Azərbaycançılıq
vahid Azərbaycanın ideya
əsasıdır
Azərbaycançılıq təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərdir
Azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərdir. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Bu istiqamətdə də Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni – azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və startegiyasını formalaşdırdı. Onun 2001-ci il iyun ayının 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmçinin 9 avqust 2001-ci il avqust ayının 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir.
Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir Bu gün qeyri-islam dini liderlərin müsəlmanlarla birlikdə müxtəlif tədbirlərdə iştirakı buna bariz nümunədir. " Biz tez-tez müsəlman məbədləri ilə yanaşı, xristian, yəhudi ibadətgahlarında görüşürük. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq, multikulturalizmin nümunəsidir. Bu, bizim həyat tərzimizdir, dövlətimizin siyasəti, dünyaya örnək olan Azərbaycan reallığıdır"-Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanda dövlət mədəniyyətlər, dinlər, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxır, dini məbədləri rövnəqləndirir, dini icmalara yardım və himayəsini əsirgəmir. Dindarlar buna görə dövlətimizə və dövlətimizin başçısına minnətdardırlar və bu siyasətə sadiqdirlər.
Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev isə bildirib ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” - deyən ümummilli lider bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi: "Əslində, Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi oldu. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib".
.Abdullayev bildirib ki, ümummilli lider multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü: “Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd edirdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir”.
Dövlət müşaviri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir: “Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. İlham Əliyev daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir".
K.Abdullayev vurğulayıb ki, Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Dövlət müşaviri, həmçinin qeyd edib ki, Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu əhəmiyyətli layihələr həyata keçirir: "Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar”.
K.Abdullayev bildirib ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir: “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Bütün bunların nəticəsində 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub”.
Bu istiqamətdə
aparılan uğurlu siyasət isə
ölkəmizin mövqeyini möhkəmləndirib.
Bu gün keçmiş müttəfiq respublikaların indiki vəziyyətinə nəzər salsaq görərik ki, bəzi
ölkələr bu günə qədər
də xarici təsirdən yaxasını qurtara bilməyiblər. Azərbaycan isə
müstəqil dövlətdir, güclü
dövlətdir, uğurlu inkişaf
yolunu keçən dövlətdir. "Biz bu gün
güclü dövlət qururuq.
O dövlət ki dünya
miqyasında böyük hörmətə
malikdir. Biz
çalışmalıyıq və
çalışırıq ki,
inkişafımız dayanıqlı olsun.
Buna nail olmaq üçün sadəcə
güclü iqtisadiyyata
malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf
üçün gərək gələcəkdə
ölkəmizi idarə edəcək insanlar
da daim dövlətçiliyə,
inkişafa töhfə versinlər”,-Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib
ki, Azərbaycan tolerant
ölkdir. " Biz istəyirik
ki, bütün millətlər
bir yerdə olsunlar… Bu il “Multikulturalizm ili” elan olunub ki,
sivilizasiyaları, dinləri
birləşdirək. Yenə də
demək istəyirəm
ki, Azərbaycan nümunədir. Amma demək
olar ki, biz bu dünyada təkik. Ona görə inteqrasiya
məsələsi müzakirə
olunanda biz bu reallığı daim nəzərə almalıyıq.
Üç nöqtə.- 2016.- 2 aprel.- S.5