İki yaradıcı insanla səmimi
söhbət...
İntiqam Soltan: «Həqiqəti yazmayacaqsansa, yazmamaq daha yaxşıdır »
Arzu Soltan: «Səhnələşdirdiklərini yazmağa ehtiyac var, yazdıqlarını səhnələşdirməyə
yox»
Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru İntiqam Soltan və onun həyat yoldaşı, jurnalist və ssenarist Arzu Soltan Ucnoqta.az-a müsahibə veriblər. İki yaradıcı insan öz fəaliyyətlərindən və işbirliklərindən danışdılar.Bu günlərdə İntiqam Soltanın “Və s. Və s. Və s” adlı ikici kitabının təqdimatı olub. Kitab cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı münasibəti əks etdirən hekayələr, felyetonlar və şeirlərdən ibarətdir.
- İntiqam müəllim, “Və s. Və s. Və s” adlı ikinci kitabınızını təqdim etdiniz. Gələcəkdə necə, roman yazmaq arzunuz varmı?
- Roman yazacağıma inanmıram. Çünki hər zaman uşaqlarla işləyirəm və onların tempinə, sürətinə alışmışam. Daxili tempim uşaqların tempindən uzaqlaşa bilmir. Ona görə də, nə vaxtsa roman səviyyəsində əsər yazmaq haqqında düşünmürəm. Bir də ki, əgər bir səhifədə fikrimi yığcam çatdıra bilirəmsə, onu min səhifə etməyin mənası varmı? Bir səhifə min insan tərəfindən oxunacaqsa, min səhifə biri tərəfindən oxuna bilər.
- Yaradıcı insanların daha çox sevgi, məhəbbət mövzusuna müraciət etdiyini görürük. Amma Siz cəmiyyətdəki çatışmamazlıqları qeyd etmək üçün felyetonlara, kiçik esselərə üstünlük verdiniz…
- Uşaqlarla işlədiyimizə görə romantika ikinci planan keçir. Onları gələcəyə hazırlamaq üçün maarifləndirmə işi aparmalıyıq. Maarifləndirmə işi də yalnız həqiqəti deməklə mümkündür. Bəzən səhnədə həqiqətləri deyə bilməyəndə insanın daxilində yığılıb qalır. Onu hansısa formada biruzə verməliyik. Bir də ki, həqiqəti yazmayacaqsansa, yazmamaq daha yaxşıdır.
- Arzu Soltan: “Və s. Və s. Və s” kitabı İntiqam müəllimin ikinci kitabıdır. Birinci kitabı daha çox sevgi şeirlərindən ibarətdir. İkinci kitabda da şeirlərə yer verilib.
- Arzu xanım da yaradıcı insandır və hər zaman bir yerdə olursunuz. Sizin üçün bir yerdə işləmək çətin olmurmu?
- İ.Soltan: Arzu xanımla hər birimizin özünəməxsus yaradıcı yanaşmamız var. Mübahisələrimiz də olur. Bu da təbiidir. Bir tamaşanın iki rejissor tərəfindən qurulduğunu görmüsünüzmü? Yox. Ssenarist yazır, rejissor isə tamaşa qurur. Bir yerdə işlədiyimizə baxmayaraq, Arzu xanımla səhnə qarşısında dayanıb, birlikdə tamaşa qurmuruq. Düşünürəm ki, ən doğru seçimimiz budur. Çünki Arzu hər hansı çətinlik olanda məndən soruşur, mənim də çətinliyim olanda ondan soruşuram. Arzu xanım yaradıcılığımın istinad nöqtəsidir. İstinad nöqtəm olmasa mən heç nə edə bilmərəm.
- O zaman istinad nöqtənizin də fikirlərini öyrənək…
- A.Soltan: Asan iş yoxdur.
Çətinlikdən qorxmamalısan ki,
yaxşı nəticə
olsun. Əgər nəticə yaxşıdırsa,
deməli, bir yerdə işləməyimiz
alınır.
- Demək ki, bir yerdə
işləmək olur..
- İ.Soltan:
Əlbəttə, bir
yerdə işləmək
olur. Çünki Arzu xanım
Azərbaycanda kino nəzəriyyəsini bəzi
kinoşünaslardan yaxşı
bilir. Belə bir söz var ki, “Rejissor
çəkdiyi gözəl
kadrları lazım gələndə montajda kəsib ata bilmirsə, yaxşı rejissor deyil”. Yəni ortaq iş görmək istəyirsənsə, bir az öz
istəklərindən vaz
keçməyi bacarmalısan.
Yaradıcılıq sahəsində bu,
çox çətindir
və burada mənəm-mənəmlik daha
öndə olur.
