Qənirə Paşayevadan
Xocalı Soyqırımının tanıdılması ilə
bağlı təkliflər
Bu gün Milli
Məclisdə keçirilən "Xocalı" soyqırımı
beynəlxalq hüquq müstəvisində”
adlı tədbirdə çıxış edən millət
vəkili Qənirə Paşayeva
Xocalı
Soyqırımının dünyada daha geniş
tanıdılması istiqamətində bir
sıra təkliflərlə çıxış edib. Ucnoqta.az-ın məlumatına
görə, Avropa paytaxtlarının
birində beynəlxalq hüquq sahəsində
tanınmış xarici mütəxəssislərin,
araşdırmaçıların
iştirakı ilə Xocalı Soyqırımına hüquqi qiymətlə bağlı böyük rezonans doğura biləcək beynəlxalq bir konfransın keçirilməsi
çox vacibdir deyən
millət vəkili Q.Paşayeva bildirib ki, Xocalıda mülkü
hüquqları pozulmuş, işgəncələrə
məruz qalmış, insan haqları pozulmuş ayrı-ayrı vətəndaşlarımızın
Avropa İnsan
Haqları məhkəməsinə müraciətlərinin
artması istiqamətində işlərin genişlənməsi
çox vacibdir. Çıraqov və
başqaları Ermənistana qarşı işi
ilə bağlı Avropa Məhkəməsinin
qərarı hüquqi olduğu
qədər böyük siyasi
gücə malikdir deyən millət vəkili
Q. Paşayeva bildirib ki,
Xocalı Soyqırımı ilə bağlı beynəlxalq məhkəmə
imkanlarının geniş olmaması bizi ruhdan
salmamalıdır və bütün imkanlardan istifadə edərək Xocalı soyqırımını
törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün yorulmadan işləmələyik. Millət vəkili Q. Paşayeva
ölkəmizdə Xocalı
Soyqırımı ilə bağlı xüsusi
məhkəmənin keçirilməsinin vacibliyinə də toxunaraq bu istiqamətdə
təklifləri dəstəkləyib və bildirib
ki, bu beynəlxalq aləmdə
də ciddi rezonans doğura bilər və bu
məsələnin hüququ aspektləri
qədər siyasi baxımdan da ciddi önəmi var. Bağanıs Ayrım
soyqırımı ilə bağlı kitab
hazırladığı zaman Hərbi Prokurorluğun razılığı ilə materiallarla geniş
tanış olduğunu deyən millət
vəkili Q.Paşayeva bildirib
ki, Hərbi prokurorluq,
beynəlxalq təşkilatlarda təmsil olunan
millət vəkilləri, QHT təmsilçilərinin
iştirakı ilə bir işçi qrupunun
yaradılması da vacib
məsələdir. Hərbi prokurorluğun
beynəlxalq təşkilatlarda çalışan millət vəkillərinə,
QHT-lərə mütəmadi olaraq
lazımi bütün məlumatları təqdim
etməsi ilə beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndələri Ermənistanın Xocalıda məhz
soyqırım törətməsi barədə fikirlər
səsləndirən zaman bu
arqumentlərə qarşı bütün
səslənə biləcək bütün
əks arqumentlərə tutarlı cavablar verilməsinə nail
ola bilər. Millət vəkili
bildirib ki, beynəlxalq
təşkilatlarda təmsil olunan nümayəndə
heyətlərimiz təmsil olunduqları beynəlxalq təşkilatda
Xocalıda Soyqırımına məruz qalan
insanlarımızın yaxınları, hər iki
valideynini itirmiş
uşaqların iştirakı ilə dəyirmi masaların,
görüşlərin, mətbuat konfranslarının
keçirilməsinə və onların səsinin daha çox
duyurulmasına daha çox
çalışmalıdırlar. Beynəlxalq təşkilatlarda
belə bir təcrübə var ki, hər hansı bir millət vəkili, komitənin dəvəti
ilə ağır faciə ilə üzləşmiş
bölgələrin nümayəndələri, təmsilçiləri,
QHT-ləri dəvət olunur və onlarla görüşlər keçirilir.
Beynəlxalq təşkilatın birbaşa
gündəliyində bu məsələ olmasa da beynəlxalq təşkilatın
qərargahında keçirilən bu
torpantılardan, verilən mesajlardan qurumda əksəriyyət xəbərdar olur
və bu da məsələnin
daha geniş ictimailəşməsinə
səbəb olur. Və
biz də bir təcrübədən
daha geniş istifadə
edərək Xocalıların beynəlxalq təşkilatlarda öz səslərini daha geniş duyurmalarına böyük
önəm verməli və bu istiqamətdə
də çalışmalarımızı daha
da artırmalıyıq.
Üç
nöqtə.- 2016.- 18 fevral.- S.4