Dini tolerantlıq
insan hüquqları arasında əsas yer tutur
Milli, etnik, dini zəmində baş verən hadisələr ayrı-seçkiliyin
ağır təzahürlərindəndir
Dünyada ənənəvi dinlər
olan islamın, xristianlığın və
iudaizmin – məscidin, kilsənin və sinaqoqun dincyanaşı fəaliyyət göstərdiyi,
tolerantlığın mövcud
olduğu nadir ölkələr
sırasında olan Azərbaycanda bütün
dinlərə bərabərhüquqlu
şərait yaradılmış,
müxtəlif konfessiyalar
öz dini mərasimlərini sərbəst
qeyd edir, ölkəmizin ictimai-mədəni
həyatında fəal
iştirak edirlər. Vicdan, dini etiqad və
əqidə azadlığının
təmin edilməsi sahəsində vəziyyət
daimi olaraq İnsan Hüquqları üzrə Müvəkkilin
diqqətində olmuşdur.
Fəaliyyət göstərdiyi müddətdə
vicdan azadlığının
pozulması ilə bağlı Müvəkkilin
ünvanına yüzlərlə
şikayət daxil olmuş və hər biri araşdırılmışdır.
Təhlillər zamanı bir sıra hallarda ümumtəhsil məktəblərinin,
ali təhsil müəssisələrinin nizamnamələri,
habelə şagirdlərin
geyim formasının eskizləri təsdiq edilərkən Azərbaycan
Respublikası Konstitusiyasının
48-ci maddəsinin, həmçinin
ölkəmizin tərəfdar
çıxdığı «Uşaq hüquqları haqqında» Konvensiyanın
14-cü maddəsinin 3-cü bəndinin tələbləri
pozulduğu müəyyən
edilmişdir. Belə ki,
geyim formasına tələblər və onun eskizləri təsdiq edilərkən qızların baş örtüyü ilə dərslərdə iştirak
etməsi hüququ nəzərə alınmamışdır.
Vicdan və əqidə azadlığına həsr
edilmiş tədbirlərdə
dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı
münasibətləri, din vasitəsilə
sülh mədəniyyəti,
milli və dini dözümlülüyün
bu sahədə rolu, mədəniyyətlərarası
dialoqun və dinlərarası əməkdaşlığın
inkişaf etdirilməsi,
uşaq və gənclərə dini tolerantlığın aşılanması
məqsədilə təhsil
müəssisələrində dinşünas və ilahiyyatçı alimlərin
də qatıldığı
maarifləndirmə tədbirlərində
Müvəkkil də məruzə və çıxışlar etmiş,
təkliflər vermişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı, Milli Məclis deputatlarının, görkəmli
din xadimlərinin və
ilahiyyətçi alimlərin,
habelə dövlət
orqanlarının, beynəlxalq
qurumların, milli və beynəlxalq qeyri-hökumət təşkilatlarının,
kütləvi informasiya
vasitələrinin nümayəndələrinin
iştirakı ilə
“Dövlət və
din: dəyişən dünyada
tolerantlığın gücləndirilməsi”
mövzusunda keçirilən
Beynəlxalq Bakı Forumunda Müvəkkil də iştirak etmişdir. “Dövlət-din
münasibətlərində müasir meyllər” mövzusunda məruzəsində
o, bildirmişdir ki, dəyişən dünyamızın
daha bir adı qloballaşan dünyadır, o dünya ki, bəşəriyyətə
misli görülməmiş
tərəqqi, inkişaf,
müasir informasiya, kommunikasiya texnologiyaları,
internetin inkişafında
olan imkanlar, eyni zamanda təzadlar,
münaqişələr, terror, müharibə, kütləvi
qırğın, genosid,
lüzumsuz insan itkiləri gətirmiş və bunları ölkəmizin misalında
göstərmişdir.
Ayrı-seçkiliyin ağır təzahürlərindən
biri milli, etnik, dini zəmində
baş verənlərdir. Məhz
bu baxımdan dini tolerantlıq da nəinki bir ölkə, həm də region, bütün dünya üçün prioritet problemlərdən olduğunu
bildirən Müvəkkil
Forum iştirakçılarını dini tolerantlığın
insan hüquqları baxımından əhəmiyyətini,
habelə Azərbaycan
gerçəklərini diqqətə
çatdırmışdır.
Qanuna əsasən,
şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə,
dini ayin və mərasimlərdə
iştirak etməsinə
və ya dini öyrənməsinə
hər hansı maneə törədilə
bilməz. Bununla belə, vətəndaşlar
dini əqidəsini ifadə edərkən və ya onu
yayarkən, insanların,
xüsusilə də uşaqların sağlamlığına
və mənəviyyatına
zərər vuran, digər şəxslərin
hüquq və azadlıqlarının, habelə
ictimai qaydaların pozulmasına, dinlər, məzhəblər və icmalar arasında nifaq salan, ayrı-seçkilik
yaradan hallara yol verməməli, “Dini etiqad azadlığı
haqqında” Azərbaycan
Respublikası Qanununun
tələblərinə əməl
etməlidirlər.
