İnsan hüquqlarının qorunması dövlətin vəzifəsidir

 

                                                                                         Bu ideya Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapmışdır

 

insan-huquqlariUlu öndər müstəqilliyi Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasının başlıca amili kimi qiymətləndirir, insan hüquq və azadlıqlarının təmin olunmasını isə demokratik, hüquqi dövlətin ali məqsədi hesab edirdi. Azərbaycanın müstəqilliyini, ölkədə demokratik, hüquqi, dünyəvi dövlətin qurulub bərqərar olmasını təmin etmiş ümummilli liderimiz Heydər Əliyev insan hüquqlarını “insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyar, hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyət, insan hüquqlarına hörməti, insan hüquqlarının qorunmasını müasir dünyaya qovuşmağın əsas yolukimi qiymətləndirərək bəyan edirdi ki, “Azərbaycan dövləti… insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edirbu prinsiplə yaşayacaq, işləyəcəkdir”. İnsan hüquqlarının qorunmasının dövlətin vəzifəsi olması ideyası Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapmışdır. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinə həsr olunmuş Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə əlaqədar məhkəmə hakimiyyəti qarşısında da müəyyən vəzifələr durur.

Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilmişdır.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi bilavasitə, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi isə müəyyən cəhətləri ilə məhkəmə hakimiyyəti ilə əlaqədardır. Milli Fəaliyyət Proqramının öyrənilməsi, onun ayrı-ayrı müddəalarının yerinə yetirilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi, gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar qəbul edilməsi və hüquqi təbliğatda fəal iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına yardım göstərmək məhkəmə orqanları qarşısında duran vəzifə kimi qiymətləndirilməlidir.

Milli Fəaliyyət Proqramının birinci fəsli normativ-hüquqi bazanın təkmilləşdirilməsinə həsr olunmuşdur. Həmin fəsildə Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq-hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericilik təşəbbüsü hüququna malikdir. Bu isə ilk növbədə Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü qaydasında hazırlanmış qanun layihələrində insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulmasını, həmçinin qanunvericiliyin insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi məqsədilə qanunvericilik təşəbbüsündən istifadə edilməsini tələb edir. Aydındır ki, Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə qanun layihələrini təqdim etməsi intensiv xarakter daşımır. Ali Məhkəmə qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin təcrübədə daha çox rastlaşdığı, xüsusən, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, əmək, ailə, torpaq, inzibati, pensiya təminatı və sair sahələrdə boşluqların doldurulması, köhnəlmiş normaların müasir dövrün tələblərinə uyğunlaşdırılması və əlbəttə ki, qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ifadəsini tapmış müddəalara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olunması ilə bağlı qanun layihələrinin hazırlanmasında təşəbbüskarlıq göstərir. Bu cür layihələrin hazırlanması isə əsasən qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmələrdə baxılan işlərin ümumiləşdirilməsi, meydana çıxmış problemlərin hakimlərin iştirakı ilə müzakirəsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə nail olunması üçün yolların axtarılması nəticəsində meydana çıxır. Odur ki, hakimlər hüquqtətbiqetmə sahəsində fəaliyyətlərini həyata keçirərkən qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etməsi üçün yollar axtarmalı və bu prosesdə yaranmış mütərəqqi ideyaların qanunvericiliyə daxil edilməsi üçün təşəbbüslə Ali Məhkəməyə müraciət etməli, onların təklifləri öyrənilməklə zəruri hallarda qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalıdır.

Milli Fəaliyyət Proqramında həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin ifadəsini tapmasını əhəmiyyətli haldır.

Qanun layihəsi şübhəli və təqsirləndirilən şəxslərin həbs yerlərində saxlanılmasının qanunçuluq, təqsirsizlik prizumpsiyası, qanun qarşısında bərabərlik, humanizm, şərəf və ləyaqətə hörmət edilməsi, beynəlxalq müqavilələrə əməl olunması prinsipinin müvafiq qaydada həyata keçirilməsini nəzərdə tutur.

Layihədə bir daha qeyd olunur ki, şəxsin həbsdə saxlanılmasına yalnız məhkəmə qərarı əsasında yol verilir. Hər bir tutulmuşya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir.

Qanun layihəsində həbsdə saxlanılma yerləri ilə bağlı müddəaların nəzərdə tutulması incommunicado saxlanılmanın qadağan olunmasında mühüm əhəmiyyətə malikdir. Həmin qanunun qəbul edilməsi barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin müvəqqəti saxlama təcridxanalarında uzun müddət saxlanılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Qanun layihəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına keçirilməsinin qadağan olunması barədə müddəanın nəzərdə tutulması saxlanılan şəxslərə münasibətdə pis rəftarın tətbiqindən müdafiə baxımından mütərəqqi norma kimi dəyərləndirilməlidir.

Layihəyə müvafiq olaraq həbs yerlərində daxili nizam qaydalarının müəyyən edilməsi, hər şeydən əvvəl, azadlığı məhdudlaşdırılmış şəxslərin sağlamlığının, təhlükəsizliyinin təmininə yönəlmişdir. Həmin qaydalar digərləri ilə yanaşı, şübhəli və təqsirləndirilən şəxslərin qəbul edilməsi, qeydiyyatının aparılması, kameralarda yerləşdirilməsi, şəxsi axtarışın aparılması, gündəlik gəzinti, maddi-məişət təminatı məsələlərini tənzimləyir.

Qanun layihəsində şübhəli və ya təqsirləndirilən şəxslərin həbs yerlərinə yerləşdirilməsi zamanı tibbi müayinədən keçirilməsi ilə bağlı məcburi normanın nəzərdə tutulması qanunvericilikdə yenilik kimi diqqəti cəlb edir və İşgəncə əleyhinə Avropa Komitəsinin tələbləri ilə üst-üstə düşür.

Həbs yerlərində tibbi xidmətin səviyyəsinin müvafiq tələblərə cavab verməsinin təmini baxımından da qanunun qəbulu vacib hesab olunmalıdır.

Milli Fəaliyyət Proqramında barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanmasının nəzərdə tutulması mühüm əhəmiyyətə malikdir. Ulu öndər insan azadlığını ən ali dəyər kimi qiymətləndirərək demişdir: “İnsan azaddır, insan azadlığı bütün sahələrdə azadlığın olmasını nəzərdə tutur. Biz şəxsiyyət azadlığını Azərbaycanda demokratik cəmiyyətin başlıca amili elan etmişik”.

Azadlıq hüququ sahəsində meydana çıxan məsələlərin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunur ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddiprosessual hüquqi əsaslar olmalıdır.

Maddi əsaslar dedikdə, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutlar başa düşülür. Prosessual əsaslar isə Azərbaycan Respublikası CPM-in 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən, məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir.

Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-in 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteriictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər hallar nəzərə alınmalıdır.

 

Üç nöqtə.-2014.- 11 yanvar.- S.9.