Müasir tələblərə cavab verən
infrastruktur yaradılıb
Hacıqabulda əhalinin fasiləsiz
olaraq elektrik enerjisi, təbii qaz,
içməli su ilə təminatı həmişə
diqqət mərkəzindədir
Azərbaycanda
aparılan ardıcıl iqtisadi siyasət
çərçivəsində əhalinin və
iqtisadiyyatın infrastruktur sahələrinə
olan tələbatının ödənilməsi,
nəqliyyat, informasiya-kommunikasiya və kommunal xidmətlərin səviyyəsinin
yaxşılaşdırılması istiqamətində də
müxtəlif tədbirlər həyata keçirilir.
Nəzərə alaq ki,
müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual
inkişafdan danışmaq qeyri-mümkündür. Bundan başqa,
Azərbaycan vətəndaşının normal
yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsi, zəruri infrastruktur
layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz,
içməli su ilə təminatı,
yolların bərpası və yenidən çəkilişi,
zəruri abadlıq işlərinin aparılması dövlətin
bir nömrəli vəzifəsi
sayılır. Bu səbəbdən də
Hacıqabul rayonunda infrastruktur
həmişə diqqət mərkəzində olub.
Regionların sosial-iqtisadi inkişafı
ilə bağlı dövlət proqramlarında bu sahə prioritet olub. Bu işlər yalnız rayon mərkəzində
deyil kənd və qəsəbələrdə
də həyata keçirilib. 2014-cü
ildərayonda görülmüş tikinti, quruculuq və
abadlıq işlərinə yerli büdcədən
902,7 min, büdcədənkənar vəsait
hesabına 27,2 min manat
xərclənib. Şəhərin, kənd və qəsəbələrin
yaşıllaşdırılması 2014-cü ildə də davam etdirilib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin birinci ilində təkcə şəhərdə 11 min 250-dən artıq ağac, 10 min gül kolları əkilib. Kür qırağı kəndlərimizdə yaşayan əhalinin uzun illərdən bəri arzusunda olduğu yeni yol çəkilişi bu ilin ilk günlərində reallığa çevrilib. On doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayırılıb. Bu xəbər nəinki Kürqırağı kəndlərin, eləcə də bütün rayon əhalisinin böyük sevincinə və sonsuz minnətdarlığına səbəb olub. Əhalinin təbii qaz və elektrik enerjisi ilə etibarlı təmin edilməsi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində hesabat ilində də rayonumuzda əsaslı işlər görülüb.
Ötən il rayon Paylayıcı Elektrik Şəbəkəsinin balansında olan müxtəlif güclü transformator və onlarca yağ açarları təmir olunub. Rayonun Muğan, Atbulaq, Abdulabad, Pirsaat, Navahı, Qubalıbalaoğlan, Qızılburun, Talış, Udullu, Rəncbər, Kürçülü, Abdulabad və Kolanı kəndlərində yanmış və sıradan çıxmış sayğacların yerinə 1177 ədəd 1 fazalı və “Smart” kart tipli elektrik sayğacları quraşdırılıb. 2014-cü ildə istehlak olunmuş elektrik enerjisinin dəyəri 90,2 faiz yerinə yetirilib. Regionların sosial iqtisadi inkişafı çərçivəsində 2014-cü ildə rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb, abonentlərin sayğaclaşdırılması işləri başa çatdırılıb. Hacıqabul şəhərində 65,626 pm polietilen, 27,535 metr polad boru olmaqla 93,161 pm qaz xətti çəkilib, abonentlərin mənzillərinə “Smart” tipli sayğaclar qoyulub. Artıq rayonun bütün yaşayış məntəqələrində sakinlər təbii qazdan fasiləsiz olaraq istifadə edirlər. Hesabat dövründə ümumilikdə rayona satılan qazın dəyəri 118,3 faiz toplanıb.
Şəhər əhalisinin içməli, daimi su ilə təmin olunması başa çatdırılıb. Bu məqsədlə şəhərdaxilində 116 km uzunluğunda müxtəlif diametrli boru çəkilib, mənzillərdə 4200 “Smart” kart tipli sayğaclar quraşdırılıb, Çkalov massivində 2500 kub metr-lik anbar tikilib. Bu ilin 1 yanvarına kimi layihəyə əsasən nəzərdə tutulmuş 110,5 km kanalizasiya xəttindən 26,2 km-i çəkilib. Ötən il sərf olunan suyun dəyərinin 90 faizə yaxını toplanıb.
