Türk folkloru: yaxın və uzaq tariximiz
Herodotun Astiaq və Tomiris haqqında yazdıqları
Azərbaycan şifahi
xalq ədəbiyyatının
nümunələridir
Tarix və folklorun, daha dəqiq desək, rəvayət və əfsanələrin çuğlaşmasın
«tarixin atası» adlandırılan Herodotun tarix kitabında da rast gəlirik. Onun 9 kitabdan
ibarət "Tarix"
əsərində Yunan-İran
müharibələrindən, habelə qədim dünyanın bir sıra dövlətlərinin,
o cümlədən Şərq
ölkələrinin tarixindən,
coğrafi mövqeyindən,
yerli xalqlarından, onların adət-ənənələrindən
ətraflı bəhs
olunur. Əsər Azərbaycanın qədim tarixini və folklorunu öyrənmək baxımından
da qiymətli məxəzdir. Midiya tarixi,
habelə iskitlər (skiflər), Azərbaycan ərazisində yaşamış
qədim qəbilə
və tayfalar haqqında məlumatlar son
dərəcə dəyərli
elmi əhəmiyyət
malikdir. «Herodotun
"Tarix"ini açan
hər kəs birinci kitabın ilk sətrində iki ad görür: "Halikarnaslı
Herodot..." Sonra bütün "Tarix"
boyu gah uzaq keçmişin o vaxta qədər qalan abidələrini öyrənən, keçmişlər
haqqında birinci, ikinci, hətta üçüncü dildən
olaylar, əsatir, əfsanə, rəvayət,
dastan və müdrik sözlər eşidən; gah da zamana hadisələrinin
iştirakçıları ilə görüşərək
onların fikrini və xatirəsini dinləyən müəllifin
hər şeyə açıq-aşkar, birbaşlı,
qərəzsiz və ədalətli rəyini sanki "eşidirik". İlk sətirdə nişan verilən
müəllifin və
onun doğulduğu şəhərin adına
qalanda bu, o vaxtın dəbindən gəlir».
Maraqlıdır ki, Azərbaycan ədəbiyyatşünasları Herodotun Astiaq və Tomiris haqqında yazdıqlarının
Azərbaycan şifahi
xalq ədəbiyyatının
nümunələri kimi
gözdən keçirirlər. Məsələn Y. Babayev yazır ki, «Midiya və
Albaniyada zəngin bir ədəbiyyatın varlığını onun
bizə gəlib çatan … «Tomris» və «Astiaq» əfsanələri, Cavanşirin
ölümünə Davdağın
yazdığı mərsiyə
və s. kimi az saylı nümunələri
də təsdiq edir».
Folklorşünas Vaqif Vəliyev də onları məhz əfsanə kimi gözdən keçirərək, “Astiaq”
əfsanəsinin “Tomris”
əfsanəsi ilə
müqayisəli təhlilini
vermişdir. S. Zülfüqarlı
da Astiaqla bağlı süjeti əfsanə kimi dəyərləndirərək onu «Azərbaycan dili» dərsliyinə daxil etmişdir.
R. Qafarlı isə hər iki süjeti
rəvayət kimi dəyərləndirərək yazır: «İlk «Tarix» (Herodot) kitabına düşən
«Astiaq» və «Tomris» rəvayətləri
ilə bir sıra mif sistemlərinin
(xüsusilə tale mifi)
ömrü uzadılır.
Roma mifologiyasında ilkin dövlətçilik
görüşləri əks
olunur ki, bunu mədəni həyatın başlanğıcı
hesab edirlər. Romul və Rem Romanı
düşmən hücumlarından
və daxili xəyanətkarlardan qorumaq
üçün xüsusi
icra mexanizmi olan yeni birlik
yaradırlar. Astiaqın ulu
babası Deiyokun Midiya dövləti qurması haqqında Herodotun verdiyi məlumatlar göstərir
ki, Azərbaycan mifoloji təsəvvüründə
dövlətin daha mükəmməl modeli qurulmuşdur».
“Tomris” və “Astiaq” əfsanələri
ayrıca mövzu kimi «Erkən orta əsrlər Azərbaycan ədəbiyyatı»,
«VII-X yüzilliklərdə Azərbaycan ədəbiyyatı»,
«Xətib Təbrizi Azərbaycanda ədəbiyyatşünaslığın
banisi kimi», «XII yüzillikdə Azərbaycan
ədəbiyyatı: Xaqani,
Məhsəti və
b.», «Nizami Gəncəvi,
yaradıcılığı», «Nizami və xalq qaynaqları» kimi mövzularla yanaşı Azərbaycan Universitetinin Azərbaycan filologiyası və jurnalistika kafedrası tərəfindən tədris
planına daxil edilmişdir.
Maraqlıdır ki, Azərbaycan tarixçiləri həm Astiaqın, həm də Tomirisin real tarixi şəxsiyyətlər
olduğunu təsbit etmiş və onların adlarını «Azərbaycan kitabların»da
əbədiləşdirmişlər. Burada R.
Qafarovun aşağıdakı
fikri ilə razılaşmamaq mümkün
deyildir: «Aristotel Herodotu tarixçi deyil, mifoloq kimi təqdim edirdi. Qədim yunanların qənaətində
mif dünya tarixinin başlanğıcını
özündə əks
etdirən ən dolğun mənbə sayılırdı. Bu günədək tarixçilər
Troya müharibəsi haqqında həqiqətləri
öyrənmək üçün
antik miflərə (yeganə mötəbər
mənbə kimi) müraciət edirlər.
