Sahibkarlara "ASAN xidmət"
vasitəsilə lisenziyalar
verilib
İqtisadi inkişaf modelinin
ən səciyyəvi
cəhətlərindən biri
qeyri-neft sektorunun üstün inkişafının
təmin olunması və yerli istehsalın
güclü şəkildə
təşviq edilməsi
ilə bağlıdır
Xüsusi
razılıq (lisenziya)
tələb olunan növlərinin sayının
azaldılması, xüsusi
razılıq (lisenziya)
verilməsi prosedurlarının
sadələşdirilməsi və şəffaflığının
təmin edilməsi haqqında” fərmanına
uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı
şəhərində və
ölkə regionlarında
“ASAN xidmət” mərkəzləri
vasitəsilə lisenziyaların
verilməsi davam etdirilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bərdədəki
“ASAN xidmət” mərkəzində
və Bakıda 5 saylı “ASAN xidmət” mərkəzində baytarlıq
preparatlarının, etil
(yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün
məmulatlarının satışı,
qiymətli metalların
və qiymətli daşların emalı və istifadəsi, avtomobil nəqliyyatı ilə şəhərlərarası
(rayonlararası) müntəzəm
sərnişin daşımaları
sahəsində fəaliyyət
göstərən sahibkarlara
lisenziyalar təqdim edilib.
Xüsusi
razılığın (lisenziya)
alınması üçün
müraciətlərinə qısa müddət ərzində baxılması,
lisenziyaların “ASAN xidmət”
mərkəzləri vasitəsilə
verilməsi, inzibati prosedurların sadələşdirilməsi
və şəffaflığın
təmin edilməsindən
razılıq edən
sahibkarlar yaradılmış
şəraitə, göstərilən
böyük diqqət
və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını
bildirıblər. Bununla yanaşı
sahibkarların maarifləndirilməsi
davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin
(İSN) mətbuat xidməti məlumat verir ki, Bakı Biznes
Tədris Mərkəzi
tərəfindən sahibkarlar
və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün
növbəti treninqlər
Sabirabad, İmişli
və Cəlilabadda keçirilib. “Biznes planların və investisiya layihələrinin
hazırlanması”, “Biznesin
əsasları, təşkili
və idarə edilməsi”, “Mövcud və yeni ixrac
bazarlarına çıxış
imkanları”, “Kənd
təsərrüfatında sahibkarlıq fəaliyyətinin
sığortalanması”, “Kənd
təsərrüfatında logistikanın tətbiqi” mövzularında təşkil
edilmiş treninqlərdə
iştirakçılara biznesdə
risklərin azaldılması
yolları, sığortanın
əhəmiyyəti və
zəruriliyi, bu sahədə mövcud qanunvericilik, logistika və onun növləri,
logistik idarəetmə,
logistik mərkəzlərin
yaradılması, biznes
ideyanın yaradılması
və biznes planın tərtib edilməsi, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri
və s. barədə
geniş məlumat verilib. Bundan başqa, tədbirlərdə
İSN tərəfindən göstərilən elektron
xidmətlər barədə
məlumat iştirakçıların
diqqətinə çatdırılıb.
Sonda mövzular üzrə təqdimatlar keçirilib,
iştirakçılara Bakı
Biznes Tədris Mərkəzi tərəfindən
hazırlanmış metodiki
vəsaitlər paylanmış,
onları maraqlandıran
suallar cavablandırılıb.
Görülən tədbirlər ölkədə
qeyri-neft sektorunun daha sürətlə inkişafı və onun ümumi daxili məhsulda payının artırılmasına
xidmət edir. Bu dünyada müşahidə
edilən sosial-iqtisadi
böhran fonunda çox önəmlidir.
«Son illərdə dünyada
müşahidə edilən
sosial-iqtisadi böhranlar,
siyasi kataklizmlər milli dövlətlərin qarşısına yeni çağırışlar qoyub,
ələlxüsus da
ölkələrin iqtisadi
təhlükəsizliyinin təmin
olunması məsələsi
daha da aktuallaşıb. Təbii ki,
beynəlxalq birliyə
sıx inteqrasiya edən Azərbaycan da yeni hədəflər
müəyyənləşdirib». Bu fikirləri Milli
Məclisin deputatı
İlham Məmmədov
deyib.
İ.Məmmədov bildirib ki, ölkəmizin
dünyada yaşanan qlobal çətinliklərin
fonunda öz təhlükəsizliyini təmin
etmək üçün
ilk növbədə daxili
resurslara istinad edir. Onun sözlərinə görə, iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri
isə respublikada qeyri-neft sektorunun üstün inkişafının
təmin olunması və yerli istehsalın
güclü şəkildə
təşviq edilməsi
ilə bağlıdır.
