İnsan hüquqları üzrə ixtisaslaşmış kitabxana təkmilləşir

                                   

                                              Azərbaycan Dövlət Universitetinin kitabxanası nəzdində yaradılmış fond 4 min nüsxədə kitab və materiallarla təmin edilib

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İşgəncə və digər qəddar, qeyri-insaniya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Müvəkkil “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” 14 dekabr 1960-cı il tarixli Konvensiyasının, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə “Konvensiyaya nəzarət sisteminin dəyişdirilməsi haqqında” 14 saylı Protokolunun, “Əlil insanların hüquqlarının qorunması üzrə Beynəlxalq Konvensiya”nın və həmin Konvensiyanın Fakültativ Protokolunun, Azərbaycan Respublikası tərəfindən ratifikasiyası ilə bağlı təklif irəli sürmüş və həmin sənədlər Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuşdur.

Eyni zamanda müvəkkil “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə Beynəlxalq Konvensiya”nın, “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dairAvropa Şurasının Konvensiyasının ratifikasiyası ilə bağlı təkliflər irəli sürmüş, həmin sənədlər Azərbaycan Respublikası tərəfindən imzalanmış və ratifikasiyası istiqamətində işlər aparılmaqdadır. MFP-nin II hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə BMT-nin insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış müvafiq qurumları ilə, həmçinin Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla əməkdaşlıq sahəsində də önəmli işlər görülmüş, çoxsaylı birgə proqramlar həyata keçirilmiş, Azərbaycan Respublikasının BMT-nin ixtisaslaşmış Komitələrinə verilən hesabatlarının hazırlanması işinə insan hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən əlaqədar qeyri-hökumət təşkilatları cəlb olunmuşlar.

Milli Fəaliyyət Planının III hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası istiqamətində əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və bu hüquqların bərpası istiqamətində icraçı dövlət qurumları tərəfindən istər dövlət daxili, istərsə də beynəlxalq sahədə tədbirlər həyata keçirilmişdir. Ermənistan dövləti tərəfindən qaçqın və məcburi köçkünlərə vurulmuş zərərin ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda məsələnin qaldırılması üçün həmin şəxslərin işğal ərazisində qalmış daşınar və daşınmaz əmlaklarına mülkiyyət hüquqlarının təsdiq olunmasına dair sənədlərin toplanması barədə əraziləri işğal olunmuş RİH-lərə müraciət edilmişbu sahədə işlər davam etdirilir.

Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi məqsədilə Rusiya Federasiyasının, Gürcüstanın, Dağıstanın, Tatarıstanın Azərbaycandakı səfirlikləri ilə sıx əlaqələr yaradılmışdır. Milli azlıqlara mədəni xidmətin yaxşılaşdırılması üçün müxtəlif rayonlarında bədii-özfəaliyyət kollektivlərinin çıxışları təşkil olunmuş, “Azsaylı xalqların mədəni irsimüasirlikmövzusunda elmi konfrans keçirilmiş, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı şəhərində və respublikamızın 14 rayonunda fəaliyyət göstərən və Azərbaycanın, müxtəlif milli azlıq və etnik qrupları təmsil edən və 800 nəfər iştirakçını özündə birləşdirən 40-dan çox kollektivin çıxışı təşkil edilmiş, “Azərbaycan – doğma diyardevizi altında milli azlıqların incəsənəti festivalının hər iki ildən bir keçirilməsi qərara alınmışdır. Bu istiqamətdə digər tədbirlər də həyata keçirilmişdavam etdirilməkdədir.

Xarici ölkələrdə cəza çəkən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında cəza çəkən xarici ölkə vətəndaşlarının cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaş olduqları ölkəyə verilməsinə dair bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və rejiminin beynəlxalq təcrübəyə müvafiq olaraq humanistləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin tətbiq olunması istiqamətində tədbirlər həyata keçirilmişdavam etdirilməkdədir.

Eyni zamanda xüsusilə qeyd etmək istərdim ki, bu humanist siyasətin nəticəsi olaraq müntəzəm olaraq ölkəmizdə əfv və amnistiya aktları tətbiq olunmaqdadır. MFP-nin IV hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası üzrə dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi sahəsində məsul dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, dövlət qurumlarının nümayəndələri peşəkarlıqlarının artırılması məqsədilə treninq- seminarlara, kurslara cəlb olunmuşlar.

MFP-na uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” təsdiq olunmuş və həyata keçirilməkdədir. Hakimlər və hakimliyə namizədlər, hüquq mühafizə orqanları əməkdaşlar və vəkillər üçün tədris kursları təşkil edilmiş, bu kurslarda insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması ilə bağlı mövzulardan geniş istifadə edilmişdir.

Seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərin aparılmasına dair maarifləndirmə işinin aparılması istiqamətində MSK və aidiyyatı orqanlar tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması və seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə müxtəlif vaxtlarda dairə, məntəqə seçki komissiyası sədrlərinin və üzvlərinin cəlb edildiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir.

MFP-nın V hissəsində isə insan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri adlı bölməsində təsbit olunmuş müddəaların icrası məqsədilə icraya məsul qurumlar tərəfindən müxtəlif istiqamətlərdə çoxsaylı fəaliyyət həyata keçirilmişdir. İnsan hüquqları üzrə ixtisaslaşmış kitabxananın yaradılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, o cümlədən, Respublika Elmi Pedaqoji kitabxanasında “Hüquq” şöbəsi, nəzdində “İnsan hüquqları” bölməsi yaradılmış və şöbə 150-ə yaxın kitabmateriallarla təmin olunmuş, Azərbaycan Dövlət Universitetinin kitabxanasında “Hüquq” şöbəsi təşkil edilmiş, kitabxananın nəzdində “İnsan hüquqları” fondu yaradılmış və fond 4 min nüsxədə kitabmateriallarla təmin edilmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə keçirilən İnsan Hüquqları aylığı çərçivəsində bütün kitabxanalarda insan hüquqları üzrə kitab sərgiləri, oxucularla görüşlər keçirilmiş, eyni zamanda Ombudsman Aparatında kitabxana işçiləri üçün seminarlar təşkil olunmuşdur. Ombudsmanın təşəbbüsü ilə təsisatda ilk İnsan Hüquqları Kitabxanası yaradılmış, fəaliyyəti dövründə bu kitabxananın fondundakı ədəbiyyatdan ixtisaslaşmış hüquq mütəxəssisləri, QHT nümayəndələri və tələbələr faydalanmışdır. Eyni zamanda çoxsaylı hüquqi nəşrlər hazırlanmışdır.

 

Üç nöqtə.-2014.- 31 yanvar.- S.10.