Azərbaycanın polietnik təbiəti bizim böyük sərvətimizə çevrilib

 

Azərbaycançılıq ölkəmizdə yaşayanonu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyasıdır

 

1920-ci ildən 1988-ci ilin əvvəlinə qədər olan dövrdə kommunist ideologiyasının səyləri sayəsində Azərbaycan xalqı sovet xalqının bir hissəsi kimi təmsil olunub, rus dili millətlərarası ünsiyyət dili elan edilib, milli maraqlar unudulub. Sovet hakimiyyətinin ilk illərindən başlamış repressiyalar milli təfəkkürün bütün əlamətlərini məhv edib və Azərbaycan xalqının milli özünüidentifikasiyası prosesini ləngidib. Sovet dövrü obyektiv əsasları olmayansüni şəkildə yaradılmış cəmiyyətin yeni identifikasiyasının bərqərar olması ilə fərqlənirdi. Milli siyasi təşkilatlar yaratmaq hüququnun olmaması, eləcə də totalitar, inzibati-amirlik idarəçilik sisteminin yaradılması nəticəsində sovet dövrünün tələblərinə uyğunlaşdırılmış, transformasiyaya məruz qalmış milli təfəkkür modeli Azərbaycan gerçəkliyinə tətbiq edilirdi. Akademik Ramiz Mehdiyev bildirib ki, proletar şüuru müddəasını irəli sürən kommunist ideologiyası mahiyyət etibarilə milli mənlik şüurunun təkamülünə mənfi təsir göstərirdi, bu ideologiyada milli təfəkkürə yer yox idi. Lakin hər halda, Kommunist Partiyasının alternativsiz hakimiyyəti şəraitində milli təfəkkürün və milli iqtisadiyyatın inkişafı, mənəvi dirçəliş, əhalinin rifahının və milli mənlik şüurunun artması üçün baza olan təhsilin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş siyasəti reallaşdıra biləcək bir dövlət xadiminin siyasi səhnəyə gəlməsi tarixi zərurət idi. 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri seçilmiş Heydər Əliyev məhz belə bir dövlət xadimi olduğunu göstərdi: o, millətin inkişafı problemlərini və milli mənafeləri həyatının mənası hesab edirdi. Keçən əsrin 70-80-ci illərində Azərbaycanda güclü iqtisadi baza yaradılması onun aqrar-sənaye respublikası statusu əldə etməsinə imkan vermişdi. Əsas güvənc yeri isə respublikanın idarə olunmasında tamdəyərli iştirak etməyə başlamış milli kadrlar idi. Gələcəyə istiqamətlənmiş kadr potensialının formalaşması üçün tədbirlər görülürdü. Yaradıcı ziyalılara, elm adamlarına qayğıkeş münasibət millətin yüksək elmi-texniki və mədəni potensialını əks etdirən təşəbbüslərin yaranmasına və həyata keçirilməsinə kömək edirdi. "Əlbəttə, həmin dövrdə Azərbaycan cəmiyyətində ictimai diskussiyaların milli ideyanın formalaşmasının davam etdirilməsi istiqamətində aparıldığını demək düzgün olmazdı. Lakin fakt budur ki, “milli maraqlar” anlayışı Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsinə və H.Ə.Əliyev başda olmaqla hakim elitaya yabançı anlayış deyildi. İttifaq dövləti çərçivəsində real siyasətdə milli maraqların ehtiyatla və ardıcıl olaraq reallaşdırılması keçən əsrin 80-ci illərinin axırlarında ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyi əldə edilməsi üçün baza yaratmışdı",- Ramiz Mehdiyev deyib.

Milli ideyanın formalaşması prosesinin beşinci mərhələsini Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Bu mərhələ 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvarından sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Azərbaycan cəmiyyəti çox qısa dövr ərzində SSRİ rəhbərliyinin Dağlıq Qarabağın statusu barədə mövqeyindən irəli gələn güclü sarsıntılar yaşayıb. Milli hərəkatda liderlik iddiasında olan bir qrup adamın buna hazır olmaması, habelə Dağlıq Qarabağda vəziyyətin pisləşməsi 1990-cı il 20 Yanvar faciəsi ilə nəticələndi. Həmin gün Mərkəz tərəfindən xalq hərəkatına qarşı keçirilmiş amansız cəza əməliyyatı nəticəsində 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilmiş, onlarca insan itkin düşüb.

