$a Uşaqların "Dərs" filmi... Müşfiq
Hətəmov:"Kino sahəsində ən çətin iş prosesi uşaqlarla işləməkdir"
Keçid dövrünün durğunluğundan sonra yenidən dirçəlməyə başlayan milli kinomuzun son layihələrindən biri uşaqlara həsr edilib.
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsal etdiyi bu bədii ekran əsəri Dərs adlanır.
Dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, redaktoru Ramiz Rövşəndir. Uşaqrollarında Bakı məktəbliləri Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və digərləri, böyük rollarında isə Nazim İbrahimov (Azərbaycan Yazıçılar Birliyinin sədrmüavini), Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları çəkiliblər.
Xatırladaq ki, Dərs yeni yüzildə uşaqlar üçün çəkilən ilk bədii filmdir. Məktəbli yeniyetmələrin həyatından bəhs edən filmin ideyası klassik kodekslərin inkarı üzərində deyil, yenihəyat, yeni dövr şərtlərinə uyğun davamı üzərində qurulub. Zamandan, dövrandan, coğrafiyadan asılı olmayaraq, uşaq hər yerdə, hər zaman uşaqdır və ona aşılanan insani-əxlaqi dəyərlər dəeynidir; dostluq, mərdlik, dürüstlük,çalışqanlıq, böyüklərə sayğı,şücaət,yurda sevgi... Dərsdə əsas planda uşağın cəmiyyətə adaptəsində mühüm rol oynayan dostluq və ünsiyyət xətti izlənir.
Filmin qəhrəmanı ziyalı ailədə tərbiyələnmiş nəcib, nümunəvi və iddiasız bir vunderkinddir. Adı Xalid olsa da, gonbulluğu üzündən sinif yoldaşları onu Begemot deyə çağırırlar.Zəmanənin təsiri ilə bir qədər də ulduz xəstəliyinə yoluxan bizim oğlan, bu sifətləri özünün malik olduğu gözəl keyfiyyətlərdə deyil, məktəbin ən yaxşı futbolçusu, yaxud bütün qızların kumiriolmaqda görür və bu səbəbdən Asiflə dostluğa can atır. Lakin bütün çabalarına, xeyirxahlıq və fədakarlığına rəğmən uzatdığı əl havada qalır, dost onu dolayır, istifadə edir, sonra da müəlliməxəbərçilik etməkdə suçlayaraq bütün sinfin gözündən salıb pisikdirir.
Təminatlı ailədən çıxmış vunderkind bu vəziyyətdə müharibə dövrünün uşaqlığından bəhs edən Şərikli çörək filmindəki yetim oğlana bənzəyir. Ailənin itmiş çörək kartoçkasını tapıbdükandan çörək payoku alan tifilə inanmayan məhəllə uşaqları onu oğru hesab edirlər. Lakin kino həyat qədər acımasız olmadığından, həm də tərbiyəvi məqsədləri hədəflədiyindən, hər ikifilmin sonunda uşaqların günahsız olduğu üzə çıxır və ədalət yerini alır.Uşaq təxəyyülünün harada başlayıb harada qurtardığı mübahisəli məsələdir. Mühüm olan uşağın qavraya biləcəyi formanı tapmaqdır.Görkəmli uşaq yazarı Korney Çukovskinin ifadəsiylədesək, uşaqlar üçün uğurlu və inandırıcı bir şey yaratmaq istəyirsənsə, uşağın çəkmələrini geyinməlisən. Bu prinsip gözlənildiyi təqdirdə, uşaqla istənilən janrda və istənilən məzmunda anlaşmaqmümkündür.
Sovet dönəmində çəkilmiş uşaq filmlərimiz bu baxımdan rəngarəngdir. İstər nağıl estetikasında (Sehrli xalat, Bir qalanın sirri, Qərib cinlər diyarında), istər realist üslubda çəkilmiş(Şərikli çörək, Qaraca qız, Ögey ana, Mən mahnı qoşuram, Asif, Vasif, Ağasif) maraqlı uşaq filmlərimiz var. Dərsin yaradıcıları da realizm mövqeyini tərcih etmişlər. Açıq, sınırsız, praqmatik dünyada yaşayan, valideynlərindən çox zəmanələrinə bənzəyən və ana bətnində dil öyrənən müasir uşaqları nağıl və əsatirlə, fantastik hekayətlərlə həyata hazırlamaqçətinləşdiyindən, filmdəki örnəklər bilavasitə, həyatın öz içindən alınıb.Obyektivə gətirilən olaylar o qədər həyati və tipikdir ki, məktəb həyatımızda bu və digər şəkildə hər birimiz iştirakçısıolmuşuq. Məsələn, dərsi pozaraq müəllimi məqsəddən yayındırmaq, hazırlıqsız şagirdə him-cimlə, gizlicə kitab tutmaqla yardım etmək, sözü bir yerə qoyub qaçmaq və ya sinfin liderlərinindiqtəsi ilə birisini boykot edib pisikdirmək kimi ağılsız şeylər. Belə kütləvi aksiyalar bəzən hətta hədəfə alınan uşağın məktəbdən getməsinə, xəstələnib yatağa düşməsinə qədər yoğunlayır.Dərsin qəhrəmanı yatağa düşsə də, müvazinətini itirmir və bu işdə babası ona mənəvi dayaq olur.
