Azərbaycan sənayenin
sürətli inkişafı üçün
güclü potensial var
Azərbaycan iqtisadi artım tempini qoruyub saxlaya bilib. Bu olduqca vacib məqamdır.
Çünki qlobal çətinliklər
var, region ölkələrin
əksəriyyətində iqtisadi artıma nail olmaqda problemlər var. Bütün bunların fonunda Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanması kifayət qədər pozitiv hal kimi qiymətləndirilməlidir.
Doqquz ayda Azərbaycan iqtisadiyyatı
3,7 faiz artıb.
Nəzərə alsaq ki, bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir.
Ümumiyyətlə, bu gün bölgədə gedən
proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə
ki, istər-istəməz
bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. «Ondan
əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı
düşməsi - 100 dollardan
50 dollara, ondan da aşağı səviyyəyə düşməsi,
əlbəttə ki, bizim gəlirlərimizə
mənfi təsir göstərib. Ancaq buna baxmayaraq,
aparılan islahatlar nəticəsində Azərbaycan
iqtisadiyyatı inkişaf
edir. Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən
gözəl göstəricidir.
Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən
çox artıb və bu da
dediyim kimi aparılan islahatların nəticəsidir. Sənaye
istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artıb. Bu da
çox müsbət
göstəricidir və
onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti
uğurla icra edilir. Bir neçə il
bundan əvvəl qarşıya qoyduğumuz
vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı
ilə bağlı olacaqdır. Ona görə,
qeyri-neft sənayesinin
10 faizdən çox artması, əlbəttə
ki, bizi həm sevindirir, həm də daha da ruhlandırır.
Biz bu yolla
getməliyik və sənayenin inkişafının
stimullaşdırılması üçün əlavə
tədbirlər görüləcəkdir.
Bu barədə bir qədər sonra danışacağıq»,
Prezident İlham Əliyev deyib.
Bu il “Kənd
təsərrüfatı ili”
elan edilib. “Kənd təsərrüfatı
ili”ndə isə kənd təsərrüfatı
6,7 faiz artıb.
Ölkədə aparılan islahatlar,
eyni zamanda, dövlət tərəfindən
fermerlərə verilən
dəstək, subsidiyalar,
texnika təminatı və bütövlükdə
dövlət siyasəti,
bax, bu vəziyyəti
yaradır. İri fermer
təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq
sahəsində, böyük
dönüşə səbəb
olub. Azərbaycanda
inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz
artıb. Beləliklə,
hər il
olduğu kimi, əhalinin gəlirləri
inflyasiyanı üstələyir.
Bu da o deməkdir
ki, əhalinin real gəlirləri ildən-ilə
artır. Baxmayaraq
ki, bu il həm ölkə, həm bölgə üçün
ağır il olaraq qalır.
Ölkə iqtisadiyyatına bütün
mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili,
7 milyardı xarici sərmayədir. Bu da çox gözəl
göstəricidir. «Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı
yaşanır. Bir çox
ölkələr öz
ölkələrinə daha
çox investisiyalar cəlb etmək üçün çalışırlar
və o cümlədən
Azərbaycan. Biz əsas vəsaitimizi ölkəmizə qoyuruq.
Eyni zamanda, xarici investorlar üçün
də Azərbaycan cəlbedici ölkə kimi tanınır.
Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da
yaxşılaşdıraq və
bu sahədə əlavə tədbirlər
görüləcəkdir»,-
Prezident deyib.
Göründüyü kimi bu uğurlar sadəcə neftin dünya bazarındakı qiymətinin
aşağı düşməsi
fonunda baş vermir, bu eyni
zamanda əsas hissə ticarət tərəfdaşlarımızda müşahidə edilən
çətinliklər fonunda
baş verir. Azərbaycan qlobal iqtisadi çətinliklərə və
eləcədə regiondakı
problemlərə, neftin
dünya bazarındakı
qiymətinin azalmalarına
baxmayaraq iqtisadi artım tempini qoruyub saxlaya bilib. Xüsusilə qeyri-neft sektorunda
əldə olunan uğurlar sevindiricidir.
Bu sahə neft
sektorunda geriləməni
kompensasiya edə bilər.
Qeyd edək
ki. Azərbaycanda dayanıqlı
inkişaf istiqamətlərini
müəyyən edən
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının əsas
hədəflərindən biri
qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı
və adambaşına
düşən qeyri-neft
ixracının artırılmasıdır.
Bu gün Azərbaycan
sənayenin sürətli
inkişafı üçün
güclü potensiala və bu sahədə
zəngin ənənələrə
malikdir. Hələ 19-cu əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız
neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaradıb. Azərbaycanda sənayeləşmə siyasətinin əsası isə ötən əsrin 70-80-ci illərində
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub
və məhz onun müstəsna xidmətləri sayəsində
güclü sənaye
potensialı formalaşdırılıb.