Milli ideyanın formalaşmasında altıncı mərhələni milli şüurun inkişaf edərək Azərbaycan milləti tərəfindən müstəqil dövlətini yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi səciyyələndirmək olar. 1990-cı ilin yanvar hadisələri bu şüurun, bu hisslərin oyanmasına güclü təkan verdi. Bu mərhələ 1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər olan dövrü əhatə edir.Bu dövrün xüsusiyyəti ondan ibarət idi ki, kollektiv özünüidentifikasiya formalarından biri, məhz müstəsna türkçülüklə eyniləşdirilən sosiomədəni özünüidentifikasiya dövlət siyasətinin əsası olub. Titul millətin özünüidentifikasiya prosesində prioritet kimi müəyyən edilib türk bazis komponenti milli ideyanın yeganə forması kimi təklif edilib və istər daxili, istərsə də xarici siyasi fəaliyyətdə bütün sonrakı addımlar yalnız bu amildən irəli gəlirdi. Səhv milli siyasətin nəticələri tezliklə etnik komponentin və separatçı əhval-ruhiyyənin kəskin ifadə olunduğu müxtəlif milli qrupların nümayəndələrinin üzdəniraq ictimai təşkilatlarının yaranmasında özünü göstərdi. Hakimiyyətə gəlmiş siyasi qruplar milləti birləşdirməyə, cəmiyyətdə sabitliyiasayişi bərpa etməyə yönəlmiş fəaliyyət xəttini həyata keçirə bilmədilər.

Oxlokratiyaya – kütlənin hakimiyyətinə doğru yuvarlanma, dövlətçiliyin tənəzzülü, ölkə ərazisinin bir hissəsinin işğal edilməsi, qeyri-sabitliksiyasi kataklizmlərlə səciyyəvi olan bu dövrü respublikanın tarixində müstəqil dövr kimi təsnif etmək çətindir. Azərbaycan dövlətinin tam azadlıq və müstəqillik yoluna qədəm qoyması üçün dövlətçilik iradəsi və siyasi dəyişikliklər tələb olunurdu.

Milli ideyanın formalaşması tarixinin yeddinci mərhələsi 1993-cü ilin yayından başlanır və 2003-cü ildə həmin ideyanın gerçəkləşməsi ilə başa çatır. İctimai-siyasi sabitliyin bərqərar olması, ölkənin gələcək iqtisadi artımının və siyasi inkişafının əsaslarının yaradılması bu dövrün səciyyəvi cəhətləridir. Bu illər ərzində milli ideya milli müstəqillik – suveren dövlət formulunda qəti inkişaf mərhələsinə çatıb. Ramiz Mehdiyev bildirib ki, Heydər Əliyevin siyasəti nəticəsində “millət” anlayışının strukturuna özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasibütün başqa kollektiv formaları daxil edilib.

Azərbaycançılıq ideyası Azərbaycanda yaşayanonu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış edib. Azərbaycanın polietnik təbiəti bizim böyük sərvətimizə çevrilib. "Biz müasir Azərbaycanı səciyyələndirən bu sərvətin qədrini bilməliyik. Bu dövrdən etibarən milli identifikasiyanın yeni forması daha geniş və yenilənmiş formatda “azərbaycançılıq” ideologiyası ilə eyniləşdirilir. Məhz həmin dövrdə Azərbaycan millətinin dövlət müstəqilliyinin yaranması və möhkəmlənməsi kontekstində milli ideyanın formalaşması prosesi tam başa çatıb".

Qeyd etmək lazımdır ki, 2003-cü ilin axırlarından başlayaraq milli ideya müstəqil dövlətin inkişafının və dünya ilə münasibətlər qurulmasının keyfiyyətcə yeni aspektləri ilə zənginləşir. Bu dövrdə dövlətin inkişaf vektorları regionalqlobal perimetrlərdə ölkənin yeni mövqeyini müəyyən etmişdir. Dövlətin iqtisadi qüdrətinin fəal artması nəticəsində ictimai şüur tədricən elə istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar şəkildə qarşılıqlı fəaliyyət göstərir, inkişafın perspektivlərini və prioritetlərini real hiss edir. İqtisadidemokratik tranzitin, dövlət həyatının bütün sahələrində innovasiyalı inkişafa keçidin intensivləşdirilməsi ideyaları getdikcə daha artıq dərəcədə rəqabətədavamlı paradiqmaya yönələrək, hakimictimai-siyasi elitanın şüurunda üstünlük təşkil edir.

Azərbaycan millətinin formalaşması təcrübəsinin vahid, bütöv sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin qarşısında duran ən mühüm vəzifədir. Biz milli prinsiplərin yeni komponentləri haqda, milli mədəniyyətin kənar hücumlardan, daxili zəifləmə və dağılmadan müdafiəçisi kimi vətəndaş millətçiliyi haqda açıq danışmaqdan çəkinməməliyik.

Üç nöqtə.- 2016.- 16 mart.- S.9