İnsan hüquqlarının müdafiəsinə aid islahatlar davam etdirilir

 

                                                                      Ölkəmizin müasir inkişaf mərhələsi hüquq mədəniyyətinin inkişaf etdirilməsini şərtləndirir

 

Bu gün ölkəmizin yaşadığı müasir inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan mütərəqqi islahatların davam etdirilməsini şərtləndirir. Bu isə gələcəkdə milli qanunvericiliyin insan hüquqlarına dair beynəlxalq standartlara, norma prinsiplərə tam uyğunluğunun təmin edilməsini, beynəlxalq qurumlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması həyata keçirilməsini, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsini, hüquq mədəniyyətinin inkişaf etdirilməsini mühüm perspektiv vəzifələr kimi müəyyən edir.

Məhz insan hüquq azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olaraq, insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

6 fəsil 75 bəndi əhatə edən Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.

Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının bir növ məntiqi davamı olmaqla, bu planın bəzi maddələrinin icrasının tamamlandığı nəzərə alınaraq dövlət orqanları üzərinə insan hüquqlarının müdafiəsi sahəsində yeni vəzifələr müəyyən etmişdir.

Bu vəzifələr həmçinin, ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası baxımından da əhəmiyyətli olmaqla, mövcud prioritetlərə əsaslanaraq gələcəyə yönəlmişdir.

Məsələn, həbs yerlərində saxlanılan şəxslərin hüquq azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə cinayət prosessual qanunvericiliyinə əlavə dəyişikliklərin edilməsi, uşaqların cinsi istismarının qarşısının alınması məqsədilə cinayət qanunvericiliyin beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onların cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, miqrantların hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması, işləyən qadınların ailə vəzifələri olan işçilərin əmək hüquqları ilə əlaqədar əmək qanunvericiliyinin təkmilləşdirilməsi, valideyn məsuliyyətinin artırılması valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi digər vəzifələr bu qəbildəndirlər.

Milli Fəaliyyət Proqramında həmçinin, müasir dövrün tələbləri, eyni zamanda mövcud vəziyyət təhlil edilməklə dövlət qurumları qarşısında mühüm vəzifələr müəyyən edilmişdir. Məsələn, MFP-da işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması kimi tədbirlərin nəzərdə tutulması əmək hüquqlarının daha effektiv müdafiəsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının, o cümlədən, qadınların, uşaqların, ahılların, əlillərin, qaçqın məcburi köçkünlərin, məhkumların hüquqlarının daha sərəli müdafiəsi məqsədilə müvafiq dövlət orqanları üzərinə mühüm vəzifələr qoyulmuşdur.

Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planından fərqli cəhəti ondan ibarətdir ki, Milli Fəaliyyət Proqramı özündə insan hüquqlarının müdafiəsi istiqamətində daha geniş tədbirləri nəzərdə tutmaqla bərabər, bu proqramın icrasına daha çox dövlət qurumları cəlb olunmuşdur.

Belə ki, əgər Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planın icrasına 31 dövlət qurumu cəlb olunmuşdursa, Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrasına 43 dövlət qurumu, o cümlədən, Azərbaycan Respublikasının şəhər rayon icra hakimiyyətləri cəlb olunmuşlar.

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, Azərbaycan Respublikasının Milli Televiziya Radio Şurasına, Azərbaycan Mətbuat Şurasına Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etməyin tövsiyə olunması, dövlətin bir daha insan hüquqlarının müdafiəsi işinə verdiyi mühüm önəmi sübut etmiş olur.

Sərəncamda həmçinin, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etmənin Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılması, adı çəkilən proqramın daha səmərəli icra olunacağına dəstək verəcəkdir.

Təbii ki, 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrasında olduğu kimi, Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının da həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik edilməsinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) tövsiyə olunması dövlət başçısı tərəfindən Ombudsmana göstərilən etimadla yanaşı, üzərimizə böyük vəzifələr məsuliyyət qoymuşdur.

Bu baxımdan üzərimizə qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi məqsədilə ən əvvəl işçi qruplarının strukturu fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilməlidir.

Milli Fəaliyyət Proqramında həmçinin, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” 2011-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə Ombudsmana verilmişİşgəncə digər qəddar, qeyri-insani ya ləyaqəti alçaldan rəftar ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizm İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinə nəzarətin həyata keçirilməsi kimi yeni funksiyaların tətbiqi sahəsində nəzərdə tutulmuş tədbirlər əhəmiyyətlidir.

Bununla da hüquqi dövlət quruculuğu prosesinə dəstək verməklə hamılıqla birgə fəaliyyətimizi daha da təkmilləşdirəcəyik.

 

Üç nöqtə.-2014.- 29 yanvar.- S.9.