. Məsələn,
BDU-da elmə maliyyə verilməlidir. Azərbaycanda 1800
elmlər doktoru var, onun 1200-ü ali məktəblərdə
işləyir. Əfsuslar olsun ki, bu alimlərin elmi iş
aparması üçün, elmi laboratoriyaları zənginləşdirmək
üçün praktiki vəsait ayrılmır, ayrılsa da,
çox az ayrılır. Vəsait
ancaq Milli Elmlər Akademiyasına ayrılır ki, elmi işi
onlar aparacaq. Onu da artırmaq
lazımdır. Bəs biz elmi işi necə
aparırıq? Biz elmi işi tələbələrin
təhsil ödənişləri hesabına aparırıq.
O puldan bir az götürürük, elmi tədqiqat
işi aparırıq ki, tələbə sərbəst vaxt
getsin laboratoriyada işləyə bilsin. Yəni
bu prosesi dərk etmək lazımdır.
- Dediniz ki, ali məktəblərdə
elm üçün pul ayrılmır. Hazırda
Elm Fondu elmi layihələr üçün qrant
ayırır. Bu Fondun fəaliyyəti bu
gün sizin dediyiniz tələbləri ödəyirmi? BDU Elm Fondundan qrant almaq üçün layihə
verirmi?
- Biz BDU olaraq 90-a yaxın qrant və
proqram üzərində işləyirik. Bunun
65-i beynəlxalq proqram və qrantdır. Milli
Məclisdə müzakirələr zamanı deputatlardan deyən
oldu ki, bu elmi nəticələr uğur verirmi, gəlir gətirirmi.
Biz ildə elmi uğurlardan 5-7 milyon dollar
arası gəlir əldə edirik. Bu, Azərbaycanla,
Avropa ölkələri ilə, Yaponiya, Çin, Türkiyə
ilə bağlıdır. Əldə
etdiyimiz vəsaitin çox cüzi bir hissəsi tədris-təlimdir,
əksər hissəsi elmi uğurlardır. Məsələn, nanotexnologiyanın
neftçıxartmada tətbiqi ilə bağlı 1 milyondan
çox beynəlxalq qrantımız var. Bununla bağlı Səudiyyə
Ərəbistanı ilə işləyirik. Əldə etdiyimiz vəsaitin bir hissəsi də Elm
Fondu ilə bağlıdır, bir hissəsi də təsərrüfat
hesablı müqavilələrdir. Elm Fondu
elanlar verir, müxtəlif qrantlar verir və biz də ordan
xeyli maliyyə vəsaiti əldə eləmişik.
Əfsuslar olsun ki, burda belə bir proses əmələ gəlib.
Deməli Azərbacanda təqribən 51
universitet var, bunların əksəriyyəti dövlət
universitetidir. Bayaq dedim ki, dövlət universitetlərində
alimlər elmi tədqiqat işləri aparmalıdır. Əvvəllər bunlara qismən də olsa maliyyə
vəsaiti verilirdi ki, elmi-tədqiqat işi aparsınlar. Son vaxtlar demək olar ki, bu demək olar ki, kəsilib.
Bir-iki universitet qalıb, onlardan biri də
BDU-dur. Bizə elmi-tədqiqat işi aparmaq
üçün dövlət büdcəsindən çox
cüzi maliyyə vəsaiti verilir. Bizə
bu maliyyəni də ona görə verirlər ki,
çünki bizdə iki dənə elmi-tədqiqat institutu
var. Verilən maliyyə də bunların ancaq məvaciblərinə
çatır. Axı maddi-texniki baza da
olmalıdır. Alim məvacib alır,
ancaq ona gərək cihaz da verəsən ki, onu işlətsin.
Ona görə də biz qarantlara müraciət
edirik. Elm Fondu da bizə deyir ki, sizə bir az pul verilir, biz o universitetlərə pul veririk
ki, onlara ümumiyyətlə pul ayrılmayıb, əgəronlar
o qrantlarda iştirak etməsələr biz bundan sonra sizin məsələnizə
baxarıq. Görürsünüz, bu cür
söhbətlər var. Məsələn, Elm Fondu sonuncu
elanı verəndə mən çox narazı qaldım.
Universiteti universitetdən ayırmaq lazım
deyil. Kim iştirak edib qazana bilirsə,
almalıdır. Amma deyir sən iştirak
edə bilməzsən, qoy o birisilərgəlsin iştirak
etsin. Bax, belə problemlər var. Ancaq mən
hesab edirəm ki, elmə-təhsilə maliyyəni əsirgəmək
lazım deyil. Çünki enerji mənbələrindən
çox əsasən elmi-təhsili inkişaf etdirmək
lazımdır.
