«Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır»

Əli Abbasov: “Bunun üçün neçə illərdir gedir

Dünən Bakıda Azərbaycan investisiya sammiti keçirilib. Tədbirin əsas təşkilatçısı olan “The Economist” jurnalının redaktoru Con Endryus dünyada regionda baş verən son prosesləri şərh edərək qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb. Azərbaycanın neft qiymətlərinin ucuzlaşmasından sarsılmadığını deyən Rabitə yüksək texnologiyaları naziri Əli Abbasov informasiya-kommunikasiya sahəsində görülən işlər barədə məlumat verib:  “Bu gün ixracımızın 93 faizi neft neft məhsullarından asılıdır. Hesab edirəm ki, biz bu asılılığı azaltmalıyıq. Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır. Bunun üçün neçə illərdir gedir”.

Azərbaycanın MDB ölkələri arasında lider olduğunu vurğulayan Əli Abbasov hazırda aktiv internet istifadəçilərinin sayının 72-73 faiz olduğunu bildirib:  Asiya ölkələri arasında isə lider ölkələrdən sayılır. Bizim əsas məqsədimiz telekommunikasiya sahəsində ən yeni texnologiyaların tətbiqidir. Gələcəkdə məqsədimiz odur ki, əhalinin 85 faizi yüksək sürətli internetdən istifadə edə bilsin. Bunu 2018-ci ilə kimi həll etməliyik. Bütün dünya neftdən asılılığını ləğv etməyə çalışır. Gələcəkdə ikinci peyki orbitə çıxarmaq məqsədlərimiz arasındadır. Azərbaycan 2012-ci ildə  41 milyon dollar İKT sahəsində mal istehsal edib”.

Nazir 8-10 ildən sonra ixrac potensialımızı neft asılılığından azaltmaq niyyətində olduqlarını da bildirib.

Sammitdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda təhsilin inkişafına dair strategiya ona əsasən hazırlanan fəaliyyət planı təhsilin inkişafına yönəlib artıq bununla bağlı müvafiq qurumlarla işlərə başlanılıb.

Onun fikrincə, təhsilin keyfiyyətini təmin edən təhsil verənin keyfiyyətidir: “Ona görə qarşımızda duran vəzifə müəllim peşəsini seçim peşəsinə çevirməkdir. Bu səbəbdən bu ilin yanvarında müəllimlərin maaşı artırıldı. Təxminən maaş artımı müəllimlərin 20 faizini əhatə edir. Bu rəqəmin artırılmasını planlaşdırırıq”.

İqtisadiyyat sənaye nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, son 10 ildə əhalinin gəlirləri 6 dəfə, minimum əmək haqqı 5 dəfədən çox artıb. Yoxsulluq səviyyəsi 40 faizdən çox idi, indi bu göstərici 5 faizə qədər enib.

O, qeyri-neft sektorundan danışaraq artıq onun neft sektorunu üstələdiyini nəzərə çatdırıb: “Sovet dövründən qalan infrastruktura böyük sərmayələr qoyulub. Paytaxt rayonlara böyük vəsaitlər ayrılıb. Azərbaycan beynəlxalq səviyyəli müsabiqələrə ev sahibliyi edib. Kosmosa çox məhdud sayda peyk çıxaran ölkələr sırasında yer almışıq. 2010-cu ildən qeyri-neft sektoru inkişaf etməyə başladı. Bu gün qeyri-neft sektorunun payı neft sektorunun payından çoxdur”.

Onun fikrincə, biznesin inkişafı üçün infrastruktur mövcud olmalıdır: “Bu gün Azərbaycanda ən yüksək tələblərə cavab verən turizm obyektləri tikilib. Müasir tələblərə cavab verən infrastrukturun yaradılması üçün savadlı kadrların da olması vacibdir. Hesab edirəm ki, xaricdə təhsil alan 2500-dən çox azərbaycanlı tələbə Azərbaycanın gələcəyi üçü xeyirli işlər görəcək”..

Üç nöqtə.- 2015.- 18 marta.- S.- 6