Azərbaycanın bugünkü reallıqları bir
daha müstəqilliyimizin
üstünlüklərini göstərir
Hər bir
vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə
müstəqilliyimizə töhfə verməlidir
Azərbaycan iqtisadi uğurları ilə yanaşı, həm də müstəqil xarici siyasəti ilə dünya miqyasında maraq və mənafelərini layiqincə müdafiə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləyib. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.
Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi və bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib.. 2003-2013-ci illərdə respublikada təşkil olunmuş çoxsaylı mötəbər beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə etməklə, rəsmi Bakının xarici əlaqələrinə ciddi təkan verib. Bunun nəticəsidir ki, beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana və yaxud digər başqa MDB respublikasına deyil, məhz Azərbaycana üstünlük verilir. Dövlət başçı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç zaman indiki kimi güclü olmamışdır: “Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin”. Bu uğurlu nəticənin alıınmasının təməlində Azərbaycançılıq ideologiyası durur.
Bütün bunlarla yanaşı, Azərbaycanın dövlət müstəqilliyi üçün müəyyən təhdidlərin hər zaman mövcudluğunu, lakin xalq-iqtidar birliyi qarşısında belə cəhdlərin uğursuzluğa düçar olduğunu da açıq demək lazımdır. Azərbaycan bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışırlar. “İkili standartlar”ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının güclənməsini qətiyyən arzulamırlar. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyirlər. Bu məqsədlə ənənəvi olaraq yenə də “demokratiya bayrağı” əldə dəstəvuz edilir.
Azərbaycanla bağlı ən adi məsələlərin belə şişirdilməsinin, qərəzli şəkildə təqdim olunmasının arxasında müəyyən geopolitik niyyətlərin dayandığı heç kimə sirr deyildir. Əslində, bu proseslərin müəyyən ölkələrdə işə salınmasına cəhd göstərilən məlum ssenarilərin tərkib hissəsi olduğunu da diqqətdən qaçırmaq olmaz. Söhbət, ilk növbədə, ərəb ölkələrində həyata keçirilmiş və ya reallaşdırılmasına cəhd göstərilmiş bədnam ssenarilərdən gedir. Lakin onların bu niyyəti həyata keçə bilməz. Çünki Azərbaycanda milli birlik var, əhali azərbaycançılıq ideyası ətrafında sıx birləşib, xalq-iqtidar birliyi onların niyyətlərini puça çıxarır. Akademik R.Mehdiyevin yazdığı kimi, bu halda "vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür», güclü dövlətin və güclü, iradəli liderin ətrafında sıx birləşir. Heydər Əliyev və İlham Əliyev məhz belə liderlərdi.
Vətənimizin tarixinin ən
dramatik dövründə xalqın köməyə
çağırdığı ümummilli
lider Heydər Əliyev milli
mənafelərin katalizatoru, Azərbaycan
millətinin ləyaqətinin müdafiəçisi oldu. Heydər Əliyevin dahi zəkası, siyasi
istedadı və dövlətçilik iradəsi Azərbaycan
dövlətini tam azadlıq və
müstəqillik yoluna
çıxardı. Ölkədə demokratik
prosedurların institusionallaşması demokratik
dəyişikliklər prosesinin nəticəsi
olmuş demokratiyanın möhkəmlənməsi
üçün zəruri əsas
yaratdı. İlham Əliyev isə
ölkəmizin iqtisadi gücününü
artırmaqla yanaşı beynəlxalq mövqeyini
möhkəmləndirdi. Bəd niyyətlərin puça çıxması və mövqeyimizin müxtəlif sahələrdə
möhkəmlənməsi istiqamətdə ardıcıl
sityasət yeritdi. Demokratik proseslərin
qloballaşması (onların ən vacibləri demokratiyaya normativ
münasibət və demokratik
idealların kütləvi cəlbediciliyidir) ilə müəyyən
olunan xarici amillərin
əhəmiyyətinin get-gedə artması milli
ideyanı müstəqil dövlətin inkişafının və
xarici siyasi münasibətlər
qurulmasının keyfiyyətcə yeni
azimutları ilə zənginləşdirdi. Akademik Ramiz
Mehdiyevin fikrincə, "dövlətin iqtisadi qüdrətinin fəal artması nəticəsində
ictimai şüur tədricən
elə istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar şəkildə
qarşılıqlı fəaliyyət göstərir,
inkişafın perspektivlərini və prioritetlərini real hiss edir".
Bu elmi mövqe
ilə razılaşmamaq olmaz, çünki milli
ideyanın rəqabət qabiliyyətli paradiqmasının
tamamilə əsaslı olmasını sübut
etməsinin şahidiyik. Akademik Ramiz
Mehdiyev qeyd edir ki, iqtisadi
və demokratik tranzitin,
dövlət həyatının bütün
sahələrində innovasiyalı inkişafa
keçidin intensivləşdirilməsi
ideyaları getdikcə daha artıq dərəcədə
rəqabətədavamlı paradiqmaya
yönələrək, hakim və ictimai-siyasi elitanın şüurunda
üstünlük təşkil edir. Mənə belə gəlir ki, bu prioritetləri
aşağıdakı istiqamətlərdə müəyyən
etmək olar: birinci, milli birliyin və müvafiq identikliyin
qorunması və möhkəmlənməsi; ikinci,
iqtisadi inkişafın yüksək səviyyəsinə
nail olmaq; üçüncü, demokratik prinsiplərin qəbul
edilməsi, əsas siyasi təsisatlara etimad, şəxsiyyətlərarası etimad, vətəndaşlıq və vətənpərvərlik
hissini nəzərdə tutan
mədəni norma və dəyərlərin
kütləvi şəkildə yayılması. Akademik Ramiz Mehdiyev haqlı olaraq belə
hesab edir ki, "Prezident İlham Əliyev ölkəyə
uğurla rəhbərlik edir
və dövləti yeni üfüqlərə,
inkişafın keyfiyyətcə yeni səviyyəsinə
keçməyə doğru aparır.
Ölkə tarazlı və ardıcıl siyasət sayəsində
həm mədəni, həm də siyasi
kontekstdə dünyada getdikcə daha çox uğurlar qazanır". Bu
fakt Prezident İlham Əliyevin siyasi kursunun ölçülüb-biçilmiş
və səmərəli olmasına dəlalət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli ideya milli
siyasi məkanın demokratikləşməsini,
hərtərəfli iqtisadi tərəqqi
və inkişafı, dünya birliyinə
inteqrasiyanı, habelə Azərbaycan millətinin milli ruhunu və bənzərsiz
xüsusiyyətlərini qoruyub
saxlamağı əks etdirir.
Aydındır ki, bunlar
mövqeyimizi möhkəmləndirir,
ölokəmizdə yaşayan insanları
birləşdirir. Belə olan halda isə məkrli niyyətli olanların istəkləri
nəticəsiz qalır və Azərbaycan inkişaf
edir, birliyimiz möhkəmlənir.
Üç
nöqtə.- 2016.- 5 mart.- S.10