Azərbaycanlı sözü bizi həmişə
birləşdirib"
Ana dili azərbaycanlıları bir-birinə
bağlayan olduqca
möhkəm mənəvi-ideoloji vasitədir
Azərbaycanda dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azər¬bay¬¬canlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli li¬deri Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təs¬biti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlif¬ba¬sı və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust ta¬rix¬li 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haq¬qın¬da” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində nor¬mativ hüquqi akt¬lar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sa¬hə¬sinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəş¬ri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata ke¬¬çirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsas¬lı inkişafı baxımından da əhəmiyyətli olub.
Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların ha¬zır¬lan¬ma¬sı dövrün tələbi olaraq qalır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şə¬rai-tin¬də zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proq¬ramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elm¬lər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının güc¬ləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil si¬yasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlibr və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Professor Yusif Seyidov “Dilimizin böyük havadarı”adlı məqaləsində Heydər Əliyevin Azərbaycan dilinin inkişafında böyük rol oynadığını xüsusi vurğulayıb. O yazır: “Heydər Əliyevin milli dillə əlaqədar yorulmaz fəaliyyəti nəticəsində gənclərin ana dilinə yiyələnmələri sahəsində böyük dəyişikliklər əmələ gəldi, dil tədrisinin səviyyəsi yüksəldi. Başqa dillərdə təhsil alan gənclərə Azərbaycan dili tədrisini həyata keçirmək çox çətinliklərlə qarşılaşırdı. İndi burada da ciddi dönüş əmələ gəldi».
Yuxarıda qeyt etdimiz kimi bu gün Azərbaycan dili dünyanın müxtəlif ölkələrində yaşayan azərpbaycanlıları azərbaycançılıq ideologiyası ətrafında birləşdirir. "Fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanıb, inkişaf edib və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirib. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində-Azərbaycanda, İranda, Rusiyada Türkiyədə, Gürcüstanda, ABŞ-da, Kanadada, Hollandiyada, Ukraynada, Belarusda, İngiltərədə, Almaniyada və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, ata yurdu Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Eyni zamanda milli liderdir! Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil Azərbaycan dovlətinin daxili möhkəmliyin beynəlxalq nüfuzunu qorumaq nə qədər möhtəşəm yer tutursa, dünya azərbaycanlılarının milli birliyi, milli dilimizin dünya xalqları arasında özünəlayiq movqe qazanması da o qədər mühüm əhəmiyyət daşıyır. Görkəmli siyasi xadim dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanldıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Onların birliyində milli dil önəmli rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüş onlara hərtərəfli dəstək verən ulu öndərimiz dünya azərbaycanlılarının milli bir uğrunda mübarizəni Azərbaycan dövlətiı siyasəti səviyyəsinə qaldırmışdır. Heydər Əliyev elə bir proqram hazırlamışdır ki, ondan sonra da bu siyasətin istiqamətləri aydın və məqsədyönlüdür.
Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, nəinki xaricdə yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan müxtəlif etnik qruplar və xalqlar Azərbaycan dilini sevir və bu dilə önəm verirlər. «Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycan dili onların ünsiyyət dilidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib»,-milli lider deyirdi.
Bunlar isə ölkəmizin
dünyada mövqeyini
möhkəmləndirir. Heydər Əliyevin beynəlxalq
aləmdə atdığı qətiyyətli addımlar sayəsində
diplomatiyamızın fəal mövqeyi
formalaşıb, Azərbaycanın zorla cəlb
olunduğu Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə
dünya ictimaiyyətinin münasibəti
dəyişib, ölkəmizin suverenliyi, ərazi
bütövlüyü
və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ
sənədlərdə öz əksini
tapıb. Azərbaycan dilinə hörmətlə
yanaşılır. Bu siyasətin nəticəsidir
ki, BMT Təhlükəsizlik
Şurasında 155 ölkənin bizi dəstəkləməsi
bunun əyani sübutudur.
Bu dəstəyin nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv
(2012-2014-cü illər) seçilməklə, dünya
siyasətini müəyyən edən 15 ölkədən
birinə çevrilib. O qlobal
problemlərin həllində yaxından iştirak
etmək, dünya səviyyəsində qəbul
olunan qərarlara təsir göstərmək
imkanı əldə edib. Azərbaycan xarici məkanda tərəfdaşlar toplamaq, öz mövqeyini inandırmaq, iqtisadi-siyasi
münasibətlərini vacib məqamlarda real səsə və qərarlara çevirmək
gücünü ortaya
qoymaqla, sivilizasiyalararası dialoqun genişlənməsinə ciddi təsir göstərə bilir.
Dünyanın nüfuzlu təşkilatları
dövlətimizin mövqeyini nəzərə
alır, onunla hesablaşır. Ölkələrimizin
ərazi bütövlüyü, suverenliyi dəstəklənir və
tanınır. Bunlar Azərbaycanın regionda
və dünyada söz
sahibi olmasının, qətiyyətli mövqeyinin nəticəsidir. Azərbaycanın
artan nüfuzu, imici, imkanları, gücü
bax, bu
reallıqları mümkün edib. Bu siyasi
kursun davamlılığının təmin
olunması isə Azərbaycanın milli
dövlətçilik əsaslarının möhkəmləndirilməsinə,
dövlətimizin hərtərəfli yüksəlişinə
ən etibarlı təminatdır.
Üç nöqtə.- 2016.- 22 aprel.- S.5