Azərbaycançılıq
mədəniyyətimizi, dil, ədəbiyyat
və tariximizi özündə ehtiva edir
O, bizi dünyaya tanıdan milli-mənəvi dəyərdir
Milli dəyər bir cəmiyyətin, bir millətin mənəvi dəyər və həyat pisixologiyasını özündə cəmləşdirir. Təsadüfi deyil ki, millətin pisxologiyasını, onların yaşam qayəsini öyrənmək üçün tədqiqtçılar elə ilk növbədə həmin millətin milli dəyər və adətlərini araşdırırlar. Milli dəyərlər təkcə bir dövr insanının arzu və istəklərindən ibarət deyil. Bu amil həm də xalqın düşüncə keçmişini, indisini və gələcəyini formalaşdıran bir genofonddur. Milli dəyərlər eyni zamanda bir xalqın milli mənəvi irsini də nəsildən-nəsilə ötürə biləcək əsas faktorlardan biridir. Zaman dəyişdikcə insanların pisixologiyası, onların yaşam dəyərləri də müəyyən çərçivədə dəyişilə bilər. Buna əsaslanaraq deyə bilərik ki, əslində milli dəyərlər müəyyən bir sxem halındadır, lakin konservant deyil. Belə ki, nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir. «Əslində bu təbii bir prosesdir. Yəni, biz istəsək də bu dəyişikliklərin qarşısını ala bilmərik. Yox, əgər biz buna cəht etsək belə, müəyyən bir müddətdən sonra onun məhvinə səbəb olmuş olarıq. Azərbaycan xalqının tarixində yaşamış olduğu işğallar, islam dininin qəbul edilməsi əslində bütün bunlar milli dəyərlərimizə istər dünyəvi, istərsə də dini baxımdan yeni koloritlər gətirmişdir. Bu baxımdan Azərbaycanın milli dəyərləri çox şaxəli olduğu kimi, bəzi hallarda ziddiyyət də təşkil edir. Biz bu gün deyə bilmərik ki, milli dəyərlərimiz cəmiyyət tərəfindən tam mahiyyətiylə anlaşılır»,-xalq artisti Zamiq Əliyev deyib. Bu gün azərbaycanlılar bu ideya ətrafında sıx birləşib. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası dünyadakı həmvətənlərimizi birləşdirən, bizi dünyaya tanıdan milli-mənəvi dəyər olmaqla yanaşı, eyni zamanda mədəniyyətimizi, dil, ədəbiyyat və tariximizi - ümumilikdə humanitar elmimizi, incəsənətimizi, habelə milli mentalitetimizi özündə ehtiva edir.
Milli musiqi sənətimizin inkişaf etdirilməsi, muğamımızın təbliği və dünyaya sirab olunması da nəticə etibarilə azərbaycançılıq fəlsəfəsini, milli zənginliyimizi tanıtmaq deməkdir. 1920-ci il çevrilişindən əvvəlki dövrdə muğam ifaçılığı Azərbaycanda çox yüksək bir zirvədə durmuşdur. Muğama çox böyük hörmət var idi. Hətta o dövrün sənətkarları və sənətsevərləri muğama təkcə musiqi kimi yox, ona bir elm kimi də yanaşırdılar. Yaşlı musiqiçilərin dediklərinə görə o vaxtlar musiqi məclislərində ifaçı əgər dəstgahda bir şö¬bə¬ni və ya guşəni düz oxumurdu, ya heç oxumurdusa, ya da artıq boğaz və gəzişmələr edir¬disə, həmin ifaçıya irad tutulurdu. Həmin ifaçı bir daha bu məclisdə oxumaqdan məh¬rum edilirdi. Klassik muğamların əksəriyyəti əsasən demək olar ki, Bakı məclis¬lə¬rində oxunardı. Tarixi mərhələlərdə belə məclislərdə Seyid Əzim Şirvani, Nəriman Nərimanov və bir çox tarixi şəxsiyyətlər də iştirak ediblər.
Muğamın özünə görə forma və quruluşu
vardır. Onu pozmağa
heç kimə icazə veril¬mirdi. Ən kiçik muğam beş şöbədən
və guşədən,
ən böyüyü
isə əlli şöbə və guşədən ibarət
olurdu. Əsl sənətkarlar və muğamşünaslar
demək olar ki, hər bir
dəstgahı, muğamı
nöqtə vergülünə
qədər tamam-kamal
bilirdilər (2).
Muğam tək o deyil ki, biri çaldı,
digəri oxudu, o birisi qulaq asdı. Muğamda məntiq
var. Hər ifaçının
da məqsədi o olmalıdır ki, bu məntiqi dinləyiciyə çatdırsın.
İfaçı o zaman sənətkar,
ustad olur ki, dinləyici onun ifasındakı məntiqi anlayır, onu qəbul edir. Həmin bu məntiq
də muğamın əsas qanunudur. Çox maraqlıdır ki, Azərbaycan ifaçıları osmanlı və ya fars boğazlarını
ifa edə bilir, lakin onların
heç biri Azərbaycan muğam boğazları oxuya bilmirlər. Ancaq onu da qeyd etmək lazımdır ki, muğam ifası ilə yanaşı mu¬ğam elmi də müasirləşir.
Muğam
əsrin əvvəlindəki
formadan uzaqlaşır.
Muğamın müa-sirləşməsi heç də pis proses deyil,
bu həyatın tələbidir. Amma hər
şeyin ölçüsü,
qa¬nun qaydası olmalıdır. Muğamda yabançı
xallar, barmaqlar, boğazlar, zəngulələr
calaq edilir. Musiqi alətlərində texniki
ifaya böyük üstünlüklər verilir.
