Basatın Təpəgözü
öldürməsi” boyu 25 dildə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi görkəmli alman şərqşünası və
diplomatı Henrix Fridrix
fon Ditsin 1815-ci ildə
alman dilinə tərcümə edərək
çap etdirdiyi
"Basatın Təpəgözü öldürməsi” boyunu 25 dilə çevirərək nəşr
edib.Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, kitabların çapı prezident İlham Əliyev
"Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd edilməsi
ilə bağlı imzaladığı müvafiq
sərəncama əsasən gerçəkləşib.Sərəncama
əsasən qəbul edilmiş tədbirlər
planında BBMM tərəfindən Henrix Fridrix
fon Ditsin dünya elmi, filologiya və mədəniyyətşünaslığı
üçün son dərəcə
önəmli olan bu
kitabının iyirmi beş
dilə tərcümə edilərək nəşr
olunması bir layihə kimi
həyata keçirilməsi nəzərdə tutulmuşdu.Nəzərinizə
çatdıraq ki, 1815-ci ildə görkəmli alman şərqşünası
və diplomatı Henrix Fridrix
fon Ditsin Azərbaycanın
epik dastanı "Kitabi-Dədə Qorqud”un bir
hekayətini alman dilinə tərcümə
edərək yazdığı ön
sözlə birlikdə Berlində kitab kimi çap etdirib.Azərbaycan
dili ilə yanaşı, müxtəlif dünya xalqlarının - türk,
alman, ingilis,
fransız, rus, çin, yapon,
hind, ərəb, fars,
yunan, yəhudi, macar, italian, ukrayna, həm də
Azərbaycanda yaşayan etnik
toplumların - xınalıq, tat, kürd, talış, udi,
ləzgi, gürcü, erməni dillərində
nəşr edilən bu kitablar
Azərbaycanın mənəvi dünyasının zənginliklərini
göstərməklə yanaşı, eyni zamanda, Azərbaycan multikultural əhvalının bariz
göstəricisidir.Qeyd edək ki, layihənin
ilk mərhələsində kitabın 25
dildə nəşri nəzərdə tutulur.Kitaba
Henrix Fridrix fon Ditsin yazdığı
"Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön söz və "Kitabi-Dədə Qorqud” dastanından "Basatın Təpəgözü
öldürdüyü boy”
daxil edilib. Layihənin
növbəti mərhələlərində bu
kitabın ispan, portuqal,
indoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə
çap edilməsi nəzərdə tutulur.
Üç nöqtə.- 2015.- 9 dekabr.- S.- 3