Nəriman Həsənzadə Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçildi

 

 Bugün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib. "Report" xəbər verir ki, toplantıda bir sıra məsələlərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyinat da müzakirə edilib. Xalq şairi Nəriman Həsənzadənin namizədliyi yekdilliklə qəbul edilib.

Xatırladaq ki, bundan öncə Ağsaqqallar Şurasının sədri mərhum xalq şairi Vaqif Səmədoğlu idi.

Üç nöqtə.- 2016.- 14 mart.- S.6