Sonralar dənizin dərinliklərində
aparılan arxeoloji axtarışların nəticəsində
miflərdə göstərilən
şəhər, saray
və qalaların qalıqları üzə
çıxdı, mifoloji
təsvirlərin çoxunun
gerçəkliyi təsdiqləndi».
F. Bayat yazır ki, «şifahi şəkildə yaşayan
tarix bilgisi həm Herodotun tarixi yazmasında, həm Cin salnamələrinin
türklər və ümumiyyətlə, şimal
qonşuları haqqında
verdikləri tarixi məlumatlarda onəmli rol oynamışdır. Bundan başqa kilsə
tarixləri, İslam
böyukləri haqqındakı
məlumatlar da sözlü tarixə dayanır». Alimin fikrincə, «sözlü
tarixin yazılmasını
önəmli və vacib edən bir mühim məsələ də zamanla iqtidarların keçmişi oz xeyirlərinə,
siyasi hədəflərinə
uyğun formada təqdim etmələridir.
Bu halda tarixçilər
məlumat və sənədləri, iqtidarı
mərkəzə alan, onun tarixini izah edəcək
şəkildə təşkil
edə bilirlər. Siyasi iqtidarlar bununla da kifayətlənməyib
asayiş qayğısıyla
tarixi hadisələri
və buna bağlı sənədləri
oz mühakimələrini dəstəklər
mahiyyətdə təşkil
edə bilirlər.
Tarixin bu tərz qeydə
keçirildiyi mühitlərdə
sözlü tarixin üzərinə böyük
vəzifələr duşur.
Alimlər ən qədim zamanlardan yazıya qədərki dövrü mifik təfəkkür dövrü adlandırır və hesab edirlər ki, yazıya keçiddən sonra mifik təfəkkürlə bərabər onun bazasında dini və elmi təfəkkür formaları da meydana cıxıb. «Mifik təfəkkür formaları dini təfəkkürün əsas bazası olaraq qalır. Ən obyektiv təfəkkür olan elmi təfəkkür nə qədər hakim mövqe tutub cəmiyyəti əhatə etməyə çalışsa da, mifik təfəkkür hakim ideologiya kimi fasiləsiz cəmiyyətdə, çoxluğun təfəkküründə aparıcı mövqedə olur, çoxluğun özünün yaratdığı folklor ədəbiyyatı və avantürist siyasətçilərin uydurduğu mövhumi ideyalarla onun şüurunun və həyat tərzinin yaradıcı mənbəyi olaraq qalır. Odur ki, folklor ədəbiyyatı həmişə tarix elminin əsas mənbəyi olaraq qalır. Belə ki, folklor milli təfəkkür tarixinin laylar düzümünü də əks etdirməklə inkişafını kompleks özundə əks etdirir. Ümumiyyətlə, tarix elmi hər-hansı dövrdən bəhs edir-etsin, həmin dövrün folklorunda əks olunan mənəvi dəyərləri və təfəkkür formalarını obyektiv qiymətləndirmədən həmin dövrün mənəvi durumunu obyektiv dəyərləndirə bilməz. Tarix elminin bu vəzifəsi haqqında dünya tarixşunaslığı, o cümlədən ictimai elmlərdə yetərincə elmi-nəzəri fikir söylənmiş, XIX-XX əsr Avropa tarixşünaslığı məhz bu nəzəri müddəa əsasında işləmiş və işləməkdədir». Bütün bu faktları incələyən A. Haşimi aşağıdakı qənaətlərə gəlmişdir: «Birincisi, folklor abidələrindən, xüsusilə qəhrəmanlıq dastanlarından real tarixin öyrənilməsi zamanı istifadə mümkündür və lazımdır. Çünki ilkin miflər, mifoloji eposlar elə qədim dövrlərdə tarix elminin indi oynadığı rolu oynayırdı. Yəni bu miflər, dastanlar oğuzlar üçün tarix sayılmışdır.
İkincisi, folklor abidələrindən tarixi qaynaq kimi istifadə edərkən folklordakı tarixin bədii obraz olması heç vaxt nəzərdən qaçırılmamalıdır. Şübhəsiz ki, bu obraz öz qaynağını tarixi hadisələrdən almışdır. Lakin həmin obraz təkcə bir-bir tarixi hadisəni, yaxud konkret tarixi şəxsiyyəti təmsil etmir. Yəni folklor obrazlarının tarixlə əlaqəsi arasıkəsilməz prosesdir. Məsələn, Koroğlu obrazı öz dövrünün qəhrəmanlıqları ilə bağlı olduğu kimi, qədim oğuz çağının da qəhrəmanlıqlarını əks etdirir. Bu, o deməkdir ki, Koroğlu obrazının əcdadı mifik Oğuz kağan obrazıdır. Əslində, Oğuz kağan obrazı Koroğlu obrazına transformasiya olunmuşdur. Bu, epik-bədii transformasiyadır və tarixçi bunu hökmən nəzərə almalıdır.
Üçüncüsü, folklor mətnlərindən istifadə edən tarixçilər folklor poetikasının qanunauyğunluqlarına bələd olmalı, eləcə də folklor obrazlarının tarixi köklərindən danışmaq istəyən folklorşünaslar tarixi peşəkar səviyyədə bilməlidirlər»
Bəxtiyar Tuncay
Üç nöqtə.- 2016.- 23 avqust.- S.- 5