Şəkidə sahibkarlara güzəştli kredit verilib

 

İndiyədək rayonda fəaliyyət göstərən 429 sahibkar 28,1 mln. manat  güzəştli kreditdən istifadə edib

 

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumuŞəki rayonunun Qoxmuq kəndində keçirib.  İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, forumda Şəkidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. Forum çərçivəsində 130-a yaxın sahibkarın iştirak etdiyi Şəkinin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının, pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. İşgüzar forum çərçivəsində Şəki və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 780 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, bağçılıq, əkinçilik, çayçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Verilən kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni yerinin açılması mümkün olacaq.

Forumda çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu vaxta qədər Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 914 investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8 700-ə yaxın yeni yerinin açılması imkanı yaradılıb”.

Bildirilib ki, indiyədək rayonda fəaliyyət göstərən 429 sahibkara 28,1 mln. manat (bugünkü forumda verilən kreditlərlə) güzəştli kredit verilib.

Forum çərçivəsində Şəkinin Göybulaq kəndində dövlətin güzəştli krediti ayrılmış taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilib. Son illərdə tutumu 352 min tona yaxın olan 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30,8 mln. manat güzəştli kredit verilib. Bu anbarlardan artıq 21-i istifadəyə verilib. Şəkidə rayonunda həyata keçirilən iqtisadi tədbirlər isə müsbət nəticələr verir. Məsələn, bu ilin doqquz ayında Şəki rayonunda 245 milyon 961 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Buraxılan məhsulun 8 faizi dövlət, 92 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Bu, rayonun iqtisadiyyatında əsas rolun özəl sektorun oynadığını göstərir. Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq 226 milyon 650 min manat təşkil edib. Həmin dövrdə istehsalqeyri-istehsal sahələrinin inkişafına 25 milyon 388 min manat həcmində investisiya yönəldilib. Ötən 9 ay ərzində rayonda 913-ü daimi olmaqla 1315 yeni yeri açılıb.

Bu faktlar 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında səsləndirilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kənd təsərrüfatı ilielan edilən 2015-ci ilin ötən dövrü ərzində rayonda aqrar sahədə məhsul istehsalının artırılması, özəl bölmənin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Qeyd edək ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi gündəmdə durur.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, kənd təsərrüfatının inkişafı hazırda hökumətin qarşısında duran ən vacib məsələlərdəndir: “Ötən il Azərbaycanda “sənaye ilielan edilmişdi. Bununla əlaqədar bir çox işlər görüldü. Bu il isə “kənd təsərrüfatı ilielan edilib. Bunların hər ikisi qeyri-neft sektoruna aid sahələrdir. Bizim də hazırda  əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirməkdir. Neft hasilatı hər il 5-6 faiz azalır, digər tərəfdən dünya bazarında neftin qiyməti aşağı düşür. Bu baxımdan qeyri-neft sektorunun əsas qollarından biri olan kənd təsərrüfatı sahəsini inkişaf etdirməyə ehtiyac var. Bildiyimiz  kimi, ölkədə işlək əhalinin də 32 faizi kənd təsərrüfatı ilə məşğuldur. Bu səbəbdən birinci növbədə bölgələrdə yerlərinin yaradılması, ikinci növbədə isə iri fermer təsərrüfatlarının yaradılmasına diqqət artırılmalıdır. Hazırda iki belə iri fermer təsərrüfatı Ağcabədidə və Beyləqanda yaradılıb. İndi 19 belə fermer təsərrüfatının yaradılması nəzərdə tutulur.

İkinci əsas məsələ kənd təsərrüfatında istehsal olunan məhsulun emalını təşkil etməkdir. Emal müəssisələrini isə daha çox şəhərlərdə yox, kəndlərə yaxın ərazilərdə təşkil etmək məqsədəuyğundur ki, məhsulun daşınmasına ehtiyac olmasın. Bu, ona xidmət edəcək ki, biz məhsulları  xammal kimi yox, hazır məhsul kimi sataq”.

Emal müəssisələrinin yaradılmasına gəlincə, burada hər bir bölgənin özəllikləri nəzərə alınmalıdır ki, orada hansı məhsul yetişdirilir. Bu Şəki rayonunda da nəzərə alınır. Rayon respublikanın ən iri  kənd təsərrüfatı mərkəzlərindən biridir, ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Hazırda rayon üzrə məşğul əhalinin sayı 85000 nəfərdir ki, bunların da 47000 nəfəri kənd təsərrüfatında, 2000 nəfəri sənayedə, 750 nəfəri tikintidə, 7753 nəfəri təhsildə, 2391 nəfəri səhiyyədə, 1900 nəfəri mədəniyyətdə, 23206 nəfəri digər sahələrdə fəaliyyət göstərir.  İşçilərin sayına görə ən iri müəssisə “Şəki-İpək” ASC-dir. 

Şəki rayonunda  fermerlər 61 min 968 hektar taxıl sahəsindən 186 min ton məhsul əldə ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 110 min ton artıb. Bildirilib ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının yaradılması barədə tapşırıq və tövsiyyələrinə uyğun olaraq Şəkidə də müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Orta Zəyzid kəndinin ərazisində 78 hektar sahədə yaradılan Aqroparkda xaricdən gətirilmiş tezyetişən və məhsuldar ağac növlərindən ibarət yeni meyvə bağı salınıb. Hazırda burada məhsulun saxlanması, qablaşdırılması və emal olunması üçün zəruri işlər görülür. Yetişdirilən məhsulun daxili bazarda satışı ilə yanaşı, xarici ölkələrə də ixrac edilməsi nəzərdə tutulur. Aqroparkda 100-dən çox yeni yeri yaradılacaq.

Şəki həm də turizm mərkəzi kimi də ölkə iqtisadiyyatında öz payı var. Hazırda Kiş kəndinin ərazisində “Marxal” İstirahət Kompleksinin tikintisi davam etdirilir. Kompleksə 7 mərtəbəli mehmanxana, SPA mərkəzi, restoran və kotteclər daxildir. Tikintinin ümumi sahəsi 27 min 839 kvadratmetrdir. Eyni zamanda, Dünya Bankının dəstəyi və Ədliyyə Nazirliyinin sifarişi ilə Şəki şəhərində inşa edilən “Məhkəmə kompleksinin tikintisibaşa çatdırılıb və kompleksin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Üç nöqtə.- 2015.- 12 dekabr.- S.9