Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən önəmli faktordur

 

Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətçiliyinin ideoloji əsasıdır

Dövlətin varlığını təsdiqləyən amillərdən biri məhz ideologiyadır. İdeologiyası olmayan millətin dövlətçiliyindən də söhbət gedə bilməz. Məhz ideologiya millətin varlığını təsdiqləyir, çünki milli ideologiya özündə həm millətin tarixini, həm dilini, həm milli-mənəvi dəyərlərini, bir sözlə milləti millət olaraq təsdiqləyən əsasları ehtiva edir. Milli ideologiyasını qoruyub saxlamağı bacaran millət dövlətçiliyini də təsdiqləmiş olur. Bu baxımdan azərbaycançılıq ideologiyası xüsusi önəm kəsb edir. Çünki tarix boyu azərbaycançılıq ideologiyası müxtəlif təsirlərə, təzyiqlərə məruz qalmasına baxmayaraq millətin vahid ideologiyası kimi qəbul olunub, zəngin dövlətçilik tariximizin parlaq səhifəsini təşkil edib. Azərbaycançılıq ideologiyası tarixi dəyişiklərə məruz qalıb, dəyişilib, ununla belə yenə də millətin varlığını qoruyub təsdiqləyə bilib. Öndər Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixistrateji önəm daşıdığını uzaqgörənliklə müəyyən edib. Həmin dövrdə Heydər Əliyev tərəfindən konsepsual şəkildə irəli sürülən azərbaycançılıq ideologiyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Günümüzdə azərbaycançılıq əbədiyaşar ideologiyalardan birinə çevrilibmüasir dövlətçiliymizin inkişafının əsasını təşkil edir. Heydər Əliyevin özündən sonra Azərbaycan dövləti və gələcəyimizin əsas istiqamətlərindən biri kimi, yadigar qoyduğu, dünya azərbaycanlılarının əvəzsiz milli sərvəti olan azərbaycançılıq ideologiyası bu gün Azərbaycan dövlətçiliyinin ideoloji əsasıdır. Müasir Azərbaycan açıq vətəndaş cəmiyyəti quran bir dövlət kimi bütün dinlərin, təriqətlərin, etiqadların, Şərq və Qərb mədəniyyətlərinin, digər mənəvi və bəşəri dəyərlərin sintezindən ibarət bir diyardır. Azərbaycan dövləti, Azərbaycan xalqı bütün dünya üçün açıqdır, dünyanın elə bir ölkəsi, elə bir guşəsi yoxdur ki, həmin yerlərlə bizim mədəni, mənəvi bağlılığımız olmasın. Bununla belə Azərbaycan dövlətçiliyininin onurğa sütununu təşkil edən azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən ən önəmli faktordur. müstəvidə də azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrilməklə dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli qürur, mənəvi dayaqümid yeridir. Dünya Azərbaycanlılarının Həmrəylik Günübu birliyin möhkəmləməsinə xidmət edir. O ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amalduyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İyirmi il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoyub. Azərbaycançılıq ideyası bitkin ideologiya kimi məhz müstəqillik dövründə Heydər Əliyev tərəfindən formalaşdırılıb. Ulu öndərin hakimiyyətə tarixi qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğudünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni vəzifələrin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac verdi. Dahi rəhbər böyük inamla dünya azərbaycanlılarının bir amalbir məslək uğrunda fəal mübarizə aparması işinə başladı və bu çətin problemi öz dühasının gücü ilə uğurla həll etdi. Bəli, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Bu məsələdə xüsusi həssaslıq nümayiş etdirərək ilk addımı ulu öndər atdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.

Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlikiqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.

Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - deyə ulu öndər bildiribdi.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlilərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.

Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi.

Üç nöqtə.- 2016.- 10 fevral.- S.9