“Həmişə şagirdin qiymətləndirilməsində
çətinlik çəkirəm”
“Məktəbdə
bu gün ən çox diqqət çəkən
və maraq kəsb edən kurikulumla bağlı məsələdir”
Nəzakət Məmmədova:
“Fənn kurikulumu dövlət tələbinə
uyğun olaraq şagirdin bilik, bacarıq
və vərdişlərini inkişaf
etdirmək məqsədi daşıyır”
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Dərslər hələ başlamasa da, artıq müəllimlər iş başındadırlar. Məktəbə gedərək yeni dərs ili üçün hazırlıqlar görürlər. Elə müsahibimiz Heydər Əliyev adına liseyin müəlliməsi Nəzakət Məmmədova kimi. Yeni dərs ili ərəfəsində Nəzakət xanımdan müsahibə götürdük. 25 ildən çoxdur ki, müəllim kimi fəaliyyət göstərən Nəzakət xanım hərzamankı kimi dərslərə həvəslə hazırlıq gördüyünü deyir. O həm də deyir ki, işə həvəs, sevgi olmasa uğur gələ bilməz. Ona görə də 25 ildən çoxdur ki, hər yeni dərs ilini ilk dəfə məktəbə gedən şagird kimi böyük həvəslə gözləyir. Onu da əlavə edim ki, Nəzakət müəllimə 2010-cu il prizedentin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. 2012-ci ildə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib. 2014-cü ildə isə Beynəlxalq Ətraf mühitin mühafizəsi və ekologiyası olimpiadasının bürünc medalçısı olub.
- Artıq yeni dərs ilinin başlamasına az müddət qalıb. Yeni dərs ilinə hazırlıq başlayıb?
- Bəli, artıq müəllimlər işə başlayıblar. Hər bir müəllim yeni dərs ili üçün hazırlıqlar edir. Sinif otaqlarının tərtibatında dəyişikliklər edilir, yeni dərs ili üçün istifadə ediləcək materiallan sinifə yerləşdirilir. Yuxarı siniflərə keçirilmiş şagirdlərlə əlaqə saxlanılır. Dərs ilinin sonunda tədris göstəriciləri müvəffəqiyyətli olmayan şagirdlərə əlavə məşğələlər keçirilir. Və onlara zəif qavradıqları mövzular yenidən aşılanır. Müəllimlərimiz fənn kurikulumuyla bağlı keçirilən kurslara gedirlər. Hətta bəzi müəllimlərimiz ödənişli özəl kurslara da gedirlər ki, yeni tədris metodikasını daha yaxşı mənimsəsinlər. Liseyimizdə hamı bir nəfər kimi öz işinə məsuliyyətlə başlayıb və yeni dərs ilinin başlamasını səbrsizliklə gözləyirik.
- Kurikulum kurslarına müəllimlərin maraqlı olması özünü təkmilləşdirmə ilə bağlıdır, yoxsa günü tələbidir?
– Günün tələbi deyərdim. Əvvəllər təlim kursları keçirilməyə başlayanda əsasən orta yaşın nümayəndələri olan müəllimlər bu işə həvəssiz yanaşırdılar. Amma indi vəziyyət tamam başqadır. Artıq bu ildən 7-ci siniflər də daxil olmaqla tədris proqramları fənn kurikulumunun standartlarına uyğun yazılmış dərsliklərlə keçiriləcək. İstər-istəməz o dərslərlə işləmək üçün müəllim özündə yeni metodikanı öyrənməyə ehtiyac duyur. Artıq onu heç kəs təlim kurslarında iştirak etməyə məcbur etmir. Sentyabırn 3-dən etibarən liseyimizin əksər müəllimləri təlim kurslarında iştirak edirlər.
- Təhsildə hər il müəyyən
islahatlar aparılır.
Bu təhsil ilini
müəllimlər hansı
yeniliklərlə qarşılayırlar?
– Məktəbdə bu gün ən çox diqqət çəkən və maraq kəsb edən kurikulumla bağlı məsələdir.
Bundan böyük islahat nə ola bilər?
