Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir

 

Bu layihə Azərbaycan qədər Avropa üçünböyük əhəmiyyət kəsb edir

Azərbaycançılıq ideologiyası ölkəmizin iqtisadi potensialının artması, doğma məmləkətin beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilməsini özündə əks etdirir. Həyata keçirilən böyük beynəlxalq infrastruktur layihələri də bu məqsədə xidmət edir.  Bu, həm də bizim bütün ölkələrlə, beynəlxalq qurumlarla əlaqələrimiz inkişaf etdirir. 2016-cı ilin birinci rübündə Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinin, iki vitse-prezidentin Azərbaycana gəlmməsi bunun bariz nümunəsidir. Burada həm energetika, həm siyasi, iqtisadi və digər təhlükəsizlik məsələləri müzakirə edilib. Keçən il isə Avropa Komissiyasının prezidenti Azərbaycana səfər edib. "Biz indi yeni əməkdaşlıq formatı üzərində işləyirik. Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir. Orada 50-dən çox ölkə iştirak edirdi, o cümlədən Azərbaycan. Nəzərə alsaq ki, Azərbaycan nüvə dövləti deyil, Azərbaycanda atom elektrik stansiyası yoxdur, demək olar ki, nüvə sənayesi hələ inkişaf etməyib, Azərbaycanın bu mötəbər tədbirə dəvət edilməsi ABŞ hökuməti, Prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür və bizim bu bölgədə oynadığımız rolu əks etdirir. Çünki bu da qeyd edilir ki, Azərbaycan nüvə materiallarının qanunsuz trafikinin qarşısının alınması məsələlərində çox etibarlı tərəfdaşdır. Səfər zamanı ABŞ-ın siyasi rəhbərliyi ilə çox yaxşı, səmərəli və səmimi söhbətlərim, danışıqlarım olub. Bu danışıqlar bir daha onu göstərir ki, bizim aramızdakı əlaqələr hər iki tərəf üçün çox önəmlidir. Biz bir çox sahələrdə birgə işləyirik və bu əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır. Burada həm siyasi əlaqələr, həm də energetika sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri və ticarət, iqtisadi məsələlər də gündəliyin əsas məsələləridir. O ki qaldı enerji siyasətimizə, birinci rübdə Bakıda “Cənub Qaz Dəhlizi”nin ikinci Məşvərət Şurası keçirilİb",-Azərbaycan Prezidenti İlham Əliyev deyib. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilib, çox vacib qərarlar qəbul edilib. Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunub. “Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir.  Bu strateji layihənin vaxtında icra ediləcəyi heç kimdə şübhə doğurmur. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətlərinin Məşvərət Şurasının ikinci iclasında ən yüksək səviyyədə iştirakı bir tərəfdən “Cənub Qaz Dəhlizi”nin qlobal əhəmiyyətinin və ona olan beynəlxalq marağın, digər tərəfdən də Azərbaycanın məqsədyönlü xarici enerji siyasətinizin təzahürüdür.

Qeyd edək ki, birinci rübdə IV Qlobal Bakı Forumu keçirilib. Forumda 50-dən çox ölkənin təmsilçisi, fəaliyyətdə olankeçmiş dövlət, hökumət başçıları iştirak ediblər. Bu Forum artıq dünyanın aparıcı beynəlxalq forumları arasında yer alan gözəl bir müzakirə meydançasıdır. Bu forumların Bakıda keçirilməsi, əlbəttə ki, bizim önəmimizi daha da artırır. Bu ayın sonunda isə Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. "Hesab edirəm ki, bu da Azərbaycanda multikulturalizm, sivilizasiyalararası dialoqun aparılmasında əldə edilmiş uğurların nəticəsidir. Bu il Azərbaycanda “Multikulturalizm ilielan edilibdir. Bu sahədə əldə olunmuş uğurlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir",- dövlət başçısı deyib.

 Energetika naziri Natiq Əliyev də “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycanın beynəlxcalq mövqeyinin möhkəmləndirilməsində  böyük rol oynadığını bildirib. "Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında həlledici rol oynayır, həmçinin regionalqlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz sahibidir. Layihənin reallaşdırılması işinə lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə bəyan olunması da ən mühüm məqamlardan biridir. Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən düzgün formalaşdıraraq həyata keçirməkdədir",- nazir deyib.  Onun sözlərinə görə, Azərbaycanla Avropa Komissiyasının “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maraqlarının tam üst-üstə düşür, layihə Azərbaycan qədər Avropa üçünböyük əhəmiyyət kəsb edir.

Nazir bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ 2” və “Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi” üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib. Hazırda layihə üzrə işlər sürətlə davam etdirilir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı tikinti sahəsində, Bakı Dərin Özüllər Zavodundaboru kəməri marşrutu boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat sahələrində platformanın üst modulları və dayaq blokları qurulur. İlkin qazın əldə olunması üçün nəzərdə tutulmuş işlərin 66 faizi artıq yerinə yetirilib.

İlin birinci rübündə “Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Genişləndirilməsi” layihəsi çərçivəsində işlər də Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin əhatə etdiyi marşrut üzrə uğurla davam etdirilib, Azərbaycanda boru kəməri boyunca torpaq sahələrinin əldə olunması 99 faiz başa çatdırılıb. Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının, habelə təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etdirilməkdədir.

Ölkədə “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə tikinti işlərinə 15 mindən çox insan cəlb olunub ki, onların da 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır. Deməli, layihə həm də ölkə əhalisinin maddi durumunun, həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Ümumilikdə, Azərbaycan və Gürcüstan ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib. Nazirin sözlərinə görə, dövlət başçısının yüksək iradəsi sayəsində “Trans-Adriatik” (TAP) layihəsi beynəlxalq aləmin lazımi dəstəyini qazanıb, layihənin reallaşdırılmasındakı çətinlikləri aradan qaldıran “Ətraf MühitSosial Təsirin Qiymətləndirilməsi” kimi mühüm bir sənəd Yunanıstan-Albaniya-İtaliya hökumətləri tərəfindən qəbul olunub. Eyni zamanda, TAP layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib. Martın sonlarında Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində dövlət başçısının iştirakınız zamanı keçirdiyi yüksək səviyyəli görüşlərdə də enerji məsələlərinə, “Cənub Qaz Dəhlizi” kimi meqa layihəyə xüsusi diqqət yetirilməsi, bu layihəyə böyük xarici dəstəyin ifadə olunması və bu sahədə ölkəmizə güclü dəstək verilməsi Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsindən xəbər verir. Nazir deyib ki, neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb. 2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faiziAzəri-Çıraq-GünəşliŞahdənizyataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma 220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur. Aydındır ki, energetika sahəsində əldə olunan uğurlar, iqtisadi qüdrətimizi artırmaqla yanaşı, dünya arenasında mövqeyimizi möhkəmləndirir.

Üç nöqtə.- 2016.- 14 aprel.- S. 5