Milli ideologiya məsələsi əsrlər boyu Azərbaycan üçün strateji önəm daşıyıb

 

Azərbaycançılıq milli həmrəylik və milli bütövlüyü təmin etməyə qadir olan ümummilli baxışlar sistemidir

Milli ideologiya cəmiyyətin bütün təbəqələrinin maraqlarını müdafiə edən, öz funksiyalarına görə milli həmrəylik və milli bütövlüyü təmin etməyə qadir olan,  güclü, qüdrətli, demokratikhüquqi dövlət quruculuğuna xidmət edən ümummilli baxışlar sistemidir. Bu çərçivədə də hər bir müstəqil dövlətin özünü beynəlxalq aləmin tam hüquqlu üzvü kimi hiss edə bilməsi və dünyanın siyasi səhnəsində uzunömürlü olması ilk növbədə onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan siyasi ideologiyasının olmasından asılıdır. Bu baxımdan xalqımızı öz ətrafında birləşdirməyə və demokratik dövlət quruculuğuna xidmət edəcək milli ideologiya məsələsi əsrlərboyu Azərbaycan üçün strateji önəm daşıyıb. Bu baxımdan milli ideologiya o zaman kamil hesab oluna bilər ki, xalqın ruhundan, mentalitetindən, “tərcümeyi-hal”ından gəlsin. Azərbaycançılıq ideologiyası bu baxımdan, həqiqətən, müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik kökləri ilə yanaşı, kifayət qədər əsaslı metafizikası da mövcuddur. Belə ki, onun azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanistinsan cəmiyyətinin təhtəlşüur, yaxud təbii bir şəkildə, müdaxiləsiz yaratdığı dəyər komponentiya kompleksi ifadə olu. Bura etnikya milli mənsubiyyət, dini mənsubiyyət və ümumbəşəri və ya dünyəvi mənsubiyyət aiddir. Göründüyü kimi etnikmilli mənsubiyyət milli ideologiyada çox önəmli faktorlardan biridir. Azərbaycanın tarixboyu burada yaşayan çoxsaylı xalqlar üçün ana vətən rolunu oynayıb. Yəni hələ min illər əvvəl Azərbaycan amili bu ərazidə yaşayan bütün xalqlar üçün birləşidirici bir məfhuma çevrilib. XVI əsrdə qüdrətli dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi burada yaşayan xalqların Azərbaycan ətrafında daha sıx birləşməsində önəmli faktora çevrilib. XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalından və 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra ölkəmiz Araz çayı sərhəd olmaqla iki yerə bölündü, Bu da millətmizi birləşdirə biləcək vahid milli ideologiya məsələsini tarixi zərurət kimi ortaya çıxardı. Bu baxumdan Həsənbəy Zərdabi tərəifindən əsası qoyulan “Əkinçi” qəzeti  o dövrdəki  gənc nəslin yeni milli ideoloji əsaslar üzərində köklənməsində tarixi bir missiyanı həyata keçirdi. Bu da öz növbəsində Azərbacanda milli ruh üzərində köklənən Əilmərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi vətənpərvər ziyalıların yetişməsində önəmli rol oynadı. Həmin dövrdə xüsusi ilə Əli bəy Hüseynzadənin milli ideologiyamızın hazırlanmasında böyük xidmətləri oldu.  Əli bəy Hüseynzadə ötən əsrin əvvəllərindən başlayaraq müxtəlif mətbu orqanlarda, o cümlədən “Kaspi” qəzetində yazdığı məqalələrində türkçülük ideyalarının təbliğini önə çıxardaraq yüz illər bundan sonraya hesablanan və xalqımızı islam dini, türkçülük və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirə biləcək milli ideologiyanın əsaslarını qoydu. Bu çərçivədə də Əli bəy Hüseynzadənin “Kaspi” qəzetində dərc edilən “Gənc türkçülük nədir?” adlı məqaləsi o dövrün ziyalıları arasında böyük əks-sədaya səbəb olaraq müəllifinə böyük şöhrət gətirdi. O bu məqaləsi ilə Azərbaycanda türkçülük ruhunu dirçəldə və onu yeni müstəvidə bərpa edərək, bu ümumilli ideyaya obrazlı şəkidə desək təzə nəfəs gətirdi.

“Türkləşmək, islamlaşmaq, müasirləşmək!” ideyası həm də 1907-1918-ci illərdə yetişməkdə olan gənc nəslin milli ruhda köklənməsində mühüm rol oynadı. “Türkləşmək, islamlaşmaq, müasirləşmək!”ideyası Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağımızın əsas simvollarından birinə çevrilərək ideoloji-mənəvi dəyərlərimiz sırasında xüsusi yer tutdu. Bir sözlə tarix Əli bəy Hüseynzadənin uzaqgörənliyini sübuta yetirərək onun tərəfindən irəli sürülən türkçülük, müasirlik, islamçılıq ideyasını bütün türk-islam dünyasının ana qayəsinə çevirdi, onun ruhuna, canına qanına hoparaq milli varlğının  ayrılmaz hissəsinə döndü. Sonrakı dövrlərdə müasirləşmə, türkləşmə və islamlaşma bütövlükdə azərbaycançılıq ideoloğiyasının tərkib hissəsinə çevrilərək mili varlığımızın qorunub saxlanılmasında önəmli rol oynamağa başladı.

1991-ci ildə Azərbaycan yenidən müstəqlliyini əldə etdikdən sonra azərbaycançılıq ideologiyası Ermənstanın işğalçılıq siyasətinə qarşı burada yaşayan bütün xalqları öz ətrafında birləşdirən möhkəm sipərə çevrildi. Bu müstəvidə də uzun illər Azərbaycana rəhbərlik edən Heydər Əliyev tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” ideyası əsasında formalaşan azərbaycançılıq məfkurəsi yeni inkişaf mərhələsinə qaldırıldı.  Müstəqil Azərbaycanın ümummili ideologiyasına çevrilən azərbaycançılıq həm də dünyanın müxtəlif bölgələrinə səpələnən soydaşlarımızı öz ətrafında birləşdirən önəmli faktora çevrilib. Bir sözlə azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan bütün xalqları öz ətrafında birləşdirərək güclü və qüdrətli demokratik dövlət quruculuğuna öz töhfəsini verməkdədir.

Prezident İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində də türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir.

Qeyd edək ki, İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman  xalqlarına qarşı müəyyən  beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək  tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.

Eyni zamanda, bugünkü Azərbaycan  xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal  idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün  Azərbaycanda klassik formulunda və tipologiyasında tətbiq edilməklə qalmayıb, mərhələnin və dövrün tələblərinə  uyğun olaraq yaradıcılıqla  yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü  tarazlaşdırılmış, humanist və uzaqgörən, mövcud problemlərin tezliklə həllinə  yönəlmiş perspektivli siyasətin nəticəsidir.

Beləliklə, bu gün azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq  müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsidir. Bu məsələ ona görə çox  əhəmiyyətlidir ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə gah türkçülüyə, gah müsəlmançılığa, gah da  müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai- siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olub. Bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının,  mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazıb.

Üç nöqtə.- 2016.- 9 aprel.- S.5