- Siz Azərbaycan Milli
Elmlər Akademiyasının ləğv olunması təklifinə
necə baxırsınız?
- Yox, mən AMEA-nın bu dəqiqə
ləğv olunması haqqında bir söz deyə bilmərəm,
demək də istəmirəm. Xüsusən də
son vaxtlar Akademiyada canlanma var, onlara da maliyyəni artırmaq
lazımdır. Sadəcə yeni islahatlar
aparmaq lazımdır. Məni ən
çox narahat edən məqamlardan biri odur ki, dövlət
proqramı ilə xaricə gedən tələbələrdən
biz səmərəli istifadə edə bilmirik. Gələn
il büdcədən xaricdə təhsil
üçün 44 milyon pul ayrılıb. Məsələn,
mən təklif edirəm ki, 44 milyonun heç olmasa 40 milyonunu
verin getsinlər oxusunlar. 4 milyonunu da verin
ki, müqavilə bağlasın, gələcəkdə
universitetlərdə işləsin. Tələbəni
biz xaricə ona görə göndəririk ki, Azərbaycan təhsildə
də uğurla qabağa getsin. Necə ki,
iqtisadiyyatımız gedir, təhsil də paralel getməlidir.
Hesab edirəm ki, həm ölkədə elmi
islahatlar aparmaq lazımdır, həm də xarici elmi mühiti
Azərbaycana gətirmək lazımdır. Bu ikisinin vəhdətində Azərbaycanda elm-təhsil
uğurla inkişaf edəcək. İndi
açıq danışım ki, ölkədə islahatlar
aparılır. Çünki prezidentimizin
3 sərəncamından ikisi elm-təhsillə
bağlıdır. Xaricə gedən tələbələrlə
bağlı modeldüz işləməlidir. Buna bir proses
kimi baxmaq lazımdır. Yəni göndərdim,
kimi göndərdim və hardan göndərdim, niyə
göndərdim. Bu 3 sual burdan
çıxır. Getdi ora nəyi öyrəndi,
nə qədər müddətdən sonra hara
qayıtmalıdır. Bu deyək ki, gedib təyyarəni
öyrənib, qayıdarkən buna velosiped versən deyəcək
ki, mən velosiped sürmürəm, mən təyyarə
sürməyi öyrənmişəm. Deməli
o qayıdarkən onun işləməsi üçün nano
tipli cihzlar olmalıdır. Yəni belə
çıxır ki, hansısa müəssisə bu adamı
sifarişlə göndərməlidir. Məsələn,
hansısa sahə üzrə iki dənə bakalavrımızı
və ya magistrimizi seçirik, müqavilə bağlayıb
bu şərtlə Yaponiyaya göndəririk ki, gələndə
sən gəlib universitetdə işləməlisən.
Dövlət Neft Fondundan transfer olunan o 44 milyonun bir hissəsini
xaricə gedən o gənclərin adına
qoysunlar ki, qayıdıb gələndə sənin müəssisəndə
işləsin ki, ona yaxşı maaş ver ki,
qaçmasın. Əfsuslar olsun ki, hökumət
onlara bu qədər pul xərcləyir, amma xeyli hissəsi
özəl şirkətdə işləyir. Axı dövlət onları göndərirsə,
dövlət bunlardan faydalanmalıdır. Özəl
şirkət faydalanır qabağa gedir, dövlətin təhsil
ocaqları isə onlardan bəhrələnə bilmir.
- Bu yaxınlarda Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrlarla
bağlı tənqidi çıxışı oldu. Siz də
böyük bir universitetə rəhbərlik edirsiniz və hər
il xeyli məzununuz olur. Sizcə
kadr çatışmazlığında universitetlərin də
günahı varmı? Əgər
hüquqşünas çatışmazlığı varsa,
burda həm də universitetlərin də məsuliyyətindən
söhbət gedə bilər. Nədən kadrlar cəlb
olunmur və yaxud çatışmazlıqlar yaranır. Bunun
səbəbini analiz etmisinizmi?
