Müasir tələblərə cavab verən infrastruktur yaradılıb

Hacıqabulda əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı həmişə diqqət mərkəzindədir

 Azərbaycanda aparılan ardıcıl iqtisadi siyasət çərçivəsində əhalinin və iqtisadiyyatın infrastruktur sahələrinə olan tələbatının ödənilməsi, nəqliyyat, informasiya-kommunikasiyakommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Nəzərə alaq ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Bundan başqa, Azərbaycan vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması dövlətin bir nömrəli vəzifəsi sayılır. Bu səbəbdən də Hacıqabul rayonunda infrastruktur həmişə diqqət mərkəzində olub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında bu sahə prioritet olub. Bu işlər yalnız rayon mərkəzində deyil kənd və qəsəbələrdə də həyata keçirilib. 2014-cü ildərayonda görülmüş tikinti, quruculuq və abadlıq işlərinə yerli büdcədən 902,7 min, büdcədənkənar vəsait hesabına 27,2 min manat xərclənib. Şəhərin, kənd və qəsəbələrin yaşıllaşdırılması 2014-cü ildə də davam etdirilib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin birinci ilində təkcə şəhərdə 11 min 250-dən artıq ağac, 10 min gül kolları əkilib. Kür qırağı kəndlərimizdə yaşayan əhalinin uzun illərdən bəri arzusunda olduğu yeni yol çəkilişi bu ilin ilk günlərində reallığa çevrilib. On doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayırılıb. Bu xəbər nəinki Kürqırağı kəndlərin, eləcə də bütün rayon əhalisinin böyük sevincinə və sonsuz minnətdarlığına səbəb olub. Əhalinin təbii qazelektrik enerjisi ilə etibarlı təmin edilməsi, şəhərin sukanalizasiya sisteminin yenidən qurulması istiqamətində hesabat ilində də rayonumuzda əsaslı işlər görülüb.

Ötən il rayon Paylayıcı Elektrik Şəbəkəsinin balansında olan müxtəlif güclü transformatoronlarca yağ açarları təmir olunub. Rayonun Muğan, Atbulaq, Abdulabad, Pirsaat, Navahı, Qubalıbalaoğlan, Qızılburun, Talış, Udullu, Rəncbər, Kürçülü, Abdulabad və Kolanı kəndlərində yanmış və sıradan çıxmış sayğacların yerinə 1177 ədəd 1 fazalı və “Smartkart tipli elektrik sayğacları quraşdırılıb. 2014-cü ildə istehlak olunmuş elektrik enerjisinin dəyəri 90,2 faiz yerinə yetirilib. Regionların sosial iqtisadi inkişafı çərçivəsində 2014-cü ildə rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb, abonentlərin sayğaclaşdırılması işləri başa çatdırılıb. Hacıqabul şəhərində 65,626 pm polietilen, 27,535 metr polad boru olmaqla 93,161 pm qaz xətti çəkilib, abonentlərin mənzillərinə “Smarttipli sayğaclar qoyulub. Artıq rayonun bütün yaşayış məntəqələrində sakinlər təbii qazdan fasiləsiz olaraq istifadə edirlər. Hesabat dövründə ümumilikdə rayona satılan qazın dəyəri 118,3 faiz toplanıb.

Şəhər əhalisinin içməli, daimi su ilə təmin olunması başa çatdırılıb. Bu məqsədlə şəhərdaxilində 116 km uzunluğunda müxtəlif diametrli boru çəkilib, mənzillərdə 4200 “Smartkart tipli sayğaclar quraşdırılıb, Çkalov massivində 2500 kub metr-lik anbar tikilib. Bu ilin 1 yanvarına kimi layihəyə əsasən nəzərdə tutulmuş 110,5 km kanalizasiya xəttindən 26,2 km-i çəkilib. Ötən il sərf olunan suyun dəyərinin 90 faizə yaxını toplanıb.

Yeni sukanalizasiya çəkilişi ilə yanaşı rayonun ərazisində 50/219 diametrlərdə 1380 metr uzunluğunda sıradan çıxmış borular yenisi ilə əvəz olunub, 7 ədəd yeni siyirtmə qoyulub, 55 siyirtmə yağlanıb təmir edilib.