İllərdir başqa metodla
tədris aparmışıq.
Konkret tələblər əsasında
yalnız proqram materialları öyrədilib.
İndi isə dərs metodikası və dərsliklər tamamilə
dəyişdirilib. Fənn kurikulumu
dövlət tələbinə
uyğun olaraq şagirdin bilik, bacarıq və vərdişlərini inkişaf
etdirmək məqsədi
daşıyır.
- Neçə ildir müəllimə olaraq çalışırsınız?
- 25 ildən çoxdur.
- Həmin illərdən bəri hər ili təhlil
etsək təhsildə
nələr dəyişdi?
– Mən Heydər Əliyev adına
liseydə biologiya müəlliməsi işləyirəm.
Öz üzərində işləyən,
hər bir yeniliyə açıq olan yenilikçi bir insan kimi
bu dəyişikliyi çox da hiss etmirəm. Çünki illərdir ki,
mən metodikamda onsuz da bu
üsullardan istifadə
etmişəm. Öyrətməyin yolları elə də çox deyil. Məsələn, qardaş Türkiyənin
məktəb və liseylərində çoxdandır
ki, dərsliklər bizim tələb duyduğumuz qaydada yazılır. Mən həmişə
o dərsliklərə müraciət
etmişəm. Kurikulum islahatı
məktəbdə öz
təsirini aydın şəkildə göstərir.
Şagirdlər dərslərdə passiv dinləyici deyil, fəal iştirakçıya çevriliblər.
Məsələn, hər
hansı yeni mövzunun tədrisindən
sonra onlara sərbəst iş tapşırılır. Uşaqlar çox
həvəslə internet resurslarından
istifadə edərək
dərslikdə olmayan
bir çox yeni məlumatlar toplaya bilirlər. Bu da onların
fənnə olan marağını artırır.
- Biologiya fənnini tədris etmək üçün əlinizdə
yetərli məlumatlar
var?
– Liseyimiz Bakı
şəhərində hətta
deyərdim ki, respublikamızda kifayət
qədər yüksək
nəticələri və
nüfuzu olan tədris ocaqlarından biridir. Bunun bir səbəbi
də liseyimizə rəhbərlik edən, öz işinin fədaisi respublikanın əməkdar müəllimi
olan Fikrət Xəlilovdur. Bu xüsusiyyətlərə malik
olan insanın rəhbərliyi altında
işləmək müəllim
kollektivinə qürur
verir. Liseyimizdə dərslərdə mövzuları tədris etmək üçün kifayət qədər əyani vəsaitlər, materiallar və şərait vardır.
Liseyimiz artıq 4 ildir ki, elektron jurnal
sisteminə keçib.
Hər bir sinif otağı
kompüterlə təmin
olunub.
- Biologiyaya maraq nə dərəcədədir?
– Aşağı sinif şagirdlərində təbiətə,
bitki, heyvan aləminə maraq böyükdür. Yuxarı siniflərə
gəldikdə isə
dərslərin nisbətən
çətinləşməsi və qeyri-təmayüllü
siniflərdə biologiya
fənninə ayrılan
dərs sayının
azalması çətinlik
yaradır. 10-11-ci siniflərdə həftədə
bir saat olmaqla keçirilən və kifayət qədər çətin
və mürəkkəb
olan bir fənni sevmək və sevdirmək asan deyildir.
- Şagirdlərin qiymətləndirilməsini
hansı qaydada aparırsız?
– Uzun illərdir orta məktəbdə müəllim kimi çalışıram. Amma həmişə
şagirdin qiymətləndirilməsində
çətinlik çəkirəm.
Birincisi,
hər mövzudan sonra şagirdin biliyini qiymətləndirmək
və bununla da onu rübün
sonunda veriləcək
yekun qiymətini müəyyən etmək
doğru deyildir.
Öyrədənin öz öyrətdiyini
qiymətləndirməsini doğru
hesab etmirəm. Verilən qiymət subyektiv ola
bilər. Amma müasir qiymətləndirmə
daha doğru nəticəni göstərir.
