Azərbaycan Dağlıq Qarabağda öz suverenliyini bərpa edəcək

 

Dağlıq Qarabağ münaqişəsi kiminsə istəyinə uyğun olaraq yarımçıq şəkildə deyil, köklü olaraq həll edilməlidir

Azərbaycanın xarici siyasətimizlə bağlı olan əsas istiqamətlər müəyyən edilib, strateji xətt seçilib  davam edir.  Qonşularla münasibətlərimiz çox müsbətdir.  Bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim çox sağlam münasibətlərimiz var. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulub. Burada həm siyasi, həm iqtisadi komponent mövcuddur. Xalqımız və dövlətimiz istəyir ki, hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun. Azərbaycanın  xarici siyasəti daim axtarışdadır, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşirlər, təşəbbüslər  göstərilir ki, istənilən sahədə uğurlarımız daha çox olsun. Bir sözlə, Azərbaycanın siyasəti, iqtisadiyyatı, sosial həyatı kimi, diplomatiyası da öz inkişaf mərhələsini yaşayır. Xalqımızın və dövlətimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün seçilmiş hücum diplomatiyası  da elə həmin inkişafın göstəricilərindən biridir. Əminik ki, bu taktikanın əməli nəticələrini görəcəyimiz gün uzaqda deyil. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin kiminsə istəyinə uyğun olaraq yarımçıq şəkildə deyil, köklü olaraq həll edilməsini vacib sayıblar. Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunur: “Onu da qeyd etməliyəm ki, əlbəttə, bu münaqişədən xalqımız, qaçqınlar və köçkünlər əziyyət çəkir. Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər və təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcəkdir. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişikbu yanaşma dünyadaAvropada ən müsbət təcrübəyə əsaslanır. Biz bu məsələni öyrənmişik - dünyada, Avropada nə qədər muxtariyyətlər vardır. Orada bütün məsələlər çox gözəl tənzimlənir. Bizim məsələdə də bu yanaşma üstünlük təşkil etməlidir”.

 Bizim bu şəkildə – qətiyyətlə danışmağımızın bir neçə səbəbi vardır. Əvvəla, dövlətimiz gündən-günə qüdrətlənir, ikinci, diplomatiyamızın İlham Əliyev tərəfindən müəyyən edilmiş hücum taktikası öz səmərəsini verir, digər tərəfdən isə  Ermənistanın inkişaf potensialı yoxdur.  Prezident üçüncü amili daha çox qabardır: “Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır. İl ərzində 100 min erməni ölkəni tərk edir. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir.”

Məhz həmin amillər – Azərbaycanın sürətlə inkişaf etməsi, diplomatiyamızın mütəşəkkil şəkildə hücum taktikasını davam etdirməsi və Ermənistanın gündən-günə çökməsi  fonunda dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Bu  mühüm məqsədə çatmaq üçün  ölkə ictimaiyyətinin bütün fərdləri,  bütün cəmiyyət öz səylərini birləşdirmişdir. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdurbu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq.

Dövlət başçımızın qeyd etdiyi kimi, bizim xarici siyasətimizlə bağlı olan əsas istiqamətlər müəyyən edilib, strateji xətt seçilib  davam edir.  Qonşularla münasibətlərimiz çox müsbətdir.  Bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim çox sağlam münasibətlərimiz vardır. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Burada həm siyasi, həm iqtisadi komponent mövcuddur.  Xalqımız və dövlətimiz istəyir ki, hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun.   Azərbaycanın  xarici siyasəti daim axtarışdadır, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşirlər, təşəbbüslər  göstərilir ki,  istənilən sahədə uğurlarımız  daha çox olsun.

Bir sözlə, Azərbaycanın siyasəti, iqtisadiyyatı, sosial həyatı kimi, diplomatiyası da öz inkişaf mərhələsini yaşayır. Xalqımızın və dövlətimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün seçilmiş hücum diplomatiyası  da elə həmin inkişafın göstəricilərindən biridir. Əminik ki, bu taktikanın əməli nəticələrini görəcəyimiz gün uzaqda deyil.

Bu günü yaxınlaşdıran həm də ölkəmizin dünyada böyük nüfuza malik olması. Uğurlu siyasətimizdir. “Bu gün Azərbaycan təkcə Qafqazda, Avropada deyil, bütün dünyada böyük nüfuza malikdir". Bunu Türkiyədən olan, Mərmərə Vəqfinin başqanı doktor Akkan Suver deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan qlobal miqyasda qəbul edilən bir dövlətdir: "Bu qəbul edilmənin ən önəmli göstəricisi Azərbaycanın multikultiralizmə verdiyi dəyərdir".

A.Suver deyib ki, bu gün Azərbaycan üçün insanları sülhə çağırması, insanlarının sülh içində rahat yaşaması əsas hədəfdir. Bu foruma artıq 4-cü dəfə qatıldığını deyən A.Suver qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu çoxmədəniyyətlilik anlamı dünya üçün çox önəmlidir. Türkiyəli nümayəndənin sözlərinə görə, 2016-cı ilin Azərbaycan tərəfindən multikulturalizm ili kimi qəbul edilməsi və Prezident İlham Əliyevin bu xəttin sənaye, iqtisadiyyat, ticarət qədər önəmli olduğunu bildirməsi Azərbaycanın sahib olduğu yüksək dəyəri ortaya qoyur. Onun sözlərinə görə, Azərbaycanın dünyadakı yüksək etibarını bu foruma çoxlu prezident, sabiq prezidentlər, dövlət xadimləri və onlarla yanaşı, vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin bir araya gəlməsi sübut edir.

«u gün Azərbaycan inkişaf etmiş dünyaya inteqrasiya edən bir ölkədir. Bir problem var, o da Dağlıq Qarabağ məsələsidir". Bunu isə  jurnalistlərə açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib. H.Çətin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı olacaq: "Mən bu münaqişənin də sülh yolu ilə həll olunacağına inanıram. Azərbaycan da münaqişənin bu yolla həll olacağını düşünür. Ümid edirəm ki, dünyanın böyük dövlətləri, BMT bu münaqişənin həlli üçün lazımi səy göstərəcəklər".

Onun sözlərinə görə, Qafqaz regionunda sülhə və sabitliyə ən böyük təhdid Dağlıq Qarabağ münaqişəsidir. O, qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq insan öz yurd-yuvasından didərgin düşüb. H.Çətin vurğulayıb ki, ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, münaqişənin həll olunması ilə bağlı fəaliyyət göstərsə də, bunun heç bir nəticəsi yoxdur. Sabiq nazir bildirib ki, Dağlıq Qarabağ münaqiəsinin həlli üçün konkret addımlar atmağın vaxtı çatıb: "İlk növbədə Ermənistan Dağlıq Qarabağın ətrafında olan rayonlardan öz qoşunlarını çıxarmalıdır. Bu, münaqişənin həlli və regionda sülhünsabitliyin yaradılması baxımından çox önəmli bir addım olardı".

H.Çətin deyib ki, indiki vəziyyət daim belə qala bilməz: "Ermənistan liderlərinə üzümü tutaraq demək istəyirəm ki, onlar bu barədə bir daha düşünsünlər. Məlum olduğu kimi, hazırda Ermənistanda sosialiqtisadi sahədə vəziyyət çox pisdir".

Keçmiş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla birgə regionda bir çox layihələrin, o cümlədən enerji layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər: "Bunun üçün isə Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır". Əgər işğala qoyulmasa. Azərbaycan sahib olduğu başqa imkanları ilə problemi həll etmək gücündədir.

Üç nöqtə.- 2016.- 12 mart.- S.5