Bununla belə, çətin işi bacarmağın başqa tərəfləri
də var, düzənlikdə, yolda hər kəs at da çapa, maşın idarə edə bilir. Sıldırım qayaların başındasa
hər kəs at çapa bilmir. Amma ayağına dolaşan olmur, sərbəstlik var. Çünki ora dırmaşmağa qorxurlar.
- A.Soltan: Bir aqildən soruşurlar ki, əsl sevənlə, özünü sevən kimi göstərən insanının fərqini necə bilmək olar?
Aqil bunu əyani göstərmək üçün
əvvəlcə bir neçə cütlük
dəvət edir və qarşılarına
şorba, yanına da qulpu bir
metr olan qaşıq qoyur. Cütlüklər qulpu bir metr olan qaşıqla
şorbanı yeyə
bilmirlər. Şorbanı ətrafa, üst-başlarına
dağıdır, sonda
da ac qalırlar.
İkinci dəvət olunan
cütlüklər isə
eyni qaşıqlarla şorbanı bir-birilərini
yedizdirirlər. Aqil deyir
ki, əsl sevənlər bunlardır.
Yəni işdə də, əməkdaşlıqda da
qarşı tərəfi
düşünmək lazımdır.
Sən qarşı tərəfi,
qarşı tərəf
də səni düşünəndə əməkdaşlıq
yaxşı alınır.
- Qeyd etdiniz ki, yaradıclıq
zamanı müəyyən
mübahisələriniz olur.
Belə çıxır ki, bir-birinizin tənqidçisi
də özünüzsünüz?
- İ.Soltan: Bəli,
doğrudur. Mənim birinci tamaşaçım
Arzu xanım, Arzu xanımın birinci oxucusu mən olmuşam həmişə.
- Kitabınızda
Cəlil Məmmədquluzadə
dəst-xətti var. C.Məmmədquluzadədən
bəhrələnmisinizmi?
- İ.Soltan: Əlbəttə,
bəhrələnmişəm. Qorxuram desinlər
ki, Cəlil Məmmədquluzadəni təqlid
etməyə cəhd edib. Amma elə deyil.
Cəlil
Məmmədquluzadənin təsirinə
düşməkdən heç
vaxt çəkinmirəm.
Çünki o, elə bir
dəryadır ki, istənilən tərəfə
üzmək mümkündür.
Eləcə də özünü
müstəqil göstərə
bilirsən.
- Arzu xanım kitabı oxumusunuz?
- A.Soltan: Bəli, kitabın redaktoru mənəm.
- Onu necə qiymətləndirirsiniz?
- Mən bütün fəaliyyətim boyu inqilab yox, təkamül
tərəfdarı olmuşam.
Hər zaman inanmışam ki, biz gənclərimizi, tamaşaçı və
oxucularımızı yavaş-yavaş
təkamül yolu ilə inkişafa apara bilərik. Onların daha zəhmətsevər, daha dünyagörüşlü, daha
təşəbbüskar, daha
elmli, daha vətənpərvər olmasına
nail ola bilərik.
Hesab edirəm ki, İntiqam müəllim aktyor, rejissor və teatr rəhbəri
olmaqla yanaşı, yazarlığı ilə
də bu məqsədə xidmət
edir.
- İntiqam
müəllimdən sonra
kitab yazmaq həvəsinə gələcəksiniz?
- İ.Soltan:
Bu suala mən cavab vermək istəyirəm. Arzu xanımın
gənclik illərindən
yazdığı çox
gözəl şeirləri
var. Dəfələrlə o şeirləri kitab şəklində toplayıb
çap etdirməsinin
gərəkli olduğunu
bildirmişəm. Amma qismət
belə imiş ki, mən ondan
əvvəl kitab çap etdirdim. Arzu çox gözəl yararıdıcı insandır,
sözün namusunu çəkə bilən bir yazardır. Sözün namusunu qorumaq hər jurnalistə, yazara qismət olmur. Lev Tolstoyun bir sözü var: “Ədəbiyyat yeganə sözün yeganə yerində işlədilməsidir”. Arzunun yaradıcılığında
hər kəlmə öz yerində işlənir. Mübahisə edəndə yox, yazanda.
- A.Soltan: İntiqam müəllim də, bəzən oxucular, tamaşaçılar da şeirlərimi, piyeslərimi
kitab halında görmək istədiklərini
bildiriblər. Amma məndə bir az mükəmməlçilik
xəstəliyi var. Mükəmməl
hesab etmirəmsə,
o işlə razılaşmıram.
- İ.Soltan: Mən
o fikirlə razılaşmıram. Ona görə
ki, mükəmməllik
o adamlara lazımdır
ki, mükəmməliyə
ehtiyacları var.