- Biz analiz etmişik. Diqqətlə
qulaq asın. Bu dəqiqə problem
çoxşahəlidir. Hərə bir
müstəvidən baxır. Aadam durub bəzən
qlobusun bu tərəfindən baxanda Afrikanı görür,
keçib o tərəfindən baxanda Amerikanı
görür. Ancaq bir də var qlobus fırlananda adam bilmir hra bazsın, yəni hər yer tez-tez
gəlib gedir. Nə demək istəyirəm.
Bu məzunlar ki, universiteti bitirir, onlar təbii
ki, isyəyir ki, qısa müddətdə xeyli maliyyə vəsaiti
əldə eləsin. Onların
hamısı özəl şirkətdə işləyirlər.
Ancaq onlar gedib dövlət strukturunda 300-400
manata işləmək istəmir. Ona
görə də hökumət pul verib yaxşıları
hazırlayır, amma axıra qədər buna nəzarət eləmir
ki, ay özəl şirkət, mənim
hazırladığım adamı işə götürəndə,
sən get heç olmasa hökumətə bu qədər pul
keçir ki, bu kadrı hazırlayıb sənə verdim.
Zəif oxuyanlar da gedib dövlət qulluğuna
müsabiqədən keçə bilmir. Ancaq
güclülər keçirlər.
- İndiyə qədər
dövlət qulluğuna imtahan verən 45 min nəfərdən
yalnız 4 mini işlə təmin olunub.müsabiqədən
keçmə problemi sizcə nədən yaranır? Yəqin
sizin də tələbələriniz arasında kənarda
qalanlar var...
- Müsabiqə həmişə belədir
ki, kimsə keçməlidir, kimsə kənarda
qalmalıdır. Bunun obyektiv, subyektiv amilləri
var.
- Hər bir universitet məzun buraxarkən
dövlət imtahan komissiyasının qəarı ilə məzuna
mütəxəssis adı verilir. Necə hesab
edirsiniz, onlar dövlət qulluğuna qəbul olunarkən təzədən
onların yoxlanılması, universiteti qurtararkən onlara
verilmiş mütəxəssis adının şübhəyə
alınması deyilmi?
- Burda məsələ belədir. Məsələn, BDU-nun hüquq fakültəsində
artıq 15-ci ildir ki, Dövlət İmtahan
Komissiyasının sədri daxili işlər naziri,
general-polkovnik Ramil Usubovdur. Tələbə
dövlət imtahanını verərkən elmi müstəvidə
verir. Sabah onun ədliyyə, prokurorluq,
daxili işlər sahəsində işə götürülməsi
var. Hərə seçim zamanı özünün
ixtisasına uyğun professionallığı yoxlayır.
Yəni eyni yanaşma standartı yoxdur, yoxlama tələbləri
tamamilə başqadır. Biri ədliyyə
sahəsində işləyir, onun üçün bir yoxlama tələbi
var, kimsə MTN-də işləmək istəyir, onun da başqa
yoxlama tələbləri var. Ona görə bu, hökmən
olmalıdır.
- Deputat həmkarınız Əli
Hüseynli xaricdə təhsillə bağlı taktikanın dəyişdirilməsini,
yəni xaricdən ölkəmizə müəllimlərin dəvət
olunmasını təklif edib. Sizcə belə
bir taktikaya keçidi necə dəyərləndirirsiniz?
- Əslində bu da
bizim tərəfimizdən son vaxtlar səslənən məsələdi.
Bayaq mən dedim ki, xaricdən gələn tələbələr
özəl şirkətlərə gedir, özəl şirkətlər
güclənir, dövlət şirkətləri müqayisədə
zəifləməyə başlayır. Çünki
istedadlı gənc gedib özəl şirkəti
formalaşdırır və inki.af başlayır. Dövlət müəssisəsi isə geri
qalmağa başlayır. Biri var o
istedadlı gənc gəlib BDU-da hüquq nəzəriyyəsini
və yaxud cinayət hüququnu deyə, biri də var gedir bir
özəl şirkətdə hüquqşünas kimi işləyir,
yaxşı da pul alır. İndi ortaya
sual çıxır ki, xaricdən alimlər dəvət eləsək
yaxşıdır və yaxud da burdan gəncləri göndərsək
yaxşıdır. Mənə elə gəlir
ki, 2015-ci ilin büdcəsində xaricdə təhsilə
ayrılan 44 milyonda korrektə olmalıdır. Yəqin də ki, olacaq. Yəni
bir hissəsi xaricə göndərlən tələbələrə
ayrılacaq, bir hissəsinə də artıq xaricdən alimlər
dəvət eləmək lazımdır. Məsələn,
deyək ki, BDU-da molekulyar biologiya sahəsində elmi məktəbi
gücləndirmək istəyirik. İki-üç
alimi çağırrsan gəlib işləyir. Xaricə göndərilən tələbəyə
xərclənən pulu ordan gələn alimə versək, həmin
pula 5-6 mütəxəssis hazırlamaq olar. Həm də
əlaqə yaranar, elmi rəhbər ola bilər
və s. Mən buna çox müsbət baxıram. Yəqin
ki, il ərzində o 44 milyonun içərisində
bu proses getməlidir.
