Azərbaycan regionda və dünyada söz sahibidir
Güclü dövlətin
qurulması azərbaycançılığın
təməlini təşkil
edir
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün,
həm də bütöv xalqlar, millətlər üçün
ən müqəddəs,
ən şirin nemətdir. Biz azadlığımızın,
müstəqilliyimizin yolunu
illərlə gözləmişik,
mübarizə aparmışıq,
bu yolda minlərlə şəhid
vermişik. Azadlığı, müstəqilliyi əldə
etmək nə qədər çətindirsə
onu qoruyub saxlamaq bir o qədər mürəkkəb
və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Xalqların və millətlərin taleyində, formalaşmasında,
dünyadakı yerinin
müəyyənləşdirilməsində
tarixi şəxsiyyətlərin,
dahi siyasətçilərin
və müdrik dövlət başçılarının
müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər
Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın
müdrik rəhbəri
kimi çoxşaxəli
fəaliyyəti, vətən
və xalq qarşısındakı ölçüyəgəlməz
misilsiz xidmətləri
dahi şəxsiyyətlərin
tarixin gedişində
həlledici rol oynadıqlarını əyani
şəkildə təsdiqləyən
ən dəyərli nümunələrdəndir. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və
demokratik prinsiplərin
bərqərar olması,
demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesinin uğurla, sürətlə
həyata keçirilməsi
şəxsən dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.
Bu istiqamətdə ümummili lider ardıcıl siyasət yeridib və bir sıra çətinlikləri
aradan qaldırıb.
Nəzərə alaq ki, Avropa və Asiyanın kəsişmə
nöqtəsində yerləşən
Azərbaycanın strateji
mövqeyi ona olan diqqəti artırır. Bu isə ölkəmizin bugünkü mənayefi baxımından deyil, həm də gələcək maraqları
nəzərə alaraq
dövlətçiliyin ideoloji-siyasi
və iqtisadi əsaslarını formalaşdıraraq
optimal dövlət modeli
yaratmağı gündəmə
gətirir. Çünki güclü dövlət modelinin yaradılmaması,
milli dövlətçilik
ideyasının olmaması
təhlükəli nəticələrə
gətirib çıxarır.
Tarixi təcrübə də təsdiqləyir ki, dövlət müstəqilliyinin
qorunub saxlanılması
onun qazanılmasından
daha ağrılı və çətin prosesdir. Həqiqətən də 1991-ci ildə
Azərbaycan özünün
dövlət müstəqilliyini
elan etsə də, bu, əslində,
1993-cü ilin ortalarına
qədər formal xarakter
daşıyıb. Çünki
Ə. Vəzirov, A.Mütəllibov
və E.Əliyev rejimlərinin xüsusən
xarici siyasət, müdafiə qabiliyyəti
və iqtisadi islahatlar kimi sahələrdə diletant
idarəçilik metodları
və bacarıqsızlığı
Azərbaycan cəmiyyətində
daxili siyasi qarşıdurmanın kəskinləşməsini
son həddə çatdırdı,
daxili çəkişmələr
və separatçı
meyillərin güclənməsi
üçün zəmin
yaratdı. Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə
nail olmaq naminə millətin sıx birləşməsindən söhbət gedə bilməzdi və ölkə rəhbərliyinin
özü də həmin məqsədlərin
nədən ibarət
olduğunu aydın dərk edə bilmirdi. Bu uğursuz
siyasət nəticəsində
dövlət qurumları,
ictimai təsisatlar tənəzzülə uğramış,
respublika idarəetmə
qabiliyyətini itirmiş,
iqtisadiyyatın bütün
göstəriciləri neqativ
meyillərlə xarakterizə
olunurdu. Ona görə
də 1988 -ci ildən 1993-cü ilədək
olan dövrü tam əminliklə qarışıqlıq,
hakimiyyətsizlik və
anarxiya dövrü adlandırmaq olar.
Azərbaycanı bu çətin vəziyyətdən ümummilli
lider Heydər Əliyev xilas etdi. Onun 1993-cü ildə yenidən hakimiyyətə
qayıtması ilə
müstəqil Azərbaycan
dövlətinin hüquqi
və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi, beynəlxalq
normalara və prinsiplərə uyğun müstəqil dövlət
quruculuğu prosesi başladı. Müstəqillik, azərbaycançılıq, dövlətçilik,
ədalətlilik, demokratiya,
milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər
təşkil edən yeni bir ideologiyanın
əsası qoyuldu.
