Azərbaycançılıq xalqın kimliyini
əks etdirən təfəkkür, adət və inanclar sistemidir
Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur
Azərbaycançılıq ölkəmizin tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Dövlət siyasətinin strategiyası olan azərbaycançılıq dolğun ideologiyanın bütün keyfiyyətlərini qazanır. Azərbaycan xalqının bu günü və gələcəyinin qavranılması və qiymətləndirilməsini müəyyən edir.
Xalqın həyatının
təşkilinin ali forması,
fundamental antropoloji təsisat
dövlətdir. Məhz buna
görə də dövlətçilikdən məhrum
olmuş xalqlar dünya tarixinin səhnəsindən siliniblər.
Ümumiyyətlə, xalqın öz
dövlətçiliyinə münasibəti barədə
rəylərin dairəsi
kifayət qədər
genişdir və öz dövlətçiliyinə
görə qürur hissindən və dövlət atributlarına
çox böyük hörmətdən tutmuş,
"xalqın öz hökumətlərini tənqid
etməsindən xoşu
gəlir" kimi bizim günlərədək
mənasını itirməyən
qədim Roma deyiminədək
ən müxtəlif variantlarda özünü
göstərir. Bəzi tədqiqatçılar
milli dövlət ideyasını beynəlxalq
münasibətlərin hakim konsepsiyasına qurban verərək bu ideyanı tarixin arxivinə göndərməyə
nə qədər tələssələr də,
əslində, biz milli
dövlət modelinin müəyyən modifikasiyası
ilə qarşılaşırıq.
Hər bir dövlətin hər bir vətəndaşına
aydın olmalıdır
ki, beynəlxalq münasibətlərin təşəkkül
tapmış müasir
sisteminin əsasını
suveren dövlətlər
təşkil edir.
Milli dövlət öz suverenliyini qorumağa, milli rifahın maksimum səviyyəyə çatmasına
nail olmağa çalışır
və s. Məhz belə qavrama prizmasından yanaşaraq vurğulamaq lazımdır
ki, müasir Azərbaycan dövləti
öz vətəndaşlarının
təhlükəsizliyini təmin
etməyə və onların sosial rifahına təminat verməyə qadirdir. Milli ideologiya tipi kimi azərbaycançılığın
aşağıdakı şərtləri
var: maarifçilik yolu ilə inandırma,
tarixi əsaslandırma,
təşkilatlandırma, istiqamətləndirmə
və yenini yaratma. Qeyd edək ki, ideologiya cəmiyyətdə
milli birliyi və ümumxalq münasibətlərini qorumaq,
millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın
milli-mənəvi varlığının
ilkin əlamətlərindəndir;
xalqın kimliyini əks etdirən təfəkkür, adət
və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının
əsas atributlarıdır.
Azərbaycançılığın çağdaş dövlətçiliyə
tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan
əhalisində dövlətçilik
duyğusunu gücləndirdi,
dövlətə hörmət
hissi formalaşdırmağa
nail oldu. Xüsusilə, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan
sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq
məfkurəsi işığında
dünyaya tanıtmaq üçün konsepsiyaların
əsasını qoydu.
Məhz H.Əliyevin sayəsində
azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi
kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində
Azərbaycan dövləti
çağdaş dünya
inteqrasiyasında beynəlxalq
diqqət mərkəzinə
keçdi, sivil dövlət nümunəsi
kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu. Heydər Əliyev azərbaycançılıq
ideologiyasını Azərbaycan
dövlətinin ana xətlərindən birinə
çevirərkən ilk növbədə
tarix boyu əldə edilmiş zəngin təcrübədən
məharətlə və
uzaqgörən bir strateq kimi istifadə
edib. Bu baxımdan,
Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi
naminə göstərdiyi
tarixi xidmətdir.
Məhz,
azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn
təhdidlərin, ölkəmizi
etnik bölücülük
əsasında parçalamaq
cəhdlərinin qarşısında
güclü ideoloji və siyasi sipər olub. Çünki azərbaycançılıq bizim keçmişimizdən
gələn dəyər
olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə
bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının
tarixi təcrübəsidir.
Unutdmaq olmaz ki, azərbaycançılıq
güclü dövlət
hakimiyyətinin və
möhkəm milli intizamın, milli maraqların və milli özünüdərkin
olmasını istəyir.
O, ən müxtəlif
sosial təbəqələrdə
həmrəylik axtarır,
daimi, lakin mötədil, millətin və dövlətin real imkanlarından irəli gələn reformizmi təbliğ edir. "Azərbaycançılıq ideyasının
dərk olunmasının
əsasında Azərbaycan
millətinin tarixi, mənəvi-əxlaqi və
mədəni ənənələri
zəminində birlik ideyası durur və bu, nəinki
indi, həm də uzaq gələcəkdə
azərbaycanlıların təkcə
bir yox, bir çox nəsillərinə xidmət
edəcəkdir və
müstəqillik və
milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının
ayrılmaz atributlarına
çevriləcəkdir. Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik.
Xalqın məhz çox böyük potensial ehtiyatlarının
və ölkəni tərəqqiyə, firavanlığa
doğru aparmağa qadir siyasi elitanın
olması onu göstərir ki, neokonservatizmin milli forması kimi azərbaycançılıq Azərbaycan
dövlətçiliyi tarixinin
yaxın gələcəyi
ərzində milli ideologiyanın əsası
olaraq qalacaqdır",- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri,
akademik Ramiz Mehdiyev deyib.
Ümummilli lider Heydər Əliyevin özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində
bütövlükdə Azərbaycan
danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin
tarixi-nəzəri ənənələr,
iş üsulları ləyaqətlə qorunub saxlanılır. Heydər Əliyev öz
çıxışlarında bir vacib məqamı
hər zaman diqqətə çatdırıb
ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə
olması bizim böyük sərvətimizdir.
Bu baxımdan azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların,
mədəniyyətlərin, ənənələrin, konfessiyaların
üzvi şəkildə
vəhdəti təşkil
edir. Azərbaycançılıq keçmiş tarixi
dövrlərin mifologiyasını,
mədəni kodlarını
və rəmzlərini
mənimsəyərək onlardan
yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək
üçün istifadə
edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü həm
də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin
siyasəti ilə birləşdirməyə və
xalqın milli-mədəni
eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə
mənsubluq hissi həyatın özünə
də məna verir və onun
əhəmiyyətini müəyyən
edir, qarşılıqlı
məsuliyyət və
ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq
və qəriblik hissini aradan qaldırmağa kömək
göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır.
"Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür.
Azərbaycanın ən başlıca
sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan,
öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır.
Biz bunu qiymətləndiririk
və saxlayacağıq.
Dövlət, ölkə nə
qədər çox xalqı birləşdirsə,
bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya
mədəniyyətinə və
sivilizasiyasına öz
töhfəsini verir.
Azərbaycan onun ərazisində
yaşayan bütün
millət və xalqların ümumi vətənidir. Azərbaycanlı
sözü bizi həmişə birləşdirib”,- ümummilli lider deyib.
Uç nöqtə.- 2016.- 1 aprel.- S.5