Milli musiqimiz həm də bizim milli dəyərimizdir
Milli musiqi sənətimizin inkişaf etdirilməsi azərbaycançılıq fəlsəfəsini
tanıtmaq deməkdir
Ulu öndər Heydər
Əliyevin irəli sürdüyü azərbaycançılıq
ideyası dünyadakı
həmvətənlərimizi birləşdirən, bizi dünyaya tanıdan milli-mənəvi dəyər
olmaqla yanaşı, eyni zamanda mədəniyyətimizi,
dil, ədəbiyyat və tariximizi - ümumilikdə humanitar elmimizi, incəsənətimizi,
habelə milli mentalitetimizi özündə
ehtiva edir. Göründüyü kimi
milli dəyər azərbaycanları
birləşdirən əsas
faktorlardan biridir. Ona görə də, milli dəyər bir cəmiyyətin, bir millətin mmənəvi dəyər
və həyat pisixologiyasını özündə
cəmləşdirir. Təsadüfi deyil ki, millətin pisxologiyasını, onların
yaşam qayəsini öyrənmək üçün
tədqiqtçılar elə
ilk növbədə həmin
millətin milli dəyər və adətlərini araşdırırlar.
Milli dəyərlər təkcə
bir dövr insanının arzu və istəklərindən
ibarət deyil. Bu amil həm
də xalqın düşüncə keçmişini,
indisini və gələcəyini formalaşdıran
bir genofonddur. Milli dəyərlər eyni zamanda bir
xalqın milli mənəvi irsini də nəsildən-nəsilə
ötürə biləcək
əsas faktorlardan biridir. Zaman dəyişdikcə insanların pisixologiyası,
onların yaşam dəyərləri də müəyyən çərçivədə
dəyişilə bilər.
Buna əsaslanaraq deyə bilərik ki, əslində milli dəyərlər müəyyən bir sxem halındadır, lakin konservant deyil. Belə ki, nəsillərin
dəyişilməsi ilə
dəyərlərin mahiyyəti
də dəyişir.
«Əslində bu təbii bir
prosesdir. Yəni, biz istəsək
də bu dəyişikliklərin qarşısını
ala bilmərik. Yox, əgər
biz buna cəht etsək belə, müəyyən bir müddətdən sonra onun məhvinə səbəb olmuş olarıq. Azərbaycan
xalqının tarixində yaşamış
olduğu işğallar,
islam dininin qəbul edilməsi əslində bütün
bunlar milli dəyərlərimizə istər
dünyəvi, istərsə
də dini baxımdan yeni koloritlər gətirmişdir.
Bu baxımdan Azərbaycanın milli dəyərləri çox
şaxəli olduğu
kimi, bəzi hallarda ziddiyyət də təşkil edir. Biz bu gün deyə bilmərik ki, milli dəyərlərimiz
cəmiyyət tərəfindən
tam mahiyyətiylə anlaşılır»,-xalq
artisti Zamiq Əliyev deyib.
Onun sözlərinə
görə, milli musiqimiz həm də bizim milli
dəyərimizdi.
Milli musiqi sənətimizin inkişaf
etdirilməsi, muğamımızın
təbliği və dünyaya sirab olunması da nəticə etibarilə azərbaycançılıq fəlsəfəsini,
milli zənginliyimizi tanıtmaq deməkdir. 1920-ci il çevrilişindən
əvvəlki dövrdə
muğam ifaçılığı
Azərbaycanda çox
yüksək bir zirvədə durub. Muğama çox böyük hörmət var idi. Hətta o dövrün sənətkarları
və sənətsevərləri
muğama təkcə
musiqi kimi yox, ona bir
elm kimi də yanaşırdılar. Yaşlı musiqiçilərin
dediklərinə görə
o vaxtlar musiqi məclislərində ifaçı
əgər dəstgahda
bir şö¬bə¬ni
və ya guşəni düz oxumurdu, ya heç
oxumurdusa, ya da artıq boğaz
və gəzişmələr
edir¬disə, həmin ifaçıya irad tutulurdu. Həmin ifaçı bir
daha bu məclisdə
oxumaqdan məh¬rum edilirdi. Klassik muğamların əksəriyyəti
əsasən demək
olar ki, Bakı məclis¬lə¬rində
oxunardı. Tarixi mərhələlərdə
belə məclislərdə
Seyid Əzim Şirvani, Nəriman Nərimanov və bir çox tarixi şəxsiyyətlər
də iştirak ediblər.
Muğamın özünə görə
forma və quruluşu
vardır. Onu pozmağa heç
kimə icazə veril¬mirdi. Ən kiçik muğam beş şöbədən
və guşədən,
ən böyüyü
isə əlli şöbə və guşədən ibarət
olurdu. Əsl sənətkarlar və muğamşünaslar
demək olar ki, hər bir
dəstgahı, muğamı
nöqtə vergülünə
qədər tamam-kamal
bilirdilər.
Muğam tək o deyil ki, biri çaldı,
digəri oxudu, o birisi qulaq asdı. Muğamda məntiq
var. Hər ifaçının
da məqsədi o olmalıdır ki, bu məntiqi dinləyiciyə çatdırsın.
İfaçı o zaman sənətkar,
ustad olur ki, dinləyici onun ifasındakı məntiqi anlayır, onu qəbul edir. Həmin bu məntiq
də muğamın əsas qanunudur. Çox maraqlıdır ki, Azərbaycan ifaçıları osmanlı və ya fars boğazlarını
ifa edə bilir, lakin onların
heç biri Azərbaycan muğam boğazları oxuya bilmirlər. Ancaq onu da qeyd etmək lazımdır ki, muğam ifası ilə yanaşı mu¬ğam elmi də müasirləşir.