Yeni su və kanalizasiya çəkilişi ilə yanaşı rayonun ərazisində 50/219 diametrlərdə 1380 metr uzunluğunda sıradan çıxmış borular yenisi ilə əvəz olunub, 7 ədəd yeni siyirtmə qoyulub, 55 siyirtmə yağlanıb təmir edilib.
Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Rayonda 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisləri fəaliyyət göstərir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülüb. Bu da Hacıqabulda təhsilə də xüsusi önəm verildiyini göstərir.. Çünki təhsil insanın intellektinin inkişafının və cəmiyyətin tərəqqisinin özülü hesab olunur. Ölkə üçün vacib sahələr üzrə peşəkar kadrların hazırlanması, “qara qızıl”ın insan kapitalına çevrilməsi və Azərbaycanın gələcək inkişafının məhz bu amildən asılı olması ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. “Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Bu gün vaxtı gəlibdir ki, məhz bu sahəyə sərmayələr qoyaq. Çünki Azərbaycanın uğurlu iqtisadi islahatlar siyasəti buna imkan verir. İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir”,-Prezident deyib.
Bu istiqamətdə rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü iş aparılıb, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilib. Şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdləri Fikrət Teymurov və Səkinə Teymurova Bakı şəhərində məktəblilərin VIII ətraf mühitin mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında uğurla iştirak edib və Olimpiadanın Bürünc medalına layiq görülüblər.
2014-cü ildə rayonun ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı müəllimlərinin də yadda qalan uğurları olub. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Fərəcova Mətanət Elxan qızı uğurla iştirak edərək müsabiqənin qalibi olub və 5000 manat pul mükafatına layiq görülüb. 2014-cü ildə buraxılış imtahanlarının təhlili göstərir ki, rayonun ümumtəhsil məktəblərinin həm IX, həm X siniflərində buraxılış imtahanının nəticələri ötən illə müqayisədə -10 faiz artıb. Buna baxmayaraq rayonun bir sıra məktəblərində - Şorbaçı, Tağılı, Tava, Abdulabad kənd orta və Kürçülü, Qubalı kənd ümumi orta məktəblərində buraxılış imtahanlarının nəticəsi aşağı olub.
Qeyd edək ki, ali və orta ixtisas məktəblərinə qəbulun nəticələri məktəbdə aparılan təlim-tərbiyə işlərinin aynasıdır. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 94 nəfər (53,1%), orta ixtisas məktəblərinə 23 nəfər (57,5%) qəbul olunqub. Əvvəlki illərin məzunlarından isə 10 nəfər ali məktəblərə, 10 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Bütövlükdə bu il rayon üzrə 104 nəfər ali məktəblərə, 33 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Rəncbər kənd tam orta məktəbindən 12 nəfər ali məktəbə qəbul olunub. Ali məktəbə qəbul olunanlardan 7 nəfəri 500-dən yuxarı (Şəhər 1,3,5,6, saylı, Qarasu, Kolanı, Qubalıbalaoğlan kənd orta məktəbləri), 4 nəfəri 600-dan yuxarı (Şəhər 1,2,8 saylı, Rəncbər kənd orta məktəbləri) bal toplayıblar.
2013-cü ildə sənəd təqdim
edənlərin 43,2 faizi tələbə
adını qazanmışdırsa, 2014-cü ildə ali məktəblərə qəbul olunmaq üçün sənəd
təqdim edənlərin 53,1 faizi tələbə
adını qazanıb. 2014-cü ildə ali
məktəbə qəbul olunanların sayı artsa da, rayonun bir
sıra məktəblərində - Qarasu,
Meyniman, Qızılburun, Atbulaq,
Udullu, Navahı qəsəbə 2 nömrəli
tam orta məktəblərində
qəbulun nəticələri zəif olub,
şəhər 7 saylı, Padar, Pirsaat qəsəbə, Ağacanlı,
Şorbaçı, Tava, Tağılı
kənd orta məktəblərindən
ali məktəblərə qəbul olan olmayıb.Hazırda bu
neqativ halın aradan
qaldırılması istiqamətində işlər görülür.
Üç
nöqtə.- 2015.- 7 mart.- S.- 14