Parisdə Azərbaycan
musiqiçilərinin iştirakı ilə konsert
keçirilib
Fransanın paytaxtı Paris şəhərində Heydər Əliyev Fondunun təşkilatı dəstəyilə Avropanın ən məşhur konsert salonlarından biri olan “Elisey Teatrında” (Theatre des Champs Elysees) Azərbaycan və Fransa musiqiçilərinin iştirakı ilə təntənəli konsert keçirilmişdir. Konsert eyni zamanda “İpək və Alov” Musiqi Festivalının açılışına həsr olunmuşdur. Gecənin açılışında Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Elçin Əmirbəyov və Musiqi Festivalının bədii rəhbəri tanınmış bəstəkar Pyer Tilua çıxış etmişlər. Rəsmi hissədən sonda Fransanın ən qədim musiqi kollektivi olan – “Lamürö” (Lamoureux) simfonik orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınını dirijoru, Prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi altında rəngarəng proqramla çıxış etmişdir. Konsertdə Azərbaycanın tanınmış musiqiçiləri Xalq artisti Murad Hüseynov (fortepiano), beynəlxalq müsabiqələr laureatları Səbinə Rakçeyeva (skripka), Nəzrin Rəşidova (skripka), Emil Əfrasiyab (fortepiano), Əməkdar artistlər Elşən Mənsurov (kamança) və Malik Mənsurov (tar) iştirak etmişlər. “Lamürö” simfonik orkestri və dirijor Əyyub Quliyevin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Üvertura, Qara Qarayevin “Yeddi gözəl” baletindən Süita, Paul Dyükanın “Sorcerer’s Apprentice” fantastik skertso səslənmişdir. İnstrumental əsərlər sırasında
Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano
və orkestr üçün
“Ərəb mövzularında konserti” (solist Murad Hüseynov),
Vaqif Mustafazadənin Fortepiano
və orkestr üçün
konserti (solist Emil Əfrasiyab), Hacı Xanməmmədovun Kamança və orkestr üçün konserti
(solistlər Elşən və Malik Mənsurovlar)
dinləyicilər tərəfindən böyük maraqla
qarşılanmışdır. Hər bir
əsərdən sonra dinləyicilərin
alqışları altında ifaçılar əlavə olaraq yeni əsərlər
ifa etmişlər. Proqramın
sonunda isə tanınmış fransız
bəstəkarı Pyer Tiluanın
10-cü Simfoniyası “Exil” dünya premyerası keçirilmışdir.
Əsərin ifasında 100-dən artıq musiqiçi
– 4 solist (tar, kamança və 2 skripka),
böyük simfonik orkestr və Elektronik qrup “Chords” iştirak
etmişlər. Əsərin ifasında sonra
tamaşaçılar musiqiçiləri və bəstəkar
P.Tiluanı dəfələrlə səhnəyə dəvət
etmişlər. Qeyd etmək
lazımdır ki, “İpək və Alov” beynəlxalq musiqi
festivalı Heydər Əliyev Fondunun dəstəyilə
sentyabrın 19-dək Fransanın Paris və
Mülyuz şəhərlərində davam edəcəkdir.
Üç
nöqtə.- 2015.- 17 sentyabr.- S.- 13