Heydər Əliyevin apardığı
daxili siyasət Azərbaycanın hər bir vətəndaşına
azad, sərbəst yaşamaq hüquqlarını
təmin etmək və öz rifahını yaxşılaşdırmaq
imkanları yaratmaqdan ibarət oldu. Heydər Əliyevin fəaliyyətində
iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyası,
özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl
prioritet sahələr
oldu. Güclü dövlətin
qurulması azərbaycançılığın
təməlini təşkil
etdi. Heydər Əliyevin rəhbərliyi
ilə mənəvi dəyərlərimizin qorunmasına,
cəmiyyətin bütün
potensialının milli
maraqlar kontekstində səfərbər edilməsinə,
ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyası hazırlandı.
Azərbaycanın dövlət siyasəti
güclü iqtisadiyyata
söykənən güclü
dövlətçiliyin təmin
edilməsinə, geniş
sosial zəminə söykənən, fəal
və aydın sosial siyasət yeridən unitar, demokratik dövlət qurulmasına yönəldildi.
«Azərbaycan dövlətinin
strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar
olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”
– deyən Heydər Əliyevin rəhbərliyi
ilə aparılan məqsədyönlü siyasət,
həyata keçirilən
sistemli tədbirlər
nəticəsində Azərbaycanda
siyasi və makroiqtisadi sabitliyə nail
olundu ki, bu da iqtisadi
islahatların həyata
keçirilməsi üçün
möhkəm əsas formalaşdırdı. Heydər Əliyevin
rəhbərliyi ilə
ölkənin daxili imkanlarının səfərbər
olunması və zəngin neft ehtiyatlarından Azərbaycan
xalqının rifahı
naminə səmərəli
istifadə edilməsini
təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata
keçirilməyə başlandı.
1994-cü il sentyabrın 20-də dünyanın
tanınmış neft
şirkətləri ilə
imzalanan "Əsrin müqaviləsi"ndən sonra
inkişaf etmiş dünya dövlətlərinin
Azərbaycana marağı
artdı. Bu onun
siyasi və iqtisadi müstəqilliyinin
möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə
şərait yaratdı.
Heydər Əliyevin ən böyük xidmətlərindən
biri də onun rəhbərliyi ilə azərbaycançılıq
məfkurəsinin, milli
özünüdərkin inkişafı,
xalqın tarixi yaddaşının özünə
qaytarılması kimi
fundamental prinsiplər əsasında
milli dövlətçilik
arzularının, hisslərinin
güclənməsi və
onların real siyasi amilə çevrilməsidir. O, mürəkkəb
geosiyasi dövrdə hakimiyyət boşluğunun
aradan qaldırılması,
separatçılıq təhlükəsinin
və silahlı quldur dəstələrinin
ləğv edilməsi,
Azərbaycanın milli
mənafelərini qorumağa
qadir, döyüş
qabiliyyətli ordunun yaradılması kimi məsələlərin həlli
naminə bütün
Azərbaycan cəmiyyətini
sıx birləşdirə
və səfərbər
edə bildi. Heydər Əliyevin rəhbərliyi
altında aparılmış
son dərəcə gərgin
fəaliyyət nəticəsində
Azərbaycan xalqının
taleyi ilə pərdəarxası oyunlara,
siyasi anarxiya və eksperimentlərə
son qoyuldu, ölkədə
cinayətkarlığın qarşısı tam alındı,
bütün qanunsuz silahlı dəstələr
ləğv olundu.
Bu da bütövlükdə
Azərbaycanda dövlət
quruculuğu prosesinin uğurla aparılması üçün şərait
yaratdı. Azərbaycan
dövlətçiliyinin mövcudluğuna
böyük təhlükə
olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi
cəhdlərinin qarşısı
Heydər Əliyevin qətiyyəti sayəsində
alındı, dövlət
müstəqilliyi qorunub
saxlanıldı. Məhz buna
görə də ölkəmizdə müstəqil
dövlət təsisatlarının
yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alşdı ki, bunun da
əsasını müstəqil
Azərbaycanın qəbul
etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi
və demokratik prinsiplərin bərqərar
olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata
keçirilməsi şəxsən
Heydər Əliyevin adı ilə bağlıdır.
Üç nöqtə.- 2016.- 20 aprel.- S.5