Azərbaycançılıq azərbaycanlılarının dövlətçilik təfəkkürünün inkişafına təkan verir

 

Bu ideya azərbaycanlıların tarixi Vətənlə və öz aralarında birliyinin yaradılmasını nəzərdə tutur

Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Azərbaycançılıq ideyası isə hər şeydən əvvəl, xalqımızın milli mənlik şüurunun, milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin, əsrlərin sınağından çıxmış adət-ənənələrinin yaşadılmasını, bu ideya əsasında bütün azərbaycanlıların tarixi Vətənlə və öz aralarında birliyinin yaradılmasını nəzərdə tutur. Ümummilli lider Heydər Əliyev bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edirbildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Deməli, dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin əsasını, azərbaycançılıq və dövlətçilik ideyaları təşkil edir. Bu ideyanın reallaşması üçün isə güclü və müstəqil Azərbaycan dövləti mövcuddur. Müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyinin güclü faktoru, onların təşkilatlanması, beynəlxalq aləmdə nüfuzlu bir qüvvə kimi çıxış etməsi üçün etibarlı dayaq nöqtəsidir. Bu gün Azərbaycan dövləti xalqımızın tarixən dünya mədəniyyətinə verdiyi zəngin maddi, mənəvi-əxlaqi, intellektual sərvətlərinin müdafiəçisi və sahibidir. Dünya azərbaycanlılarının ən mühüm, müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin beynəlxalq birlikdə özünəməxsus yer tutmasına nail olmaqdan ibarətdir.  Bu, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi cəmiyyət yaradılması yolu ilə inamla irəliləməsi üçün çox vacibdir. O yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir. Bu baxımdan, Avropadünya məkanında yaşayan azərbaycanlılar arasında intensiv əlaqələrin genişlənməsi, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakları önəmlidir. Unutmayaq ki, güclü Azərbaycan diasporunun yaradılması, fəaliyyətinin güclənməsi, digər xalqlar və dövlətlərin müstəqil Azərbaycan dövlətini daha yaxından tanıması işinə xidmət edir. Buna görə, soydaşlarımız Azərbaycan dövlətçiliyi ideyaları ətrafında sıx birləşməli, ümummilli məsələlərdə sarsılmaz həmrəylik nümayiş etdirməli, bu məqsədlə azərbaycanlı icmalarının, mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə olunmalıdır. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi onların daimi yaşadığı ölkələrdə və bütün dünyada güclümonolit bir qüvvə kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha dolğun qorumalarına da əhəmiyyətli təsir göstərməkdədir. Bu səbəbdən də ulu öndər xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşıb. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirib. O, öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə ölçüldüyünü nəzərə alıb.

Qeyd edək ki,  bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Ona görə də, nailiyyətlərin əldə edilməsi üçün xaricdə yaşayan azərbaycanlılar öz rolunu oynamalıdır. Heydər Əliyev də onları bu məqsəd ətrafında birləşdirməyin vacib oldduğunu vurğulayıb. Və belə bir birliyə də nail olub. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirən  Azərbaycan  Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət də bu məqsədə xidmət edir. Onun siyasəti diaspor quruculuğu işinin daha da təkmilləşdirilməsini, dünya azərbaycanlıları arasında ideya birliyinin möhkəmləndirilməsini özündə əks etdirir. Unutmayaq ki, harada yaşamağımızdan asılı olmayaraq, bizi orada yaşamağa, mübarizə aparmağa, adını şərəflə qorumağa məcbur edən sevgi-torpağımıza, Vətənimizə, dövlətimizə olan sevgimizdir. Vətənimizin sivil dövlətlər səviyyəsində olması, daim inkişaf etməsi üçün əlimizdən nə gəlirsə onu etməliyik. Hansı xalqın, millətin, mədəniyyətin nümayəndəsi olduğumuzu heç vaxt unutmamalı, əldə etdiyimiz nəticələri, uğurları Vətənimizə həsr etməliyik.

Hazırda dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi uğurla davam edir. Bu gün dünya  azərbaycanlıları vahid bir xalqı, bir milləti, bir tarixi Vətəni təmsil edirlər. Azərbaycanlılar dünyanın bütün ölkələrində Azərbaycan mədəniyyətinin, dilinin, adət-ənənələrinin, mentalitetinin layiqli daşıyıcıları kimi çıxış edirlər. Buna görə də, harada yaşamasından asılı olmayaraq, milli adət-ənənələrin, mədəni-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə ötürülməsi dünya azərbaycanlılarının tarixi Vətən qarşısında müqəddəs borcu olaraq qalır. Dövlət müstəqilliyimizin sarsılmaz və dönməz xarakter alması, hərtərəfli mütərəqqi islahatlar aparılaraq demokratik, hüquqi dünyəvi dövlətin bərqərar olunması, nəhayət ölkəmizin böyük beynəlxalq nüfuz qazanması isə xaricdə yaşayan soydaşlarımızın da qəlbində hədsiz qüruriftixar hissi doğurur, onların ana torpağa, milli-mənəvi dəyərlərimizə bağlılığını artırır.  Bu gün kifayət qədər güclü intellektualsosialiqtisadi potensialı olan Azərbaycan diasporunun imkanlarından geniş və səmərəli istifadə etməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə, o cümlədən erməni təcavüzünə, Ermənistan- Azərbayca , Dağlıq Qarabağ münaqişəsinin həllinə, qaçqın və məcburi köçkünlərimizin problemlərinə cəlb etmək, dövlətimizə qarşı yönəlmiş ideoloji-siyasi hücum və təzyiqləri neytrallaşdırmaq üçün zəruri tədebirlər görülürbu sahədə fəaliyyət əlaqələndirilir.Həmçinin Azərbaycan diasporunun lobbi quruculuğunun həyata keçirilməsi, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak etməsi, digər diasporlarla işgüzar əlaqələr qurması sahəsində səylər gücləndirilir.

 Dünyanın 70-dən çox ölkəsinin səpələnmiş soydaşlarımızla əlaqələrin gücləndirilməsi, diasporumuzun milli birlik ideyası, azərbaycançılıq məfkurəsi altında təşkilatlanması, onların qüvvələrinin səfərbər edilməsi üçün qarşıda bir sıra vacib məsələlər də dayanır. “Təqdirəlayiqdir ki, son dövrdə Azərbaycan və türk diaspor təşkilatları arasında sıx səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətini, azərbaycançılıq ideologiyasını, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyev tərəfindən davam etdirilən diaspora siyasətimizi təbliğ etməli, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyevin “Vətən birdir və hamı bu vətənə xidmət etməlidir” tövsiyəsini rəhbər tuturaq, dünya, o cümlədən, Avropa dövlətlərində Azərbaycan diasporunun inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Üç  nöqtə.- 2016.- 30 mart.- S.9