İnvestisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit
verilib
Maliyyələşdirilmiş
müəssisələrdən 115-i istifadəyə verilib, 17-i üzrə işlər davam etdirilir
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Noyabrın 26-da Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunun Lökbatan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Qaradağda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
130-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, "yaşıl market", logistik mərkəzlər, metal konstruksiya, mebel, neft-kimya sənayesi avadanlıqları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 115-i istifadəyə verilib, 17-i üzrə işlər davam etdirilir. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaqdır.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 10,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış neft-kimya sənayesi avadanlıqları istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi potensialını daha da artıracaq. Qaradağ rayonunda qeyri-neft sektorunun inkişhafı istiqamətində də ardıcıl işlər görülür. Unutmaq olmaz ki, daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün bundan sonra da sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcək. «Dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək». Bu sözləri Prezident İlham Əliyev Qaradağ rayonunda olarkən deyib.
Qeyd edək ki,
sahibkarların maliyyələşməsində banklar da yaxından iştirak edir. Onların ölkə
iqtisadiyyatına sərfəli
şərtlərlə sərmayə yatırması müsbət
haldır. Hazırda Qaradağ rayonu ölkənin
ən iri sənaye mərkəzlərindən
biridir. Rayonun ərazisində
90, o cümlədən 22 iri
sənaye müəssisələri fəaliyyət göstərir.
Ümumiyyətlə rayonun iqtisadi və sənaye inkişafı sürətli
gedir. Qaradağ rayonu Azərbaycanın güclü
sənaye mərkəzinə çevrilir.
Burada yaradılan müəssisələr
və tikilməkdə olan zavodlar
rayonun iqtisadi gücünü artıracaq, yeni
iş yerlərinin açılmasına gətirib
çıxaracaq. Rayonun bu
sürətli inkişafını nəzərə alaraq böyük elektrik stansiyası tikilib
istifadəyə verilib. Modul
tipli Səngəçal elektrik
stansiyasının istehsal gücü
300 meqavata bərabərdir. Yəni, bu, gələcəyə atılmış bir addımdır. Çünki
burada yaradılacaq yeni
sənaye müəssisələri əlavə elektrik enerjisi tələb
edəcəkdir. Aydındır ki,
görülən işlər rayonun iqtisadi göstəricilərində də özünü göstərir. Qaradağ Rayon İcra Hakimiyyətindən
verilən məlumata görə, ötən doqquz
ayın yekunlarına əsasən rayon
üzrə 491808,6 min manatlıq sənaye
məhsulu istehsal edilib,
sosial və iqtisadi sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına 95495 min manat
investisiyadan istifadə olunub.
Rayon sənayesində
qeyri dövlət müəssisələri
tərəfindən 233925,8 min manatlıq,
dövlət müəssisələri tərəfindən isə
257876 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər
göstərilib. İstehlakçılara 552470,3 min manatlıq mal göndərilib,
neft və qaz sənayesi
müəssisələrində 396,8 min ton xam neft
və 375,9 milyon kub metr təbii qaz hasil olunub. Qaradağ rayonu üzrə 1423,7 min ton sement, 80,7 min ton mişar daşı istehsal edilib. Ötən dövr ərzində rabitə xidmətlərinin
həcmi 1794,2 min manat olub. Pərakəndə
əmtəə dövriyyəsi
2056931,2 min manat, əhaliyə göstərilən
pullu xidmətlər isə 92800,0 min manat olub. 2015-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatında
fəaliyyət göstərən
müəssisələr tərəfindən
16907,4 min manatlıq xidmətlər göstərilib.
Bu rəqəmlər onu
deməyə əsas verir ki, Qaradağ
rayonunda həyata keçirilən tədbirlər
müsbət nəticəsini
verir və yeni sənaye müəssisələrinin yaradılması
və əvvəlkilərin
müasir texnologiya əsasında qurulması ölkəmizin
iqtisadi gücünü
artırır və əhalinin həyat şəraitinin yaxşılaşmasına
xidmət edir.
Üç nöqtə.- 2015.- 29 noyabr.- S.9