- Oxumayan şagirdi stimulla dərs oxumağa cəlb etmək olur?
– Bu faktı danmaq olmaz ki, bəzən
şagirdin dərsə
marağı müəllimlə
olan münasibətdən,
müəllimin nüfuzundan
qaynaqlanır. Şagird müəllim
münasibətləri bu
işdə çox önəmlidir. Müəllimin peşəkarlığı da
əsas yer tutur. Zəif oxuyan, dələduz
şagirdlərlə münasibətdə
daha həssas yanaşmaq lazımdır.
Onlara elə iş tapşırmaq lazımdır ki, özlərini göstərə
bilsinlər. Özlərini
kollektivdən ayrı
hiss etməsinlər.
-Müəllimlər artıq
test üsulu ilə işə qəbul olunur. Siz bu üsulu doğru addım hesab edirsiz?
- Nə qədər imtahan vermək olar? Mən artıq imtahana
ehtiyac duymuram. Bu mənim şəxsi
fikrimdir. Ali məktəbə imtahan verib daxil olub,
universiteti bitirib, imtahanla da diplom
alıb. Daha sonra
imtahana ehtiyac görmürəm.
- Gənc müəllimlər
haqda danışaq. Onlar şagirdə materialı tamamilə çatdıra
bilirlərmi?
– Əvvəllər belə
idi ki, kim hansı ixtisası seçirdirsə,
ora sənədlərin
təqdim edirdi. O dəqiq qərarlaşdırırdı
ki, hansı ixtisası oxumaq istəyir. Test üsulu ali məktəblərə
qəbul qaydalarının
üstünlükləri ilə
yanaşı, mənfi
cəhətləri burada
təzahür edir. Artıq sənəd seçimi arzu və istəkdən
deyil, bəzən sadəcə topladıqları
baldan asılı olur. Əksər abituriyentlər istədikləri
ixtisasa daxil olmayanda əlacsızlıqdan
müəllimliyi qəbul
edirlər. Belə müəllimlərdə
isə sənətə
sevgi gözləmək
olmaz.
- Şagirdləri məktəbdə
maarifləndirmək lazımdır
ixtisaslarını öncədən
seçsinlər?
– Müəllim olmaq istəyən azdır. Buna bu gün
müəllimin cəmiyyətdəki
nüfuzu və mövqeyi təsir edir. Çox az şagird
ibtidai sinif müəllimi olmağı
özü arzulayır.
Digər
fənnlərin müəllimi
olmaq istəyənlər
isə demək olar ki, son illərdə
rast gəlinmir. Müəllimliyi sevə-sevə seçənlər
azdır. Səbəb yəqin
ki, əmək haqqı və dolanışıqdır.
- Yeni dərs ilində sizə uğurlar aruzlayıram. Bu dərs ilində
nələri arzulayırsız?
- Çox böyük həvəslə artıq
dərs ilinin başlamasını gözləyirik
və hazırlaşırıq.
Bu hazırlıq bizim içimizdən gəlir. Buna görə də hər gün böyük həvəslə
biz məktəbə gedirik.
Yeni dərs ilində hər şeyin qaydasında olmasına çalışırıq. Müəllimlər çox fədakardırlar
və onları qiymətləndirmək lazımdır.
Biz həyatımızı şagirdlərə həsr
edirik. Bildiyimizi onlara öyrədirik.
Amma biz öz işimizi görməklə yanaşı,
həm də onların gələcəyi
üçün bunları
edirik. Çünki məktəbdi bitirdikdən
sonra onlar müstəqil həyata atıldıqları zaman məktəbdə öyrəndikləri
hər bir bilik onlar üçün
lazımlı olacaq.
Biz əziyyət çəkirik Müəllimlərin
dəyərini bilmək
lazımdır. Hər
kəsi də qarşıdan gələn
yeni dərs ili münasibətilə
təbrik edirəm. Bütün şagird və müəllimlərə yeni
dərs ilində bol uğur arzulayıram.
Aygün Asimqızı
Üç nöqtə.-2014.- 6 sentyabr.-
S. 9.