Əlbətdə bütün bunlar
muğamın öz ana kökündən qismən uzaqlaşmasına
sanki zəmin yaradır. Çalışmalıyıq ki, mu¬ğam
bağının alaqlarını
aradan qaldırıb, təmizləyib, babalarımızdan,
əcdadlarımızdan bi¬zə
tarixi, mənəvi miras qalan ətirli
muğam dünyasını
gələcək nəsillərə
olduğu kimi çatdıraq.
Qeyd edək ki, XIX əsrin
I yarısından başlayaraq
Azərbaycanda muğam
sənəti geniş
vüsət alıb. Qarabağda Azərbaycan muğamı elə inkişaf etdi ki, ustadlarımızın
ifa sənətinə
Tiflisdə, Kiyevdə,
İstanbulda, Varşavada,
Berlində, Daşkənddə
də rast gəlinərdi. Böyük
sənətkarlarımız Cabbar Qaryağdıoğlu,
Keçəçi oğlu
Məhəmməd, Məşədi
Cəmil Əmirov, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski muğamın inkişafında
əvəzsiz xidmətləri
vardı. Eləcə
də Ağcabədidə
Mütəllim Mütəllimovun,
Zülfi Adıgözəlovun,
Yaqub Məmmədovun,
Ağdamda Bakir Həşimovun, Mürşid
Məmmədovun, Sara Qədimovanın
Şahmalı Kürdoğlunun,
İldırım Həsənovun,
Əbülfət Əliyevin
və digərlərinin
xidmətini unutmaq olmaz. Onların ifaçılıq sənəti
Arif Babayevin yaradıcılığına və
onun muğam sənətinin zirvələrini
mənimsəməsinə güclü
təsir edib. Arif Babayev XIX və XX əsr muğam ustadlarının içdikləri
bulaqların hamısından
muğam suyu içib. Xan Şuşinski adına
Ağdam Musiqi Texnikumunun muğam ustadlarından sənətin
sirlərini öyrənib.
Arif Babayev muğam
elminə təzə yollar, təzə keçidlər, həm həzin, pəs, həm də Zarıslı qaymağı
kimi şaqraq zil səs verib.
Hansı muğam olursa-olsun, o, Şuşa
dolaylarını rahat
qalxan sürücülər
kimi, ürəyə məlhəm olan gedişlər edərək,
dinləyicilərin ürəyincə
oxuyur. Ü.Hacıbəylinin “Leyli və
Məcnun” operasında
Əbülfət Əliyevdən
sonra ən güclü və şirin Məcnun ifaçısı məhz
Arif Babayev olub. Sənətkarın yaraşıqlı zahiri görkəmi, qədd-qaməti daxili paklığı ilə təsdiqlənir. Böyük rus
yazıçısı A.P.Çexov
yazırdı ki, insanın həm xarici aləmi, həm də daxili aləmi gözəl olmalıdır.
Bunların hər ikisi
Arif Babayevdə cəmlənib. «Arif Babayev etika
və mənəviyyat
baxımından zirvələrdə
duran böyük el sənətkarıdır. O, ulu öndərin milli ideya olaraq
irəli sürdüyü
azərbaycançılığa tam uyğun bir şəxsiyyət, böyük
vətəndaşdır. Arif Babayevin
anadan olduğu torpaq, doğma Sarıcalı kəndi mədəniyyətimizə, sənət
tariximizə mühüm
töhfələr verib»,-dosent
Yusif Ağayev deyib.
Arif Babayev böyük müəllimdir. «Onun yetirmələri arasında xalq artistləri Aygün Bayramova və Nəzakət Teymurovanı
xüsusilə qeyd etmək istərdim.
Son illər respublika muğam müsabiqələrində
gənc ifaçıların
meydana çıxmasında
onun böyük əməyi, zəhməti
var. Onun ustadlığı
sayəsində Azərbaycan
muğamında Təyyar,
Güllü, Babək,
Etibar, Mirələm, Səbinə, Mustafa kimi yeni adlar, ifaçılar
kəşf olundu»,-Yusif
Ağayev deyib.
Ümumiyyətlə,
Şərq fəlsəfəsinin,
şərq xalqlarının
dünyagörüşünün ifadəçisi olan muğam əsrlərdən
bəri cilalanaraq bu günə gəlib çatıb. Dövrümüzün ən böyük
nailiyyəti mu¬ğa¬mın
YUNESKO tərəfindən bəşəriyyətin
ən möhtəşəm
sənət abidələri
siyahısına daxil edil¬məsidir. Dövlət səviyyəsində muğamla
bağlı hər bir layihənin həyata keçirilməsi
bu sənətin bütün dünya miqyasında təbliğində
və yaşadılaraq
gələcək nəsillərə
ötürülməsində mühüm əhəmiyyətə
malikdir. Bu səbəbdən muğamla,
onun ifaçılığı
ilə bağlı hər bir məlumat
böyük aktuallıq
kəsb edir. Muğamın yaşarlılığında
ifaçılara dəstək
olan milli adətlərimiz, xüsusilə
tar alətinin əvəzedilməz
rolu var. Muğamın
təbliğində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və
rəhbərliyi ilə
həyata keçirilən
layihələrin, tədbirlərin
rolu əvəzolunmazdır.
Azərbaycan musiqisinin böyük
sahəsi olan muğam elə bir musiqidir ki,
milliyyətindən asılı
olmayaraq heç bir xalq bizim
muğamımızı özününküləşdirə
bilməyib və nə qədər də çalışsalar,
buna nail olmayacaqlar.
Üç nöqtə.- 2016.- 18 fevral.- S.9