Müvəkkil polisin, habelə
fiziki qüvvə tətbiq etmək səlahiyyətinə malik
istənilən vəzifəli
şəxsin hər hansı şəxslə insanın ləyaqətini
alçaldan şəkildə
rəftar etməsi yolverilməz olduğunu bildirir, asayişin qorunması zamanı onların insanlarla qanun çərçivəsində
davranmasını, zorakılıq
hallarına yol verməmələrini, belə
halları törədən
şəxslərin məsuliyyətə
cəlb olunması məqsədi ilə yalnız qanuni tədbirlər görülməsini
tövsiyə edir. Yığıncaqlar, mitinqlər, küçə
yürüşləri, piketlər
keçirilərkən polis əməkdaşları tərəfindən
ictimai asayişin təmin edilməsi zamanı zorakılığa
yol vermədən vətəndaşlarla davranış
təcrübəsinin təkmilləşdirilməsi
məqsədilə davamlı
olaraq treninq və təlimlər təşkil olunmalıdır.
Eyni zamanda sərbəst toplaşmaq azadlığını
həyata keçirərkən
vətəndaşların milli
və beynəlxalq hüquqi normalarda, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə
tutulmuş məhdudiyyətlər,
yəni milli təhlükəsizlik və
ictimai asayiş maraqları naminə, iğtişaşın və
cinayətin qarşısını
almaq, sağlamlığın
və mənəviyyatın
qorunması və ya digər şəxslərin
hüquq və azadlıqlarının müdafiəsi
üçün demokratik
cəmiyyətdə zəruri
olan hallar istisna olmaqla, zorakılıq və münaqişələrə, digər
şəxslərin hüquqlarının
pozulması hallarına
yol verilməməlidir.
Dövlət qurumları tərəfindən
elektron xidmətlərin
göstərilməsi istiqamətində
həyata keçirilən
tədbirlər, “qaynar
xət”lərin imkanlarından
istifadə edilməsi,
“ASAN xidmət” sisteminin
fəaliyyətə başlaması
bu hüququn daha səmərəli müdafiəsində mühüm
vasitələrdəndir. Bu hüququn pozulması, o cümlədən bəzən
vəzifəli şəxslər
tərəfindən vətəndaşların
qəbul edilməməsi,
müraciətlərə vaxtında
və ya ümumiyyətlə cavab verilməməsi, yaxud
formal və ya əsaslandırılmamış cavabların verilməsi, habelə süründürməçilik,
kobud rəftar və rüşvət halları ilə bağlı Müvəkkilin
ünvanına xeyli müraciət daxil olmuşdur.
Aparılmış araşdırmaların nəticəsi
olaraq, müraciətlərdə
qaldırılmış məsələlər
üzrə təxirəsalınmaz,
təcili və ya planlı tədbirlər görülmüş,
ərizəçiləri narahat
edən məsələlərə
aydınlıq gətirilmiş,
məlumatlandırma və
izahat işləri aparılmış, bununla
da vətəndaşların
pozulmuş hüquqları
demək olar ki, bərpa edilmişdir.
Məmur
özbaşınalığından və laqeyd münasibətdən, bürokratik
əngəllərdən bezən
vətəndaş, artıq
qeyd edildiyi kimi, siyahı üzrə bir çox qurumlara şikayətlər ünvanlayır
ki, bu da,
eyni zamanda həmin şikayətin
aid olmadığı digər
dövlət qurumlarının
da işini çətinləşdirir, əlavə
problemlərin yaranmasına,
o cümlədən artıq
yazışmalara səbəb
olur. İnsan hüquqlarının təmin edilməsi birbaşa vəzifə borcu olan və
həmin hüquqların
müdafiəsinə görə
qanunvericiliklə müəyyən
edilmiş məsuliyyət
daşıyan vəzifəli
şəxslər problemlərin
vaxtında həllinə
çalışmalı, onun
ictimailəşdirilməsinə, nəticə etibarilə isə kəskinləşməsinə
və dərinləşməsinə
yol verməməlidirlər.
Müvəkkil mərkəzi və rəhbər qurumlar tərəfindən tabeli icra strukturlarının fəaliyyətini daim diqqətdə və nəzarətdə saxlamağı,
yol verdikləri pozuntuların aradan qaldırılması üçün
vaxtında kəsərli
tədbirlər görülməsini
tövsiyə edir.
Pozulmuş insan hüquqlarının
bərpası sahəsində
Müvəkkilin həyata
keçirdiyi tədbirlər
bir sıra hallarda etinasızlıq,
formal və həqiqətə
uyğun olmayan məlumat vermə ilə nəticələnmişdir. Bəzən
Müvəkkilin şikayətdə
əks etdirilmiş halların yoxlanılması
ilə bağlı müvafiq dövlət orqanlarına tapşırıqları
mahiyyəti üzrə
cavablandırılmamış, formal və başdansovdu cavablar verilməklə qanunun tələbləri pozulmuş, bununla da səlahiyyətləri Konstitusiya Qanunu ilə müəyyən edilmiş Müvəkkilin
pozulmuş insan hüquqlarının bərpası
istiqamətində fəaliyyətinə
maneə yaradılmışdır.
Bir sıra
hallarda vəzifəli
şəxslərin laqeydliyi
və diqqətsizliyi obyektiv həqiqətin aşkar edilməsi istiqamətində fəaliyyət
göstərən Müvəkkilin
cəhdlərini nəticəsiz
qoymuşdur. Bu halda
Müvəkkil müvafiq
dövlət orqanının
tabe olduğu yuxarı quruma müraciət etməli olmuşdur.
Üç nöqtə.-2014.- 25 yanvar.-
S.10.