- BDU-da dərs demək
üçün hazırda xaricdən alim dəvət
edirsiniz?
- Ümumiyyətlə, bizdə
xaricdən çoxsaylı müəllimlər elmi-tədqiqat
işləri aparır. Hazırda İtaliya,
Fransa, Yunanıstan, Gürcüstan və digər dövlətlərlə
ümumi layihələrimiz var ki, sistematik olaraq magistr, bakalavr
pilləsində dərs demək üçün, elmi-tədqiqat
işləri aparmaq üçün alimlər gəlir. Onların sayı 50-yə yaxındır. Udduğumuz həmin proqramlar çərçivəsində
onlara pul verə bilirik.
- Xaricə təhsil almağa
göndərilən tələbələrdən BDU-ya
qayıdıb işləmək istəyən varmı?
- Onların çox az
hissəsi qayıdır.
- Abel müəllim, hazırda bəzi
tələbələrə dini cərəyanlara qoşulurlar
və bu baxımdan müəyyən problemlər yaranır. Bu mənada BDU-da hər hansı problem yoxdur ki?
- Yox. Dini cərəyanlarla
bağlı bizdə heç bir problem yoxdur. Universitetdə başqa problemlər var. Mən sizə
bir məsələni deyim. Təbii ki, cəmiyyətdə
görürsən ki, qalxışlar, yenişlər-yoxuşlar
olur. Bu da müəyyən məsələlərlə
bağlıdır. Məsələn,bu
gün bizi narahat edən məsələlərdən biri odur
ki, imtahandan kəsiləndən sonra gedib kredit
götürür və bunun üçün pul ödəməlidir.
Bu həm bizdə narahatçılıq
doğurur, həm də tələbələrdə
narahatçılıq doğurur ki, mən qiymət ala bilməmişəm,
ikinci dəfə dərsdə oturanda məndən pul
almayın. Belə bir məsələ var.
Sosial şəbəkədə son zamanlar belə fikirlər səsləndirilir.
Bu, əslində Nazirlər Kabinetinin qərarıdır,nə Təhsil Nazirliyindən
asılıdır, nə də universitetdən. İl yarım bundan qabaq Təhsil Nazirliyi ilə
müzakirə edib belə bir qərar qəbul ediblər.
Əslində təhsil sahəsində
keçid dövrünü yaşadığımız
üçün burda güzəşt eləmək olardı.
Biz bu məsələni BDU olaraq
qaldırmışıq. Təhsil naziri də
sağ olsun ki, geniş kollegiya iclası keçirtdi ki, bu məsələdə
güzəştlər olsun və olacaq. Bundan
başqa da güzəştlər nəzərdə tutulur.
BDU Təhsil Nazirliyinə müraciət edib ki,
imtahandan kəsilən tələbələr barədə də
xüsusi güzəştlər olsun.
Fərz edək ki, bir
tələbə imthan zamanı ailədə bir bədbəxt
hadisə olur, ya xəstə olur, ancaq tələbə normal tələbədir,
ikinci kursda oxuyub, amma indiyə qədər kəsiri olmayıb
və imtahana gələndə keçə bilmir. Bu zaman tələbə təzədən gedib 4 ay həmin
fənni oxumalıdır. İndi bu prosesdə qiymət
ala bilməyən yaxşı oxumayan və yaxud zəif oxuyan
tələbələr də var. İndi bu yaxşı qiymət
alan tələbəni o birisilərlə
oturdanda burda diskamfort yaranır. O tələbəyə deyirlər
ki, sən bütün günü özünə əzab
verib yaxşı oxuyurdun, indi gəlib sən də gəlib mənim
kimi burda oturmusan, mən heç dərsə qulaq
asmırdım, mən də səninlə oturmuşam. Deməli öndə gedən tələbəni
buraxırıq o birisilərin içərisinə və bu da
gedib onlara qoşulur. İndi məsələ
qaldırmışıq ki, az-çox oxuyan tələbələrə
bir də imkan verək, bir də imtahan versin. İndi xəstə
olub, hərşey ola bilər. Bu məsələni qaldırmışıq və
müsbət həll olunmalıdır. Bax,
bu məsələlər var. Fikrimi ona gətirirəm ki, tələbələr
cəmiyyətin sosial şəbəkədən istifadə edən
ən aktiv təbəqəsidir.