Bu dövrdə neft maşınqayırması kompleksi,
Dərin Özüllər,
məişət kondisionerləri,
radio-quraşdırma, elektron-hesablama
maşınları zavodları
və digər iri müəssisələr
nəinki respublikanın,
hətta keçmiş
SSRİ-nin bu sənaye məhsullarına
olan tələbatının
böyük hissəsini
ödəyir, həmçinin
bir çox xarici ölkələrə
ixrac olunurdu. Bununla yanaşı, neft sənayesi üçün
mütəxəssislərin hazırlanmasında Azərbaycan
dünyada tanınmış
mərkəzlərdən biri
idi.
Müstəqilliyin ilk illərində “Əsrin
müqaviləsi”nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurlu
və düşünülmüş
neft strategiyasının
həyata keçirilməsi
neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan verib. Eyni zamanda, “Əsrin
müqaviləsi” neft-qaz
və onunla əlaqəli sahələrdə
yüksək ixtisaslı
mütəxəssislərin formalaşmasına, sənayenin
kadr təminatının
yaxşılaşmasına zəmin yaratdı.
Təbii ki, neftdən kənar sektorların inkişafı olduqca vacibdir. Cənab prezidentin də
qeyd etdiyi kimi Azərbaycan artıq neft sektorunu unutmalıdır və qeyri-neft sektoru üzərində iqtisadiyyat qurmalıdır.
Qeyri- neft sektoru hesabına
iqtisadiyyatın qurulması
riskləri azaldır.
İqtisadi diverfikasiya
bir mənalı şəkildə həm neftin dünya bazarında artıb azalması,həm də iqtisadiyyatın daha dayanıqlı inkişafı üçün
zəmin yaradır. Atrıq turizm, aqrar sektor,
informasiya texnologiyası,
eləcədə yeyinti
səneyisi, yüngül
səneyi prioritet sektorlar olaraq dəstəklənir. Lisenziyanın verilməsi qaydaları sadələşdirilib, əsassız
yoxlamaların isə qarşısı alınıb.
Sözsüz bütün
bunlar həm iqtisadi liberallaşmanın
coğrafiyasının genişləndirilməsinə
gətirib çıxaracaq,həm də artıq azad şəkildəsahibkarlığıninkişafı
üçün bir zəmin formalaşacaq. O baxımdan iqtisadi diverfikasiyanın sürətlənməsi
və neftdən asılığın mərhələli
şəkildə aradan
qaldırılması üçün
sössüz elektronlaşmayla
bağlı, ASAN xidmətin
səlahiyyətlərinin və
xidmətinn genişləndirilməsi
ilə bağlı addımların atılması
və bu istiqamətdə islahatların
genişləndirilməsi çox
vacib idi. Çünki,bütün bunlar imkan verəcək
ki, qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının kəskin artımına
nail olmaq mümkün
olsun və bütün bunlar imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı
şəkildə və
xarici faktorlardan sığorta olunmuş formada inkişaf etsin. Sahibkarlıq subyektləri artsın və ölkə
iqtisadiyyatında onların
payı artsın. Bu, təbii ki,
ölkə iqtisadiyyatının
uzun müddətli iqtisadi inkişafı üçün ciddi bir zəmin formalaşdırır.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
həyata keçirilən
uzaqgörən siyasətin
nəticəsi olaraq
son 10 ildə ölkədə
sənayenin inkişafı
yeni mərhələyə
qədəm qoyub. Əənayenin modernləşdirilməsi və
müasir tələblərə
cavab verən rəqabət qabiliyyətli
sənayenin yaradılması
tədbirləri real nəticələr
verib. Belə ki, son 10 il ərzində
Sumqayıt Texnologiyalar
Parkı, Naxçıvan
avtomobil, bərk məişət tullantılarının
yandırılması, Qaradağ
metal konstruksiyalar, Gədəbəy
qızıl-mis emalı,
Gəncə alüminium,
Mingəçevir elektron
avadanlıqları zavodları,
Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi,
Qəbələ piano, “M-Line”, AZMDF,
“EMBAWOOD” mebel fabrikləri,
İmişli şəkər,
Masazır duz zavodları, Qəbələ
və Xaçmazda konserv, Ağcabədi süd məhsulları, Oğuz qarğıdalı
emalı və qlükoza istehsalı müəssisələri, eləcə
də energetika, maşınqayırma, qida,
məişət cihazları,
tikinti materialları və digər sahələrdə yüzlərlə
müasir sənaye müəssisəsi istifadəyə
verilib.
Üç noqtə.- 2015.- 25 noyabr.- S.- 9