Grammy
mükafatına layiq olmağım təsadüfi
deyil
Firəngiz Əlizadə: Həmişə
mübariz, müstəqil olmuşam
və heç vaxt əyilməmişəm
Azərbaycanda ilk dəfə İmpuls əsəri ilə Grammy mükafatına layiq görülən xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Şənbə qonağı rubrikasının qonağımızdır. Tanınmış bəstəkar Hilary Hahn ilə işbirliyi və yaradıcılığındakı uğurlar haqqında danışdı.
- İmpuls əsəriniz Grammy mükafatına layiq görüldü. Bir bəstəkar kimi nə vaxtsa əsərinizin Grammyyə layiq olduğunu gözləyirdinizmi?
- Grammy nominasiyasına üç nəfər təqdim olunmuşdu, Lera Auerbax, Miçislav Vaynberq və mən. Mükafatı mənim İmpuls əsərimə görə, amerikalı gənc skripkaçı, meqa-star Hilary Hahn alıb. Hilary Hahnın kompakt diski İmpuls adlanır. Hətta bu yaxınlarda San-Fransisko Xronika qəzetində oxudum ki, bu kompakt disk haqqında böyük yazılar çıxır və orada yazılır ki, bu kompakt disk ilə meqa-star, gənc ifaçı Hilary Hahn bütün dünyaya, insanlara xoş İmpuls göndərir. Artıq dünyada əsərimin adı gözəl tərzdə hallanır. Təbii ki, mükafatı qazanmağa şübhələrim vardı, çünki 10 minlərlə kompakt disklərin arasında üç kompakt disk nominant seçilmişdir. Onların da içində mənim əsərimin olması çox böyük qürurdur. Belə demək olar ki, səadət quşu başıma qondu və heç vaxt bunu gözləmirdim. Hilary Hahn ilk dəfə mənə zəng edəndə dedi musiqinizə qulaq asmışam və fikir vermişəm ki, siz ifaçılara hörmət edirsiniz, onlar üçün gözəl material verirsiniz. Sizin musiqiniz müasir musiqi dünyasında fərqlənir və ona görə sizə müraciət edirəm. Amma mən ilk dəfə deyil ki, belə meqa-starla əməkdaşlıq edirəm. Mstislav Rostropoviç, Yo-Yo Ma, İvan Monigetti, Kronos Quartet, David Qerinqas, Evelin Qlenni mənim əsərlərimi ifa ediblər. Amma başqa tərədəfdən daima yaradacılığım üzərində işləyirdim. Grammymükafatına layiq olmağım təsadüfi deyil. Təsadüf heç bir şey olmur, hər şey tədricən hazırlanır. İnsan çalışır, çabalyır, axtarır, tapır və bir vaxt nəyəsə nail olur.
- Hilary
Hahn ilə işbirliyiniz
necə başladı?
- Mənə
email vasitəsilə yazdı
ki, sizinlə danışmaq istəyirəm. Sizi necə
tapım, siz haradasınız. Mən də
yazdım ki, iki gündən sonra Berlində olacam. Orada mənə zəng
etdi və ətraflı danışdıq.
Sonra skayb vasitəsilə danışmağa başladıq.
Dedi ki, sizin əsərinizdə ifaçı özünü
göstərə bilər.
Sözün düzü
bir az
məşqləri gecikdirdim.
Ona görə ki, çox işlərim vardı. Hətta onun menecerinə email vasitəsilə yazdım ki, yəqin ki, artıq gecdir,
Hilary Hahn gözləmir. Sonra
Hilary Hahn zəng etdi və dedi ki,
sizi gözləyirik. Mən Berlində 10 gün hər şeydən uzaq durdum və
telefonlara da cavab vermədim. Təbii ki, daxilimdə bu musiqi çoxdan
cərəyan edirdi.
Heç kim
10 günə belə
əsər yaza bilməzdi. Əsəri göndərdikdən iki gündən sonra Hilary Hahn
dedi ki, çox xoşuma gəlib. Sonra işlərimizə görə
əlaqələrimiz kəsildi.
Sonra yavaş-yavaş
dünyada olan dostlarımdan Hilary Hahnın
ifası haqqında
xəbərlər almağa
başladım, ilk dəfə
Rio de Janeyrodan. Bir müddətdən sonra
Hilary mənə dedi ki, bir həftədən
sonra Berlində olacaq.
Görüşsəydik yaxşı olardı
və biz orada görüşdük. Çox gözəl
bir görüş keçdi və ilk dəfə onu qucaqlaya bildim. Mən onun Fransada, Berlində bir neçə konsertində
olmuşam. Amma təsəvvür edə bilməzdim ki, bizim belə əməkdaşlığımız olacaq. Bu mənim üçün
çox böyük xoşbəxtlikdir ki, mənim əsərlərimi
meqa-star səviyyəsində
olan ifaçılar ifa edirlər.
