Nikita Mixalkov Bakıda ustad dərsi keçib

Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkov Dövlət Film Fondunda olub. Fondun mətbuat xidmətindən  Movqe.az APA-ya verilən məlumata istinadən bildirir ki, kinorejissorla Azərbaycanın gənc aktyorlarının və kinorejissorlarının görüşü təşkil olunub. N. Mixalkov ustad dərsləri keçib, filmin çəkiliş qayda və təcrübəsindən danışıb, aktyorları maraqlandıran sualları cavablandırıb. 

 Qeyd edək ki, dekabrın 4-də Heydər Əliyev Sarayında N. Mixalkovun 70 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Movqe.- 2015.- 4 dekabr.- S.- 4