- İntiqam müəllim,
nə vaxtsa yazdığınız əsərləri
səhnələşdirmək kimi fikriniz varmı?
- Xeyr. Səhnləşdirmək üçün xahiş edirəm, yazırlar. Ona vaxt itirməyə
dəyərmi? Onsuz da yazacam, yenidən düzəldəcək.
- A.Soltan: Əslində, İntiqam müəllim həm də yaxşı ssenaristdir. Uşaq teatrında bəzi tamaşaların ssenaristi özüdür. Birbaşa hansısa
ideyanı götürüb,
onun üzərində
səhnə hazırlayır.O
tamaşanın müəllifi
olduğu halda afişada adını yazdırmır. Ona görə
də səhnələşdirdiklərini
yazmağa ehtiyac var, yazdıqlarını səhnələşdirməyə yox.
- Hazırda
Uşaq Teatrında hansı yeniliklər var? Bir azdan teatr məzuniyyətə
çıxacaq…
- İ.Soltan: Azərbaycanda
ən sürətlə işləyən teatr
Uşaq Teatrıdır. Harada
bir tədbir olursa,
mütləq orada Uşaq
Teatrı iştirak etməlidir. Hərdən
bizim iştirakımız olmadan
tədbir keçiriləndə təəccüblənirəm.
Bir çox nazirliklərlə
işləyirik. Narkomaniya, insan
alveri və başqa
problemlərlə mübarizə ilə bağlı tamaşalar hazırlamışıq. Tamaşalar olmasa belə, teatrda yay aylarında da iş davam
edir. Aktyor hər zaman
məşqlərdə olmalıdır.
İki-üç gün
işləməyən rejissor
yeni tamaşa qoymağa, səhnəyə
çıxmayan aktyor
isə səhnəyə
çıxmağa bir
az ehtiyat
edir. Cəfər Cabbarlının bir sözü vür, “Aktyorun musiqi aləti özüdür. Musiqi alətini
istifadə etməyəndə
kökdən düşür.
Kökdən düşmüş muqisi aləti ilə musiqi ifa etmək olmaz”. Ona görə də biz məşqlərimizi hələ
ki, davam etdiririk.
- A.Soltan: Türkiyədən
dəvət almışıq.
İllərdir “Ramazan etkinlikləri”nə
dəvət olunuruq və Türkiyənin müxtəlif şəhərlərində
bu tədbirlərdə
iştirak edirik.
Yəqin
ki, bu yayda
da Türkiyədə
olacağıq.
- Teatrınız bir az şəhərdən kənarda yerləşir. Tamaşaçılar teatrın uzaqda yerləşməsinə görə etiraz edirlərmi?
- İ.Soltan: Uşaq Teatrı paytaxtın mərkəzindən 20-25 km kənarda yerləşir. Hər dəfə eyni şikayəti dilə gətirmək istəmirəm. Prinsip etibarilə biz öz işimizi görürük. Ümumiyyətlə, Azərbaycanda çatışmazlıqların kökündə peşəkarlığın az olması və professionallığın olmaması dayanır. Uşaq Teatrının kənarda yerləşməsi peşəkarlığın çatışmazlığından irəli gəlir.
- Siz aktyor, rejissor kimi fəaliyyət göstərirsiniz, indi isə yazıçı kimi fəaliyyətə başladınız. Gələcəkdə daha çox necə yadda qalmaq istərdiniz?
- İ.Soltan: Ümumiyyətlə, yaddaşlardan silinmək daha xoşdur ki, qəbirdə rahat yata biləsən. Yadda qalmaq haqqında düşünmürəm. Adətən, dindarlar bu dünyada oturub, o biri dünyaları haqqında fikirləşirlər. Sadəcə, gördüyüm işləri elə görmək istəyirəm ki, tez eroziyaya uğramasın. Yazdıqlarımın 90 faizi teatra həsr edilib. Baş qəhrəmanlarımın əksəriyyəti teatr və mən özmüməm. Çünki tənqid özümdən başlayır. Yazmaq mənim hobbimdir və asudə vaxtımı səmərəli keçirmək istəyirəm. - A.Soltan: İstənilən halda İntiqam müəllim teatr xadimidir. Onun böyük sevgisi teatrdır.
- Arzu xanım, yaradıcı bir insanın həyat yoldaşı olmağın üstünlükləri nələrdir?
- Yaradıcı insanın məsələlərə fərqli, özünəməxsus münasibəti olur. Bu isə yaşamı maraqlı edir.
Rəqsanə
Üç
nöqtə.- 2015.- 11 iyun.- S.- 5