«Əlamətdar haldır
ki, ölkəmizdə
qeyri-neft sektorunun genişlənməsi ildən-ilə
daha dinamik hal alır. Bunu 2015-ci ilin
arxada qalan 9 ayının statistik göstəriciləri bir daha təsdiqləyir.
Belə ki, cari ilin
9 ayı ərzində
qeyri-neft sektorunda artım 6 faizdən çox olub. Hazırda respublikamızda sərmayə
qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları,
kənd təsərrüfatı,
qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr
əsas götürülür.
Bu da qeyri-neft
sektorunun inkişafının
göstəricisidir»- deyə,
İ.Məmmədov qeyd
edib.
Qeyri- neft sektorunun inkişafında banklar da daha fəal iştirak etmək niyyətindədir.
Azərbaycanda fəaliyyət göstərən
bank təşkilatları öz
strategiyalarına yenidən
baxıb dəyişiklik
edəcək. Bunu Azərbaycan Banklar
Assosiasiyasının (ABA) prezidenti
Zakir Nuriyev bildirib. "Banklar iqtisadi inkişafın hər bir mərhələsində
öz strategiyalarına
yenidən baxır və dəyişiklik edir. Hazırkı dövrədək, bankların strategiyası böyük neft gəlirləri, yüksək
iqtisadi inkişaf templəri üzərində
qurulmuşdur. Bu gün
iqtisadi proseslər, qonşu ölkələrdəki
böhran Azərbaycana
da təsir edir və banklar
2016-cı il və qarşıdakı dövr üçün strategiyalarına yenidən
baxır və dəyişiklik aparır",
- deyə Z.Nuriyev qeyd edib.
"Mərkəzi Bankla
görüşümüz də məhz yeni mərhələ üçün strategiyanın
hazırlanması üzrə
məshətləşmələrdən ibarət olub. Hesab edirik
ki, digər iqtisadi bloku əhatə edən müvafiq nazirlik və komitələrlə
görüşləri davam
etdirəcəyik ki, banklar özlərinin yeni strategiyalarında yenilikləri nəzərə
alsın. Strateji
planlar daha uzunmüddətli dövr üçün hazırlanır,
lakin taktiki planlar hər il üçün ayrılıqda müəyyən
edilir və təsdiqlənir", - deyə
ABA başçısı əlavə
edib.
Z.Nuriyev
dəyişiklərdə əsasən
kiçik və orta sahibkarlığın
malyyələşdirilməsinə diqqətin artırılması,
xərclərin optimallaşfırılması
və s. aspektlər əksini tapır. "Əsas dəyişikliklərə
məsuliyyətli kreditləşmə,
kredit faizləri,
2015-ci il ərzində
Mərkəzi Bankın
faizlərin aşağı
endirilməsi ilə bağlı təkliflərindən
irəli gələn gəlirliliyin azalmasından
doğan proseslər aiddir. Kiçik və orta biznes, habelə korporativ sektorun maliyyələşdirilməsi prioritet
kimi nəzərə alınmalıdır. Həmçinin, istehlak kreditlərindən
kiçik bə orta biznesin maliyyələşməsinə
keçid müddəası
əksini tapacaq.
Eyni zamanda, gəlirliyin aşağı
düşməsi ilə
əlaqədar xərclərin
optimallaşdırılması, korporativ strategiyanın daha dərin tətbiqi nəzərə
tutulur", - deyə Assosiasiya rəhbəri bildirib.
Beləliklə, banklar öz vəsaitləri ilə ölkədə kiçik
və orta sahibkarlığın maliyyə
vəsaitlərinə çıxışını
təmin etmək üçün yaxından
iştirak edəcək Kiçik və orta sahibkarlığın
inkişafı Azərbaycan
iqtisadiyyatında aparıcı
sahələrdən birinə
çevriləcək. Yeni
iş yerlərinin açılmasında, əhalinin işlə
təminatında önəmli
rol oynayacaq.
Bu arada qeyd edim ki, İqtisadiyyat
və Sənaye Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu (SKMF) sahibkarlığın
güzəştli kreditləşdirilməsini
uğurla davam etdirir. SKMF-nin icraçı
direktoru Şirzad Abdullayev qeyd edib ki, cari
ilin ötən dövrü ərzində
4 287 sahibkara 159,7 mln. manat
güzəştli kredit
verilib. Bu kreditlər prioritet hesab olunan ixtisaslaşdırılmış
"yaşıl market", cins heyvandarlıq, intensiv bağçılıq
və tərəvəzçilik
təsərrüfatlarının, meyvə-tərəvəz emalı,
meyvəqurutma, pendir, ketçup, mayonez və xardal sousu, eləcə də üzlük daşların istehsalı
müəssisələrinin yaradılmasına yönəldilib.
Bu kreditlərdən istifadə
etməklə investisiya
layihələrinin reallaşdırılması
9 900-dən çox yeni
iş yerinin yaradılmasına imkan verir.
Üç nöqtə.- 2015.- 27 noyabr.- S.- 9