- Bundan sonra başqa bir musiqiçi bu əsəri ifa edə bilərmi?
- 2015-ci ilin axırına qədər
heç kim
İmpuls əsərimi
ifa edə bilməz, yalnız Hilary
Hahn bu əsəri ifa edə bilər.
Dünyada müəllif haqqlarının
çox sərt qanun-qaydası var. Hilary Hahn səviyyəsində
yalnız muğam sənətində görə
bilərik. Azərbaycan muğam
sənəti doğrudan
da dünya səviyyəsindədir. Amma
başqa sahələrdə
bunu deyə bilmərik. Ona görə də
gəncləri yaradıcılığa
cəlb etməyə çalışıram, amma
çox da üstlərinə getmirəm.
Səviyyəni bir
günün içində
düzəltmək mümkün
deyil. Elə bir vaxt gələcək ki, Azərbaycan da müasir musiqi daha çox ifa olunacaq. Buna baxmayaraq gözəl
hallar artıq var.
- İndiyə qədər Azərbaycanda
bəstəkarlar arasında
Grammy mükafatı alan yoxdur...
- Qeyd etmək lazımdır ki, hələ 60-cı illərdə
ilk dəfə müasir
musiqinin ən çətin və nadir nümunələrini pionoçu
olaraq Azərbaycanda mən ifa etmişəm.
Bəzi əsərləri? hətta keçmiş
SSRI-də ifa etmişəm. Amma 1988-92-ci illər çox çətin oldu, artıq konsertlər keçirilmirdi.
Sanki bizim nailiyyətlərimiz
bir anda yox oldu.
Hələ 1976-cı ildə SSSR-i bəstəkarları ilə birlikdə İtalyada oldum və öz dodekafoniya sistemində yazılan Sonatanı
ifa etdim. Bu çox böyük əks-səda doğurmuşdu
və hətta Romada Ekpressi qəzetində Azərbaycan
dodekafoniyasıadlı məqalə
dərc olunmuşdur. Bütün
SSSR-də bu sistemə qadağa qoyulan bir vaxtında,
biz Bakıda, Q. Qarayevin
sinfində bu texnikadan istifadə edirdik. Çox şeylərə nail olmuşuq.
Çünki bizim Üzeyir
Hacıbəyli kimi qabaqcıl bəstəkarlarımız
olub, bütün Sovet İttifaqı onun qarşısında baş əyirdi. İlk dəfə musiqiçilər
arasında Üzeyir Hacıbəyli millət vəkili olub. Eləcə də Qara Qarayev
musiqi sahəsinə böyük sənətkar
olub. Belə korifey bəstəkarlarımız
olub və onların tələbəsi
kimi fəaliyyətimizi
davam etmişik.
- Uğurlara nail olmağınızın
sirri nədədir? Hər bir əziyyətə dözüb,
inamla addımlamısınız...
- Adətən musiqi dünyasında dinastiyalar,
ailə ənənələri
böyük rol oynayır. Mən konservatoriyada tələbə
olanda, ətrafımda
hamı bizim böyük bəstəkarların
və ya ifaçıların qohumları
idi. Onların arasında təkcə
mən musiqiçi olmayan ailədən idim. Və mən həmişə
dərk etmişəm
ki, təkcə özümə arxalana bilərəm. Amma sonra
gördüm ki, bu hisslər mənə kömək edib. Həmişə mübariz, müstəqil
olmuşam və heç vaxt əyilməmişəm. Təbii ki,
burada dəstək də olmalıdır.
Mənim
dəstəkçilərim valideynlərim olub. Valideynlərim musiqiçi deyildilər,
amma musiqini sevirdilər. Həmişə atam məni Opera və Balet Teatrına,
bacım isə teatra aparırdı.
Biz çox gözəl
ailə mühitində
böyümüşük və gözəl tərbiyə almışıq.
Doğrudan da yaşadığın
çətinliklər sonrakı
həyatında insana kömək edir. Arnord Şöuberq çox mübariz bəstəkar olub, tamamilə tonal sistemini yıxıb və yeni bir
dodekafon sistemini yaradıb. O Amerikada mükafata layiq görülən zaman deyib ki,
Mən uğurlarıma
görə, düşmənlərimə
minnətdaram. Onlar məni
mübariz, əyilməz
etdilər və rahat dayanmağa qoymadılar. Buna görə həmişə
üzərimdə işləmişəm,
mübariz və özümə tələbkar
olmuşam. Doğrudan da
gözəl sözlərdir.
