Məcburi köçkünlərin hüquqları kütləvi şəkildə pozulub

 

                                                         İnsan Hüquqları İnstitutu azərbaycanlıların haqq səsinin dünyaya çatdırılması üçün müzakirələr aparır

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuşİnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası müzakirə edilmişdir. Tədbirdə Milli Fəaliyyət Proqramının icrasına məsul olan dövlət strukturları (Xarici İşlər, Ədliyyə, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Gənclər və İdman, Kənd Təsərrüfatı, Nəqliyyat nazirlikləri, habelə Azərbaycan Milli Elmlər Akademiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman)) və 14 QHT-nin mövzu ilə əlaqəli məsul şəxsləri ilə yanaşı hüquq, siyasət, sosialhumanitar elmlər üzrə mütəxəssislər, həmçinin informasiya və mətbuat işçiləri iştirak etmişdir. Tədbirdə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin üzvü, h.ü.f.d. Aytən Mustafayevaİnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafına diqqət göstərildiyini xüsusi vurğulamışdır. Milli Fəaliyyət Proqramının bütün fəsillərində müxtəlif sahələr üzrə dəqiqləşmələr, onların yerinə yetirilmə müddətləri və icralarına görə məsuliyyət daşıyan təşkilatlar, dövlət strukturları barədə müddəalar onun əhəmiyyətini daha da artırır.

Sənədin müzakirəyə çıxarılmasından əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi pozulması, işğal nəticəsində Azərbaycanın təbii və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsində beynəlxalq, regionalmilli çərçivədə hüquqi vasitələrdən istifadə etməklə, müsbət nəticələrin əldə edilməsi üçün hazırlıq işlərinin müzakirə edilməsidir.

Natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq beynəlxalq hüquq baxımından Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətini 2 növə ayırmışdır: Ermənistanın dünya dövlətləri qarşısında məsuliyyətindən və Ermənistanın konkret iqtisadi zərər vurmasına görə Azərbaycan qarşısında məsuliyyətindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, müasir beynəlxalq hüquqa uyğun olaraq hər hansı dövlətin hüquqazidd əməlləri nəticəsində dəyən zərərin ödənilməsi restitusiya, kompensasiyasatisfaksiya formalarında gerçəkləşdirilə bilər.

Təcavüz nəticəsində dəyən zərərin maddi cəhətdən ödənilməsinə misal olaraq İraqın Küveytə qarşı təcavüzü nəticəsində yaranan şəraiti göstərilmişdir. Məlum olduğu kimi, BMT Küveytə dəymiş maddi ziyana və İraqın Küveyti işğal etməsinə görə kompensasiya müəyyənləşdirmişdir. İraq nəzərdə tutulan məbləği ödəmək məcburiyyətində qalmışdır.

A.Mustafayevanın sözlərinə görə, Azərbaycana dəyən maddi və mənəvi ziyanın ödənilməsi probleminin həlli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasının və erməni təcavüzünun nəticələrinin aradan qaldırılmasının, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin mühüm aspektlərindən biridir.

Milli Fəaliyyət Proqramının 2.1 bəndinin yerinə yetirilməsi üçün ölkədə və xaricdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi ilə bağlı informasiya kampaniyaları həyata keçirmək, Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin hüquqları ilə əlaqədar məruzələr hazırlamaq, tərcümə etmək, ölkədə və ölkə hüdudlarından kənarda yayılmasını təşkil etmək, beynəlxalq, regionalmilli səviyyədə qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə lazım olan normativ-hüquqi bazanın daha ciddi şəkildə təkmilləşməsinə çalışmaq lazımdır.

AMEA-nın akademik-katibi akad.V. Fərzəliyev öz çıxışında məsəlinin Azərbaycan üçün önəmini bir daha vurğulayaraq qeyd etmişdir ki, işğal nəticəsində dəymiş zərərlə bağlı məlumatların müxtəlif yerli və beynəlxalq təşkilatlara çatdırılması zamanı dövlət və qeyri dövlət, həmçinin müstəqil ekspertlər tərəfindən fərqli statistik rəqəmlərın yayılması, eləcə də əlaqələndirici koordinasiyanın olmaması məqsədə müvafiq deyil. Bu sahədə dəqiqləşmələrin aparılması zəruridir.

Milli Məclisin üzvü, ADİU-nun Qiymət və qiymətləndirmə kafedrasının müdiri X.Kazımlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan əhalisinə, ərazisinə, iqtisadiyyatına, ekologiyasına, bitkiheyvanat aləminə böyük iqtisadi və mənəvi ziyan vurulduğunu qeyd etdi. X.Kazımlının sözlərinə görə, Azərbaycana dəyən maddi ziyanın ödənilməsi probleminin həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasının və erməni təcavüzünun nəticələrinin aradan qaldırılmasının, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin mühüm aspektlərindən biridir. Natiq bu sahədə təcrübi olaraq son dövrdə ğörülən əhəmiyyətli işləri dəyirmi masa iştirakçiları ilə müzakirə etdibu prosesdə 2012-ci ilin sentyabr ayından başlayaraq bu məsələ üzrə ölkədə və xaricdə keçirilən beynəlxalq səviyyəli konfransların, seminarların, habelə xariciyerli ekspertlərin iştirakı ilə aparılan müzakirələrin nəticəsi kimi proses barədə ilkin məlumatları rəsmi olaraq özündə əks etdirən “İtki və tələfatlar arxivinin yaradılması, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində baş verən itki və təlafatların natural və dəyər ifadələrində kəmiyyətini əks etdirən respublika üzrə “İtki və tələfatlar arxivinin yaradılmasıni zəruri saydı.

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Q. Novruzov çıxışında bu sahədə mövcud boşluqlara toxundu və təklif olunan ilkin tədbirlərin planına aşağıdakı əlavələri etdi:

Qafqaz regionunda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı keçirilən konfrans və beynəlxalq tədbirlərdə problemin obyektiv və qərəzsiz çatdırılması üçün azərbaycanlı elm və mütəxəssislərinin iştirakı;

- Ermənistan-Azərbaycan münaqişəsinin dünya birliyinə obyektiv çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin potensialından istifadə edilməsi;

- Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün web saytlarının təşkili;

- Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan elmi araşdırmalara beynəlxalq ekspertlərin və xarici mütəxəssislərin dəvət edilməsi.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi N. Həsənov isə təklif olunan ilkin tədbirlər planına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional iqtisadi əməkdaşlığa yaratdığı məhdudiyyətlərin qiymətləndirilməsi kimi bəndin əlavə olunmasını məqsədə müvafiq hesab etdi.

Tədbirdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi S.Hüseynli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi R. Ağayevs. təklif olunan ilkin tədbirlərin planı ətrafında müzakirələrdə iştirak edərək ətraflı fikir mübadiləsi apardılar.

AMEA İnsan Hüquqları İnstitutunun direktor müavini V. Məmmədov çıxışlara münasibət bildirərək səslənən bəzi mübahisəli fikirlərə aydınlıq gətirdi. Sonda tədbirlər planının layihəsi əlavələrlə qəbul edildi. AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin üzvü, h.ü.f.d. Aytən Mustafayeva qarşılıqlı əməkdaşlığın uğurlu nəticələrin əldə edilməsinə kömək edəcəyini bildirdi.

 

Üç nöqtə.-2014.- 18 yanvar.- S. 9.