“Yazılı, professional musiqinin
təməlini Üzeyir
Hacıbəyli qoydu”
Zümrüd Dadaşzadə: “Üzeyir
Hacıbəyli Azərbaycan
musiqisində köklü
dönüş yaratmış
dahi bəstəkardır»
Dahi Üzeyir
Hacıbəyli Azərbaycan
musiqi tarixində dərin iz qoyub. Bu barədə
“Üç nöqtə”yə
danışan əməkdar
incəsənət xadimi
Zümrüd Dadaşzadə
Üzeyir Hacıbəylinin
Azərbaycan musiqisində
köklü dönüş
yaratmış dahi bəstəkar olduğunu bildirdi: “Uzun müddət şərq və qərb musiqisi arasında böyük bir sədd mövcud idi. Üzeyir Hacıbəyli o səddi arada götürdü. Bildirim ki,
o vaxt Azərbaycanda və şərqdə peşəkar musiqi vardı, amma şifahi formada idi. Yazılı, peşəkar, professional musiqinin təməliniı
Üzeyir Hacıbəyli
qoydu və o, təkrarsız yaradıcılıq
yolu keçdi. O
heç vaxt Avropa formalarını kor-koranə təqlid etməyib. Belə ki, 1908-ci ildə
Azərbaycanda və bütün şərqdə
ilk bəstəkarlıq əsərini
opera janrında yaradıb.
Opera avropa janrıdır,
amma Üzeyir bəy onu yaradarkən
muğam operası kimi ərsəyə gətirdi, milliləşdirdi.
Bununla analoqu olmayan bir janr muğam
operası ərsəyə
gətirdi, belə bir janr dünyada
yox idi. Belə ki, muğamı ilk dəfə səhnəyə,
teatra gətirdi.
Bu onun bədii
kəşfi olaraq, yeni bir janr
idi”.
Z. Dadaşzadə o vaxta qədər opera ilə muğam janrının sintezinin olumadığını
qeyd etdi: “Üzeyir Hacıbəylinin
yaradıcılığından bir çox bəstəkarlar bəhrlənib,
Fikrət Əmirov simfonizmi muğamla, Vaqif Musatafazadə isə caz ilə
muğam üslubunu birləşdirdi. Bunlar Üzeyir
bəyin dahiyənə
fikirindən, ideyasından
qaynaqlandı. O ilk dəfə
opera ilə yanaşı
operretta janrında da əsərləri yazdı. Məsələn,
“Arşın mal alan”ı milli formada, yəni meydan tamaşalarına yaxın formada operetta yaratdı. Ona musiqili komediya
da deyirlər. Orada çox vacib mövzulara toxunulub.
O dövr üçün
səciyyəvi olan mövzuları səhnəyə gətirilib.
Sanki komik formada
bu məsələlər
insanlarla müzakirə
edilib. Çox sadə formadan
istifadə edilməklə
çox vacib mətləblərə toxunulub.
Bu da onun
maarifpərvərliyinə, publisist məharətini göstərir”.
Əməkdar incəsənət xadimi
Üzeyir Hacıbəylinin
“Koroğlu” operasını
aşıq üslübunda
yaratdığını əlavə
etdi: “ O, “Koroğlu” operasını
xalqımızın bədii
təcrübəsinin gövhəri
kimi ortaya qoyur. Bu əsər onun ali
uğurudur. Bəstəkar Avropaya xas olan cəhətləri, milli məcrada həyata keçirib.
Bu çox vacib
amildi. Onun böyük nailiyyətlərindən
biri də “Azərbaycan xalq musiqisinin əsasları” kitabını yazmasıdır.
Orada bütün fikirlərini elmi cəhətdən əsaslandırır. Aşıq yaradıclığımızı,
muğamlarımızın strukturunu çox mükəmməl göstərir.
Təsadüfi deyil ki, “Azərbaycan xalq musiqisinin əsasları” kitabı Orta Asiya xalqlarının stolüstü kitabına çevrilir. O xalq çalğı alətləri
orkestrı yaradıb,
muğamlarımızı təsdiq
edib. Bununla bizim milli, şifahi ənənəmizi,
aşıq musiqimizi, muğamlarımızı qoruya
bilib.
O, müasir Azərbaycan musiqisinin və professional musiqi təhsilinin banisi olub. 1921-ci ildə onun təşəbbüsü ilə
konservatoriya təsis
edilib,1926-cı ildə
xor kollektivi yaradılıb”.
Zümrüd Dadaşzadə bütün
Azərbaycan bəstəkarlarının
Ü. Hacıbəylinin yaradıcılığından
bəhrələndiyini qeyd
edir: “Üzeyir bəy “Koroğlu” operası haqqında yazır ki, “Bu operanı yazarkən ciddi qayda-qanunlara əsaslanmışam, lakin
bu əsaslar mənim nəinki təşəbbüsümü boğdu, əksinə mənim fantaziyamı qanadlandırdı. “Koroğlu” kimi
opera yaratmaq iqtidarında
oldum”. Onun ideyaları bu
gün də yaşayır və bizim bütün bəstəkarlar Qara Qarayevdən tutmuş müasir Azərbaycan bəstəkarları da onun yaradıcılığına
üz tutur. O şərq ilə qərb arasındakı sərhəddi götürdü
və əsərlərini
elmi cəhətdən
əsaslandırdı”.
Rəqsanə.
Üç nöqtə.-2014.- 18 sentyabr.-
S. 13.