Muğam
əsrin əvvəlindəki
formadan uzaqlaşır.
Muğamın müa-sirləşməsi heç də pis proses deyil,
bu həyatın tələbidir. Amma hər
şeyin ölçüsü,
qa¬nun qaydası olmalıdır. Muğamda yabançı
xallar, barmaqlar, boğazlar, zəngulələr
calaq edilir. Musiqi alətlərində texniki
ifaya böyük üstünlüklər verilir.
Əlbətdə bütün bunlar
muğamın öz ana kökündən qismən uzaqlaşmasına
sanki zəmin yaradır. Çalışmalıyıq ki, mu¬ğam
bağının alaqlarını
aradan qaldırıb, təmizləyib, babalarımızdan,
əcdadlarımızdan bi¬zə
tarixi, mənəvi miras qalan ətirli
muğam dünyasını
gələcək nəsillərə
olduğu kimi çatdıraq.
Ümumiyyətlə,
Şərq fəlsəfəsinin,
şərq xalqlarının
dünyagörüşünün ifadəçisi olan muğam əsrlərdən
bəri cilalanaraq bu günə gəlib çatıb. Dövrümüzün ən böyük
nailiyyəti mu¬ğa¬mın
YUNESKO tərəfindən bəşəriyyətin
ən möhtəşəm
sənət abidələri
siyahısına daxil edil¬məsidir. Dövlət səviyyəsində muğamla
bağlı hər bir layihənin həyata keçirilməsi
bu sənətin bütün dünya miqyasında təbliğində
və yaşadılaraq
gələcək nəsillərə
ötürülməsində mühüm əhəmiyyətə
malikdir. Bu səbəbdən muğamla,
onun ifaçılığı
ilə bağlı hər bir məlumat
böyük aktuallıq
kəsb edir. Muğamın yaşarlılığında
ifaçılara dəstək
olan milli adətlərimiz, xüsusilə
tar alətinin əvəzedilməz
rolu var. Muğamın
təbliğində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
həyata keçirilən
layihələrin, tədbirlərin
rolu əvəzolunmazdır.
Azərbaycan musiqisinin böyük
sahəsi olan muğam elə bir musiqidir ki,
milliyyətindən asılı
olmayaraq heç bir xalq bizim
muğamımızı özününküləşdirə
bilməyib və nə qədər də çalışsalar,
buna nail olmayacaqlar.
Qeyd edək ki, XIX əsrin I yarısından başlayaraq Azərbaycanda muğam sənəti geniş vüsət aldı. Qarabağda Azərbaycan muğamı elə inkişaf etdi ki, ustadlarımızın ifa sənətinə Tiflisdə, Kiyevdə, İstanbulda, Varşavada, Berlində, Daşkənddə də rast gəlinərdi. Böyük sənətkarlarımız Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Cəmil Əmirov, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski muğamın inkişafında əvəzsiz xidmətləri vardı. Eləcə də Ağcabədidə Mütəllim Mütəllimovun, Zülfi Adıgözəlovun, Yaqub Məmmədovun, Ağdamda Bakir Həşimovun, Mürşid Məmmədovun, Sara Qədimovanın Şahmalı Kürdoğlunun, İldırım Həsənovun, Əbülfət Əliyevin və digərlərinin xidmətini unutmaq olmaz. Onların ifaçılıq sənəti Arif Babayevin yaradıcılığına və onun muğam sənətinin zirvələrini mənimsəməsinə güclü təsir edib. Arif Babayev XIX və XX əsr muğam ustadlarının içdikləri bulaqların hamısından muğam suyu içib. Xan Şuşinski adına Ağdam Musiqi Texnikumunun muğam ustadlarından sənətin sirlərini öyrənib.
Arif Babayev muğam elminə təzə yollar, təzə keçidlər, həm həzin, pəs, həm də Zarıslı qaymağı kimi şaqraq zil səs verib. Hansı muğam olursa-olsun, o, Şuşa dolaylarını rahat qalxan sürücülər kimi, ürəyə məlhəm olan gedişlər edərək, dinləyicilərin ürəyincə oxuyur. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Əbülfət Əliyevdən sonra ən güclü və şirin Məcnun ifaçısı məhz Arif Babayev olub. Sənətkarın yaraşıqlı zahiri görkəmi, qədd-qaməti daxili paklığı ilə təsdiqlənir. Böyük rus yazıçısı A.P.Çexov yazırdı ki, insanın həm xarici aləmi, həm də daxili aləmi gözəl olmalıdır. Bunların hər ikisi Arif Babayevdə cəmlənmişdir. «Arif Babayev etika və mənəviyyat baxımından zirvələrdə duran böyük el sənətkarıdır. O, ulu öndərin milli ideya olaraq irəli sürdüyü azərbaycançılığa tam uyğun bir şəxsiyyət, böyük vətəndaşdır. Arif Babayevin anadan olduğu torpaq, doğma Sarıcalı kəndi mədəniyyətimizə, sənət tariximizə mühüm töhfələr verib»,-dosent Yusif Ağayev deyib.
Arif Babayev böyük müəllimdir. «Onun yetirmələri arasında xalq artistləri Aygün Bayramova və Nəzakət Teymurovanı xüsusilə qeyd etmək istərdim. Son illər respublika muğam müsabiqələrində gənc ifaçıların meydana çıxmasında onun böyük əməyi, zəhməti var. Onun ustadlığı sayəsində Azərbaycan muğamında Təyyar, Güllü, Babək, Etibar, Mirələm, Səbinə, Mustafa kimi yeni adlar, ifaçılar kəşf olundu»,-Yusif Ağayev deyib.
Üç
nöqtə.- 2016.- 23 aprel.- S. 5