Yadınızdadırsa
Ərdoğan arada sosial şəbəkələri
qapatdı. Ona dedilər ki, prezident Abdullah
Gül də sizə qarşı çıxdı, niyə
sosial şəbəkələri qapatdız.
Yaxşı bir cavab verdi, dedi sosial şəbəkə
elə bir şeydi ki, iti bıçaq əgər bir qatilin əlinə
düşərsə, oynadır fikirləşir ki, bununla
kimisəöldürmək lazımdır. Əgər
iti bıçaq bir həkimin əlinə düşürsə,
fikirləşir ki, bu bıçaqla kimisə əməliyyat
edib sağaltmaq olar. Əfsusar olsun ki, bu
iti bıçaq bəzən bizim ğzümüzdən
asılı olmur. Onu bizə göndərirlər.
Ərdoğan bununla deyirdi ki, əsasən Avropadan, Amerikadan o
bıçaqları gənclər üçün, xüsusən
də qatillərə göndərirlər bir-birini
qırsınlar.. Açıq
danışaq, Suriyada, İraqda olan məsələ belədir
də. Kim kimi öldürür hələ
bilinmir. Niyə elə bütün Türk
dünyasında, müsəlman dünyasında bu proseslər
gedir? Özü də iti bıçaqlar
ordan bilə-bilə göndərilir. Yəni
bu sosialşəbəkədən tələbələr, gənlər
düzgün istifadə eləməlidir. Sosial
şəbəkə Qərbdə intellektual səviyyənin
inkişafı istiqamətinə yönəlir. Bizdə isə bir-birinə qarşı istifadə
etməyə yönəlir. Məsələn,
çalışırlar ki, sosial şəbəkədə
filankəsi ləkələsinlər. Niyə?
Çünki filankəs düzgün deyir ki,
yaxşı oxumalısan. Müəyyən
olunub ki, sosial şəbəkədən ən çox
spekulyativ istifadə edən yaxşı oxumayan tələbələrdi.
Biz onu da müəyyən eləmişik. 5 imtahandan 5 dəfə 2 alıb, bu nəetməlidir?
Ya rektora sataşmalıdı, ya müəllimə
sataşmalıdı ki, bəlkə işini birtəhər həll
eləsin. Yetkinliyimiz elə
olmalıdır ki, - o da elmlər, təhsillə
lmalıdır - o iti bıçaqları göndərəndə
biz bilək ki, insanları müalicə eləmək
lazımdır. Iti bıçaqla qatillik
edib adamları öldürmək lazım deyil.
Özü də kim kimi öldürür?
Oxumayan, zəif, cəmiyyətdə ən
axırda gedən ən ağıllı adamlara böhtan
atır. Necə ki, Suriyada, Misirdə o
hadisələr baş verir. Hansını
deyim? Bütün müsəlman dövlətlərində
nəsə baş verir. Bunlardan bir nəticə
çıxartmaq lazımdır. İnsanlar
bilməlidir ki, sosial şəbəkədən intellekt
üçün istifadə eləmək lazımdır.
Əfsuslar olsun ki, sosialşəbəkədən
intellekti zəhərləmək üçün istifadə
olunur. Bu, çox mənfi haldır.
- BDU Məhəmməd Əmin Rəsulzadənin
adını daşıyıb. Bildiyimiz kimi
prezidentin də Rəsulzadənin 135 illik yubileyi barədə
sərəncamı oldu. İndi universitet hazırda 95
illik yubileyi qeyd edir və 100 illiyə doğru gedir və
arzuolunan odur ki, universitetin həyətində Rəsulzadəyə
abidə qoyulsun...
- Allah qoysa, bu məsələyə
də baxarıq. Bu, dövlət səviyyəsində
həll olunan məsələdir. Baxarıq
görək bunu necə həll edək. Amma
universittin 95 illik yubiley kitabını
hazırlamışıq və orada Məhəmməd
Əmin Rəsulzadənin fəaliyyətini çox
qabartmışıq.
Üç
nöqtə.-2014.- 25 noyabr.- S.5.