- Bəs, sizin uğurlarınız artıqca düşmənləriniz
artırmı?
- Bu öz yerindədir, onsuz ola bilməz.
Mənə xaricdə deyirlər
ki, Azərbaycanda qadın olmaq çox çətindir.
Deyirəm ki, səhv düşünürsünüz:
bizim qadınlarımız,
hətta Amerikadan əvvəl qadınlara səs vermə hüququ veriblər. Amma bəzi şeylər var ki, onları
yıxmaq mümkün
deyil. Amma bu sözlərin
düzgün tərəfləri
də var. Azərbaycanda
qadın olmaq çox çətindir, ailədə, qohumlar arasında da. Bizim müəyyən problemlərimiz
olur.
- Bethovendən sözdüşmüşkən deyim ki, o, musiqinin təsir qüvvəsini bəstəkarın
hissindən asılı
olduğunu bildirib. Bu fikirlə razısınızmı?
- Bəli. Hər insanın həyatında
çətin anlar olur, eləcə də mənim. Ruhdan düşəndə, hər
şeyə inamını
itirəndə, həyatın
qəddarlığını görəndə, çoxlu
düşmənlər sənə
qarşı çıxanda
Bethovenin, Mozartın həyatını xatırlayıram.
Mən onların yaşadıqları
çətinliklərə acıyıram. Hər
insanın bu dünyada öz yolu, taleyi var. Bizim də çətinliklərimiz
az olmayıb.
- Bəstəkar
xanım kimi sizin gücünüz nədədir?
- Bəstəkar
qadın və kişi arasında
heç bir fərq görmürəm.
Musiqiyə qulaq asanda
deyə bilmərəm ki, bunu
qadın yaxud da kişi yazıb. İstedad,
öz işinə məsuliyyət, ciddi yanaşmaq varsa hər insan nailiyyətlər əldə edə bilər.
Amma burada fədakarlıq
lazımdır. Fədakarlıq bizim
xalqımıza çətin başa gəlir,
çünki heç
kim öz gözəl həyatından imtina etmək istəmir. 2007-ci ildə
Bakıya gələndə gördüm ki, hər gün bir təqdimat, konsert var. Düşündüm
ki, bunlar necə olacaq, musiqi yaza bilməyəcəm. Mən inanmıram ki, bəstəkar yaxud da yazıçı üç
təqdimata, bir tədbirə gedib sonra evə gəlib bir böyük əsər
yazsın. Bu mümkün deyil. Böyük əsər
yazmaq üçün
həyatda nədənsə imtina edəcəksən
və özünü qoruyacaqsan.
Böyük
əsər yazmaq üçün
10 gün, bir ay hətta yarım il də
bəs etməz. Hər insan yolunu özü seçir, sən ya hər
şeydən məhrum olub gözəl əsərlər
ortaya qoyacaqsan, ya da adi
insanlar kimi firavan yaşayacaqsan.
Vaxtımı boş keçirməyi
sevmirəm. Misal
üçün insanlar
xarici ölkələrə gedib istirahət edirlər.
Düşünürəm niyə boş
vaxtlarını istirahətə ayırırlar. Bir işdən başqa
işə keçmək mənə istirahət kimi gəlir. Mənim üçün
kitablarım, notlarım, piano
otağım ən gözəl yerdir. Orada çox anlamlı, sakit saatlar keçirirəm. Təbii ki, sakitlik mütləq lazımdır, heç kim səni narahat etməməlidir. Heç
vaxt oturub gözləmək
lazım deyil, ilham pərim
gəlsin və əsər yazasan, insan hər zaman üzərində
işləməlidir. Hər şey çox çətin
və müxtəlifdir
- Firəngiz xanım, gələcəkdə siyasətçi olmaq istəyirmi?
- Yox,
heç vaxt siyəsətçi
olmaq istəməzdim. Mənim oğlum siyasətçidir və hərdən
siyasət haqqında mən bir-iki söz deyəndə çox
hirslənir və deyir ki,
Mən Bethoven haqqında
danışıram? sən də siyasət haqqında
danışma. Ona görə ki, müasir dünyada siyasət çox
mürəkkəb və dərindir. Ona
görə ki, müasir
dünyada siyasət haqqında çalışın
danışmayın. Həmişə mənə də
yoldaşıma da belə deyir.
Mən də görürəm və müşahidə edirəm
ki, haqlı deyir.
Yalnız müşahidə edə
bilərəm, amma siyasətlə məşğul
olmaq istəmərəm. Mən sənət
insanıyam.
Rəqsanə
Üç
nöqtə.- 2015.- 7 mart.- S.- 14