Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılıb

Bu əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılmasında mühüm yer tutur.

 

Respublikamızın regionlarında da infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edir.Əhalinin sosial təminatı istiqamətində də önəmli işlər görülür. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur.

Qeyd edək ki, səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri idi. Azərbaycanda səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə parallel olaraq 2004-cü ildən etibarən daha da  genişlənib, Bu istiqamətdə 2014-cü ildə səhiyyəyə ayrılan büdcə vəsaiti  725 milyon manat nəzərdə tutulub. Bu da 2013-cü illə müqayisədə 8 faizdən çox artım deməkdir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib. Bu cür mərkəzlər yalnız iri şəhərlərdə deyil, regionlarda da tikilib istifadəyə verilib. Bildirək ki, tikilən və yenidən qurulan tibb müəssisələrinin 70 faizi regionların payına düşür. Bu şəbəkənin kenişləndirilməsi regionların sosial-iqtisadi inkişhafını nəzərdə tutan üçüncü dövlət proqramında da prioritet sahəldərdən biridir.Məqsəd isə əhalinin daha sağlam yetişməsidir.

Qeyd edək ki, səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu,  Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları və digərləri ilə fəal əməkdaşlığa başlayıb. Səhiyyə sistemində islahatlar layihəsi çərçivəsində Azərbaycan hökuməti Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə maliyyələşmə sazişi imzalayıb. Bu saziş 6 il ərzində səhiyyədə struktur və idarəetmə islahatlarına dair layihənin həyata keçirilməsini nəzərdə tutur. Layihə Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsini, səhiyyə xidmətlərinin çatdırılmasının yaxşılaşdırılmasını, kadr resurslarının inkişaf etdirilməsini və s. əhatə edib. İslahatların gedişi Dünya Bankının xüsusi missiyası tərəfindən izlənilib və nəticələrlə bağlı müsbət rəylər verilib. Həmçinin səhiyyə sistemində aparılan islahatlar Avropa Komissiyasının Azərbaycana dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində hazırlanan tərəqqi hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq müsbət rəylə qiymətləndirilib. Son illərdə ölkədə həyata keçirilən, anauşaq sağlamlığının yaxşılaşdırılmasına müsbət təsir göstərən, əhalinin ümumi sağlamlığının möhkəmləndirilməsinə yönələn tədbirlərə aşağıdakılar daxil edilir:

-dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin məbləği əvvəlki illərlə müqayisədə 10 dəfədən çox artıb;

-səhiyyə obyektlərinin tikintisi, təmiri, bərpası və yenidən qurulması üçün xeyli miqdarda vəsait ayrılıb;

-özəl səhiyyə xidməti inkişaf edib, səhiyyənin maddi-texniki təminatı möhkəmləndirilib;

Həmçinin 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edildi ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və əhəmiyyətli addım sayılır.

Səhiyyə  sahəsitndə əldə olunan uğurlar bu sahədə Hacıqabul rayonunda da özünü göstərib. 2014-cü ildə rayonda 106 çarpayılıq 2 xəstəxana, Uşaq Tibb mərkəzi, 10 həkim və 12 tibb məntəqəsində 51 həkim, 164 orta tibb işçisi əhaliyə səhiyyə xidməti göstərir. Rayon səhiyyəsinin strukturuna Dəmir yol xəstəxanası və Qovşaq dəmiryol poliklinikası, həmçinin GigiyenaEpidemiologiya mərkəzi daxildir. 17 yaşdan yuxarı respublika əhalisinin kütləvi şəkildə tibb profilaktik müayinələrdən keçirilməsi ilə əlaqədar başlayan aksiya zamanı səhiyyə işçiləri, 70 mindən yuxarı əhalisi olan Hacıqabul rayonunun 40431 nəfərini tibbi müayinələrdən keçirib, bunların arasında 3066 nəfər xəstə aşkar edilib və həmin xəstələr rayon Mərkəzi Xəstəxanasında və Respublikanın müxtəlif tibb müəssisələrində müayinəyə cəlb olunublar.

2014-cü ildə ilkin onkoloji xəstə 55 nəfər, ilin sonuna isə 174 nəfər olub. Ötən il 135 nəfər xəstə şəkərli diabetlə ilkin qeydə alınıb, hazırda 1058 nəfər şəkərli xəstə kimi dispanser qeydiyyatında dayanır. Qeydiyyatda olan bütün xəstələr şəkər salıcı dərmanlar, qlükometr testləri ilə təmin olunub. 23 nəfər talassemiyalı xəstə dispanser qeydiyyatında olub. Bunlardan 7 nəfəri ilkin talassemiyalı xəstədir. 2014-cü ildə insanın immun çatışmamazlıq xəstəliyinə yoluxmuşların aşkar olunması məqsədi ilə 2307 qan nümunəsi götürülərək QİÇS-ə görə müayinəyə göndərilmişdir. 5 nəfərdə xəstəlik aşkarlanıb. Keçən ildə rayon üzrə 1162 doğuş qeydə alınıb, ev doğuşuana ölümü olmayıb. Cərrahi şöbədə isə 210 cərrahiyyə əməliyyatı aparılıb. Cərrahi əməliyyatdan sonra ölüm halı baş verməyib.

Uşaqlar arasında profilaktik peyvəndlər təqvim planına uyğun aparılıb və ümumilikdə 1992 uşağa profilaktik peyvənd aparılıb.

Nəzərdə tutulmuşdur ki, 2015-ci il ərzində istər böyüklər, istərsə də uşaqlar arasında tibbi profilaktik müayinələr, ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bundan sonra da aparılacaqdır.

Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı görüləcək işlər də vardır. Rayon səhiyyəsində ixtisaslı mütəxəssis həkim kadrların olmaması, (LOR həkimi, həkim travmatoloq, həkim onkoloq, həkim dermatoveneroloq, həkim psixiatr, həkim psixo-narkoloq, həkim ftiziatrs.) eyni zamanda orta tibb işçisi personalının çatışmazlığı əhalinin lazımı səviyyədə mütəxəssis müayinəsindən keçirilməsinə, xəstəliklərin vaxtında aşkar olunmasına və qeydiyyata alınmasına mane olur.

Səhiyyə işinin rayon mərkəzində yüksək səviyyədə təşkil olunması üçün yeni bir korpusun tikilməsinə böyük ehtiyac var. Hazırda Ağacanlı və Tağılı Tibb Məntəqələri şəxsi evlərdə yerləşirlər. Kolanı və Kürçülü kəndlərindəki məntəqələr qəzalı vəziyyətdədir. Bu kəndlərdə tibb məntəqələri üçün yeni binaların tikilməsinə ehtiyac var.

GigiyenaEpidemiologiya Mərkəzinin fəaliyyətində bir qədər canlanma olsa da orada bəzi nöqsan və çatışmazlıqlar qalmaqdadır. Mərkəzin yeni binaya və ixtisaslı həkim kadrlara ciddi ehtiyacı var.

Üç nöqtə.- 2015.-  11 mart.- S.- 14