Baba filmdə keçmişi təmsil edən, amma mühafizəkarlıqdan uzaq olan praqmatik bir düşüncə sahibidir. Özü alim olsa da, nəvəsinə dərsini yaxşı oxu, gələcəkdə böyük adam ol və bu kimiənənəvi öyüdlər verdiyini eşitmirik ondan. Çalış, doğru bildiyin şəkildə yaşa, doğru bildiyini et- babanın nəvəyə təlqin etmək istədiyi amal budur. Xalidin məktəbin ulduzuyla dost olmaq çabalarıda baba tərəfindən təqdir olunmur: Sən niyə məhz Asiflə dost olmaq istəyirsən ki? Məgər başqaları dostluğa layiq deyil? Çalış, özünə, ürəyinə xilaf çıxma və elə et ki, qoy səninlə dostluğa canatsınlar. Misallardan da göründüyü kimi, baba canfəşanlıqla repetitorluq etmək iddiasında deyil, sadəcə, gərəkəndə təcrübəli, bilgəbir məsləhətçi kimi nəvəsinin yanında olur. Doğrudur, Sovetdövrünün uşaqlığı barədə söhbət edərkən,
o, bir qədər nəsihətçi təsir bağışlayır, amma diqqət edərkən babanın bunu ancaq bilgiləndirmək məqsədi ilə etdiyini görürük. 13-14 yaş uşağınyeniyetməlik dövrünə təzəcə qədəm basdığı, həyatının qərarını özü vermək və sərbəst olmaq havası ilə yaşadığı çox həssas bir dönəm olduğundan, filmin yaradıcıları babanı mümkün qədərliberal, müşahidəçi mövqedən təqdim etməklə, pafosdan, ritorik intonasiyalardan qaçmışlar.
Dərsi nə Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Tofiq İsmayılov, Həbib İsmayılov kimi tanınmış rejissorlar çəkib, nə də rollarda İsmayıl Osmanlı, Nəcibə Məlikova, HəsənTurabov, Amalya Pənahova kimi aktyorlar oynayır. İstər ssenari və rejissura, istərsə də oyunçu qrupu baxımından Dərs demək olar ki, bir debut filmidir və onun amacı uşaqların fonundakristal Sovet müəllimi (Bizim Cəbiş müəllim), yaxud, nəcib bir ana obrazı (Ögey ana) yaratmaq olmayıb, sırf uşaqlara və onların dünyasını açmağa xidmət edir. Bu səbəbdən, filmdənisbətən çox görünən baba və Nəsibə müəllimə də daxil, böyüklərə ayrılan bütün rollar epizodik səciyyəlidir.
Dərsin uğurları kimi, kəsirləri barədə, məsələn, bədii filmdə publisistik intonasiyanın güclü olması, rolların səsləndirilməsinə diqqətsizlik və sair məqamlar üzərində də xeyli dayanmaqolar. Amma indiki şəraitdə kəskin tənqidə ehtiyac görmürük. Çünki bu, yuxarıda qeyd etdiyimiz kimi, həm bir debüt filmi, həm də parlaq kino ənənələrimizin qırıldığı, uzun boşluqdan sonrakıözünəqayıdış təşəbbüslərindən biri olduğu üçün metodologiya və platforfa təqdimatına da, bədiiestetik plankaya da bu şərtlər daxilin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk dövlət başçısına gəlincə ilk dekreti uşaqlar barədə verib, parlamentdə ilk qanunda onlar haqqında çıxarılıb. Keçmiş SSRİ-dəLenin mükafatı təsis olunanda ilk mükafatları Korney Çukovski, Marşak,
Sergey Mixalkov kimi uşaq yazarlarına veriblər. Bütün dünyada uşaq təfəkkürünə ötürülən hər sözün, hərinformasiyanın üzərində pedaqoqlar, psixoloqlar, sosioloq və filosoflar işləyir. Çünki o informasiyalar uşaqların beynində kodlaşmaqla onların gələcək həyat tərzinə,yol, mövqe seçiminə,nəhayət, bəşəriyyətin taleyinə təsir göstərir.Uşaqların tərbiyəsində sənətin də çox böyük rolu olduğundan, balaca varlıqlar üçün yazılan, çəkilən hər şey böyük fəlsəfi əsaslara, tərbiyəviməqsədlərə söykənməlidir. Amma elə etməliyik ki, uşaq onu anlayıb, idrak edə bilsin. Qısaca, başını yerində saxlayıb,ürəyini uşaq ürəyi kimi qurmaq və görülən işləri sol əllə deyil, sağ əlləgörmək lazımdır.