Dünya miqyasında öz yerimizi
tutmuşuq
İqtisadi inkişaf müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir
Azərbaycançılıq güclü dövlət deməkdir. Əsasm məqsəd ərazi bütövlüyümüzün qorunması, Erməni işğalına son qoyulmasıdır. Xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ctatus-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın, danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Bu, mümkün deyil. Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik. O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib. "Bir daha demək istəyirəm ki, Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir ölkədir. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi, millətçi qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət meyilləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər. Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni, mənalı danışıqlar başlasın".
Azərbaycançılıq həm də ordumuzun gücləndirilməsidir. Bu, əlbəttə, hərbi gücümüzün artırıflmasını gündəmə gətirir. Bu məqsədlə neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. "ən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin",- dövlət başçısı deyib.
Əlbəttə, bütün
bu nailiyyətlərə çatmaq
üçün güclü
iqtisadiyyat olmalıdır. Son on il
ərzində Azərbaycanda
iqtisadi inkişaf çox sürətli idi. İndi isə biz yeni
dövrdə yaşayırıq.
Dünyada iqtisadi, maliyyə
böhranı dərinləşir,
neftin qiyməti aşağı səviyyədədir,
gəlirlərimiz azalıb,
təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər,
biz iqtisadiyyatı şaxələndirməklə,
islahatlar aparmaqla bu çətinliyi aradan götürürük.
"2016-cı il sabitləşmə ili olmalıdır. Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə
uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına
heç bir təsiri olmamalıdır.
Əminəm ki, sabitləşmə
artıq yaxınlaşır,
makroiqtisadi göstəricilər
yaxşılaşacaq. Əksər neft-qaz ölkələrinin bu il maaşları,
pensiyaları kəsmələrinə,
ödəmələri dayandırmalarına
baxmayaraq, biz maaşları,
pensiyaları 10 faiz artırmışıq. Bu, nəyi göstərir?
İlk növbədə, bizim siyasətimizi, - həmişə
demişəm ki, biz sosial siyasət aparırıq, - digər tərəfdən, bizim imkanlarımızı. Bizim kifayət
qədər imkanlarımız
var. Maliyyə vəziyyətimiz
də yaxşıdır,
sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq.
Bu ilin əvvəlində
hesab olunurdu ki, bizim Neft
Fondunun gəlirləri,
yəni, vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə
siyasəti aparılır,
xərclərə qənaət
edilir, maliyyə nizam-intizamı güclənir.
O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli
istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq
gətirilibdir. Ancaq hələ
ki, görüləsi
işlər çoxdur".
İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi
gücümüzün və
müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı
olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik.
Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm cəmiyyətdə,
həm ekspert səviyyəsində ciddi
diskussiyalar gedir.
Mən bunu alqışlayıram.
Mən ekspertlərlə dəfələrlə
görüşmüşəm və yeni fikirlər,
yeni təkliflər ortaya çıxır.
Biz bütün bunları təhlil edirik və ən düzgün variantı seçirik.
Ölkə iqtisadiyyatı dayanıqlı
inkişaf etməlidir. Neft amilindən
asılılıq aradan
götürülməlidir. Hesab edirəm, hələ bizə bir neçə il lazımdır
ki, bu hədəfə
çataq və çatacağıq. Bu il həm sənaye potensialının
artırılması, həm
də kənd təsərrüfatının inkişafı
ilə bağlı çox önəmli qərarlar qəbul olunub və konkret addımlar atılıbdır ki, bunlar özünü statistik göstəricilərdə
də büruzə verəcək.
"Əlbəttə, bu ilin sonuna
qədər “Cənub”
qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma olmamalıdır. Bizim kifayət
qədər maliyyə
resurslarımız var. Eyni
zamanda, biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik. Özü də qısa
müddət ərzində.
Heç
bir həftə keçmədi. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard
dollar vəsait cəlb
edib. Bu, nəyi göstərir?
Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard
istəsəydik, 2 milyardı
da götürəcəydik.
Yəni,
bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə
vəziyyətimiz və
valyuta ehtiyatlarımız
isə yüksək səviyyədə olduğuna
görə belə imkanlarımız var. Eyni zamanda, biz öz vəsaitimizi qoyuruq və qoymalıyıq.
Kifayət qədər böyük
vəsaitdir. Ancaq “Cənub”
qaz dəhlizi strateji layihədir. Bu, imkan verəcək
ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər
əldə edək və bu, yeni
bir əməkdaşlıq
formatıdır.
“Cənub” qaz dəhlizində iştirak
edən ölkələr
təbii müttəfiqlərə
çevrilir. Bu müttəfiqlik
regionumuzdan kənara çıxır. Bu, bizim maraqlarımıza xidmət göstərir.
Azərbaycan Avropa üçün
əvəzolunmaz tərəfdaşa
çevrilir və biz
də çox böyük bazar əldə etmiş oluruq. Ona görə “Cənub”
qaz dəhlizinin qrafik üzrə icra edilməsi daim diqqət mərkəzindədir. Mənə mütəmadi
qaydada məruzələr
edilir. Əminəm ki, biz bu layihəni qrafik əsasında icra edəcəyik".
Dövlət başçısı deyib
ki, bu ilin
sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənilir. Bildiyiniz kimi, Azərbaycan
öz üzərinə
düşən bütün
öhdəlikləri yerinə
yetirib. Məndə olan məlumata
görə, bu yol bu ilin
sonuna qədər açılacaq. Artıq yük
göndərən müvafiq
tərəflərlə danışıqlar
aparılır. Əminəm ki, Asiyadan Avropaya
gedən bu ən qısa yol qısa müddət
ərzində istifadəyə
veriləcək və
Azərbaycana çox
böyük fayda gətirəcək. İlham Əliyev
ildirib ki, bu ilin sonuna
qədər digər önəmli dəhlizin yaradılması istiqamətində
vacib addımlar atılacaq. Azərbaycan öz dəmir
yolunu İran sərhədinə qədər
çatdırmalıdır. Bu da qarşıya
qoyulan bir vəzifədir. Astara çayı
üzərində yeni
dəmir yolu körpüsü tikilməlidir.
Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması
üçün Azərbaycan
gələcək illərdə
öz dəstəyini
verəcək və o
cümlədən maliyyə
resurslarını cəlb
etməyə hazırdır.
Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. İlin sonuna
qədər bütün
bu vəzifələr
icra olunacaq. Biz
2016-cı ili də uğurla başa vuracağıq. Ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır. Bütün bunlar,
bütün bu nailiyyətlər ancaq müstəqillik dövründə
mümkün olmuşdur.
Müstəqilliyin əhəmiyyəti bu gün göz
qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.
Biz öz taleyimizin
sahibiyik, müstəqil
ölkəyik, dünya
miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq.
Üç nöqtə.- 2016.- 3 iyun.- S.5