Rayon İcra Hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlayır. Rayonda 32 ümumtəhsil məktəb, 4 məktəbdənkənar, 3 məktəbəqədər tərbiyə müəssisləri fəaliyyət göstərir. Məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülüb.  Bu da Hacıqabulda təhsilə də xüsusi önəm verildiyini göstərir.. Çünki təhsil insanın intellektinin inkişafının və cəmiyyətin tərəqqisinin özülü hesab olunur. Ölkə üçün vacib sahələr üzrə peşəkar kadrların hazırlanması, “qara qızıl”ın insan kapitalına çevrilməsi və Azərbaycanın gələcək inkişafının məhz bu amildən asılı olması ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. “Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Bu gün vaxtı gəlibdir ki, məhz bu sahəyə sərmayələr qoyaq. Çünki Azərbaycanın uğurlu iqtisadi islahatlar siyasəti buna imkan verir. İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir”,-Prezident deyib.

Bu istiqamətdə rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü aparılıb, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması sahəsində işlər davam etdirilib. Şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdləri Fikrət Teymurov və Səkinə Teymurova Bakı şəhərində məktəblilərin VIII ətraf mühitin mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında uğurla iştirak edib və Olimpiadanın Bürünc medalına layiq görülüblər.

2014-cü ildə rayonun ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı müəllimlərinin də yadda qalan uğurları olub. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Fərəcova Mətanət Elxan qızı uğurla iştirak edərək müsabiqənin qalibi olub və 5000 manat pul mükafatına layiq görülüb. 2014-cü ildə buraxılış imtahanlarının təhlili göstərir ki, rayonun ümumtəhsil məktəblərinin həm IX, həm X siniflərində buraxılış imtahanının nəticələri ötən illə müqayisədə -10 faiz artıb. Buna baxmayaraq rayonun bir sıra məktəblərində - Şorbaçı, Tağılı, Tava, Abdulabad kənd ortaKürçülü, Qubalı kənd ümumi orta məktəblərində buraxılış imtahanlarının nəticəsi aşağı olub.

Qeyd edək ki, aliorta ixtisas məktəblərinə qəbulun nəticələri məktəbdə aparılan təlim-tərbiyə işlərinin aynasıdır. Rayonun tam orta məktəblərini bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 94 nəfər (53,1%), orta ixtisas məktəblərinə 23 nəfər (57,5%) qəbul olunqub. Əvvəlki illərin məzunlarından isə 10 nəfər ali məktəblərə, 10 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Bütövlükdə bu il rayon üzrə 104 nəfər ali məktəblərə, 33 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Rəncbər kənd tam orta məktəbindən 12 nəfər ali məktəbə qəbul olunub. Ali məktəbə qəbul olunanlardan 7 nəfəri 500-dən yuxarı (Şəhər 1,3,5,6, saylı, Qarasu, Kolanı, Qubalıbalaoğlan kənd orta məktəbləri), 4 nəfəri 600-dan yuxarı (Şəhər 1,2,8 saylı, Rəncbər kənd orta məktəbləri) bal toplayıblar.

2013-cü ildə sənəd təqdim edənlərin 43,2 faizi tələbə adını qazanmışdırsa, 2014-cü ildə ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edənlərin 53,1 faizi tələbə adını qazanıb. 2014-cü ildə ali məktəbə qəbul olunanların sayı artsa da, rayonun bir sıra məktəblərində - Qarasu, Meyniman, Qızılburun, Atbulaq, Udullu, Navahı qəsəbə 2 nömrəli tam orta məktəblərində qəbulun nəticələri zəif olub, şəhər 7 saylı, Padar, Pirsaat qəsəbə, Ağacanlı, Şorbaçı, Tava, Tağılı kənd orta məktəblərindən ali məktəblərə qəbul olan olmayıb.Hazırda bu neqativ halın aradan qaldırılması istiqamətində işlər görülür.

Üç nöqtə.- 2015.-  7 mart.- S.- 14